Nəfəsindən öyrəndim
Nəfəsindən öyrəndim
Necə gedib
gəlməyi.
Ruhunda yaşamağı,
Dodağında ölməyi.
Dodağın atəş gülü,
Onda ölüm
də gözəl.
Yuxusunda eşq görür,
Adın dilimdə,
gözəl.
Fitrətində nə var ki,
Bir izahı
yox eşqin.
Oxun sığala
gəlməz,
O görünməz ox eşqin.
Nəfəsindən öyrəndim,
Sevda nədir, bilməyi.
Öyrəndim bir can üçün
Mən dirilib ölməyi.
Xanlar HƏMİD
Lerik
Ədəbiyyat qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.21.