Getmə...
Əl açıb içimnən
sənə əllərim,
Əl uzat bircə yol bu ələ,
getmə.
İçimdə atəş var, yanır
ciyərim,
Üstümə bir ovuc su ələ, getmə!
Düşün, bu torpaqdan göy nə istəyir.
Yer nə istəyirsə, göydən istəyir...
Dinlə
ürəyimi, gör
nə istəyir,
Cavab ver gözümdə suala, getmə!..
Doğru
cavab olsun, son ahım olsun,
Qoy səni sevməyim günahım olsun.
Danış dərdlərini, Allahın
olsun,
Məni
döndər suya, su elə, getmə!
Sakit İLKİN
Yardımlı
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.20.