Azərbaycan
Vətən - bu el, bu obadı,
Vətən - bu dağ, bu qayadı,
Vətən - isti bir sobadı,
Ocağında ürək yanar!
Qanım
qaynar bu düzlərdə,
Qurban getsə lap yüzlər də.
Qürur
görərsən üzlərdə...
Keşiyində mərd dayanar.
Doğma
yurdum Azərbaycan,
Vətən, borcum Sənə
bir can!..
Qurban ollam axıracan,
Canım
olsa yenə min can!!!
Urmiyadan
Bakıyacan,
Qaynayar
Vulkan oyanar!!!
Mükafat YAQUBOV
Lerik
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.20.