Səndən uzaqlarda...
Səndən uzaqlarda daha yaxşıyam -
Səndən uzaqlarda daha yaxınsan...
Gəl danışım sənə
sənsiz anları -
Gəl mənim ruhuma otur yaxın sən.
Göylərdə izləyib xoş
xəyalını,
Fikirlər içində yarışaram
mən.
Hər gecə yuxumda qonaq kimisən,
Hər səhər yuxumu danışaram mən.
Bu sonsuz səmada süzmək istərəm,
Həsrət qanad qırar, düşürər məni.
Bu isti havanın, bu isti günün
İsti
şüası da üşüdər
məni.
Səndən uzaqlarda daha yaxşıyam -
Sevincin,
kədərin fərqi
olmaz ki...
Sənə ha danışım sənsiz
günləri -
"Quyuya ha su tök,
quyu dolmaz ki"...
Samit NURİYEV
Masallı
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.20.