Kədərimi söyləyirəm xəzana...

 

Ürəyimin başındasan hələ də,

Qoymamışam bir kimsəni yerinə.

Unutmadım istisini əlinin,

Eh, bunları söyləməyin yeri nə?

 

Bunu sənə söyləməyin yeri nə? -

Hərdən olur nömrəni də yığıram.

Son rəqəmə çatan kimi ekranı

Silib, sonra telefona baxıram.

 

Durub sonra telefona baxıram,

Bəlkə birdən çaşıb məktub yazasan.

Axtarıram mesaj gələn hər yeri,

Başım döndü, indi az ki azasan.

 

Səbrim çatmır, indi az ki azasan,

Hirslənirəm: "Bu adamın sehri ?"

Zəngin gəlsə, açmıram ki, qorxuram

Düşəm yenə o səsinin sehrinə.

 

Düşəm yenə o səsinin sehrinə,

Olmaz olsun belə bəxti, naxışı.

Göz yaşımı gizlətməkçün hamıdan

Köməyimə çağırıram yağışı.

 

Köməyimə çağırıram payızı,

Kədərimi söyləyirəm xəzana.

Buludları köçürmüşəm qəlbimə,

Eh, deyim belə yazı yazana?

 

Eh, deyim belə yazı yazana,

Qoyammıram bir kimsəni yerinə.

Lap unutdum... bir ...

donur əllərim,

Dedim...

amma söyləməyin yeri ?..

 

Xatirə XATUN

 

Lənkəran

 

Ədəbiyyat qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.21.