Aysel qələm
aldı
Hesablı şeir
Aysel üç qələm,
Üç dəftər aldı,
Qələm-dəftəri
Çantaya saldı.
On səkkiz manat
Xərclədi bu qız,
Aldığı dəftər
Qələmdən ucuz.
İkicə manat
Bahaydı qələm,
Gərəkdir bunu
Mən sizə deyəm...
İndi deyin siz,
Qələm neçəydi,
Bu hesab ilə -
Dəftər neçəyə?
Uşaqlar buna
Tamam mat
qaldım,
Odur ki, sizdən
Mən xəbər aldım!
İlham
İLHAMİ
Astara
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, ¹39.- S.20.