İgid gəlir

 

Bir igid yatıb gəlir,

Qanına batıb gəlir,

Soyuq olub, bayrağı

Üstünə atıb gəlir.

 

Ay ana, çıx yoluna,

"Xoş gəldin" de balana,

Səs-küyə oyanmasın,

Dözə bilməz halına.

 

Dur, bax insan sayına,

El yığışıb hayına,

Dəvət elə onları

Bir qarış "sarayına".

 

Oğlun sığmaz evinə,

Sevgisi bir xəzinə.

Dolub elin köksünə,

Yaşayar sənə-sənə.

 

Təbrizə PÜNHAN

 

Astara

 

Ədəbiyyat qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.20-21.