Yorulanda
Yaş gəlir, çəkirik yaşın dərdini,
Ağaran
kirpiyin, qaşın dərdini.
Ürək də anlamır
başın dərdini,
Həyat
gözdən düşür
göz yorulanda.
İnsanlar nə yaman ürəksiz olub,
Çörək verən kişi
çörəksiz olub,
Dinib-danışmaq da gərəksiz olub,
Dilinin ucunda söz yorulanda.
Bircə
sözümüz var, hanı
o çağlar,
Əvvəlki kişilər, köhnə
qoçaqlar.
Hələ qızınmamış sönür ocaqlar,
Yandıra bilməyən köz
yorulanda.
Dünyanın dağ boyda dərdləri varsa,
Mənzil
elədiyin məzardan
darsa,
İndiki
zamanda hünərin varsa,
Yaxşını, yamanı çöz,
yorulanda.
Mənasız həyatdan doya bilmirik,
Tanış qapıları döyə
bilmirik,
Ürək istəyəni deyə
bilmirik,
Məhəmməd, bir azca döz, yorulanda.
Məmməd ƏVƏZOĞLU
Masallı
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.20.