Bu gün...
Şəhid məzarının üstündə
sanki
Uyuyan gülləri ağlayan gördüm.
Bu gün bir ananın
gözlərindəki
Kədər dənizini çağlayan
gördüm.
Bu gün bir gəlinin
qara taleyi
Öz qara bəxtini hey ağlayırdı...
Bu gün bir körpənin
kövrək gileyi
Şəhid məzarını qucaqlayırdı.
Bu gün göy üzü də geyinib qara,
O da matəmdədir, o da yas tutur.
Bu gün neçə qəlbə vuruldu yara,
Günəş də buludun gözün qurudur...
Günel RASİBQIZI
Astara
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.20.