Mən nə
boyda dönüm ki...
Ört bütün qapıları,
Yetər
ki, baca qalsın.
Mən nə boyda ölüm
ki,
Ölüm balaca qalsın.
Mən nə boyda gülüm
ki,
Eşitməsin ağlayan.
Bəlkə də o, olacaq
Gözümüzü bağlayan.
Mən nə boyda bölüm
ki,
Bir tikəni yüz yerə.
O qədər əyri getdik,
Yetişmədik düz yerə.
Açılmadı önüm ki,
Köçən köçümdə qalsın.
Mən nə boyda dönüm
ki,
Dünya
içimdə qalsın.
Darıxmaq öyrədir
bu
şəhər mənə
Darıxmaq öyrədir bu
şəhər mənə,
Hər dəfə kiçilir hər gəlişimdə.
Mən uzaq adamam bu
küçələrə,
Bir şəhər yox olur hər gedişimdə.
Adam çox, nəfəs yox bir udum
udam,
Qalır
boğazımda şəhər
havası.
Suya batırmağa çörək
axtarır,
İradə Aytelin ala qarğası.
Darıxmaq öyrədir özü
də necə,
Azdığım küçədə yenə azıram.
Elə bil atamın tikdiyi evdə,
Anamın
dilində şeir yazıram.
Əlimi
atıram cibimə sarı,
Bənizi
dəyişir qaraçı
qızın.
Sallanır maşının qapılarından,
Yaxılır şüşəyə qarası qızın.
Allah xatirinə kömək et deyir,
Bəzən bu "köməyin"
biri bir təpik.
Düşür ovuclara qara daş kimi,
Allahın xatiri iyirmi qəpik.
Sınır qədəhlərin səsində
şəhər,
Açılan süfrənin məzəsi
olmur.
Hamı
dost olmağa çalışır
məgər,
Dostun köhnəsi var, təzəsi
olmur.
İqbal
NƏHMƏT
Yardımlı
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.19-20.