Təki Vətən
yaşasın
Qarabağ döyüşlərində
əlil olmuş igidlərimizə
Siz - düşmən bağrına
sancılan bir ox,
Siz - elin dayağı, yurdun sipəri.
Biz sizi tanıda bilməmişik, yox,
Siz
Allah, əfv edin biz şairləri!
Mən düşkün görmədim
sizi heç vədə,
Qolunu, qıçını itirən
də var.
Döyüşdən dönəndə
öz bədənində
Güllə qəlpələri gətirən
də var.
Siz ey sinəsini sipər edənlər,
Ölümün üstünə mərdtək
gedənlər.
Sarsılmaz dəyanət gördüm
mən sizdə,
Yarı
canınızı itirsəniz
də!
Sağkən qiymətiniz verilməlidi,
-
Qoy sizə qəhrəman adını verək!
Sizə
söz çələngi
hörülməlidi,
Sağkən heykəliniz qoyulsun
gərək!
Heç
nə qıra bilməz inadınızı,
Bir gün xoş müjdəni tarixə yazın.
Siz qurban verdiniz həyatınızı,
Təki
yurd yaşasın, Vətən yaşasın!
Qələbə eşqi var dağ
köksünüzdə,
Siz yenə keşikdə durmusuz ayıq.
Döyüşə gedəndə başımız üstə
Biz sizi bayraqtək qaldırmalıyıq!
Ədalət SALMAN
Cəlilabad
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.19.