Dağıstan Respublikasının Yazıçılar
İttifaqının
sədri xanım M.A.Əhmədova-Kolyubakinaya
Hörmətli xanım Sədr,
Məni
zəmanəmizin görkəmli
şairi Rəsul Həmzətovun anadan olmasının 100 illiyi təntənələrinə dəvət
etdiyiniz üçün
Sizə dərin minnətdarlığımı bildirirəm.
Dağıstan rəhbərliyinin, ictimaiyyətin
nümayəndələrinin, qonaqların, Rəsul Həmzətoğlunun iştirakı
ilə keçirilən
dahi dağıstanlı
İmam Şamilin anadan
olmasının 200 illiyinə
həsr olunmuş yubiley təntənəsində
Azərbaycan Prezidenti,
mənim xalqımın
Ümummilli Lideri Heydər Əliyevin adından çıxışımda
demişdim: "İmam Şamil
milliyətcə yalnız
avar deyil, kumıkdır, ləzgidir,
dargindir, noqaydır, tabasaranlıdır... Zəmanəmizin
böyük şairi Rəsul Həmzətovun dediyi kimi, bütün
Dağıstan xalqlarının
böyük oğludur,
Cənubi Qafqazda isə Azərbaycan xalqının böyük
oğludur!"
Bu gün böyük qətiyyətlə bildirirəm:
"Rəsul Həmzətov
bütün Dağıstan
xalqlarının əvəzsiz
övladıdır. Cənubi
Qafqazda isə Azərbaycan xalqının
doğma oğludur!"
Ümummilli Liderimiz Heydər
Əliyevin Rəsul Həmzətovun şəxsiyyətinin
və yaradıcılığının
yüksək dəyərləndirdiyinin
şahidi olmuşam. Prezidentin fərdi dəvəti ilə onun son dəfə Bakıya, böyük şairimiz Səməd Vurğunun yubiley təntənələrinə
gəlişini, rəsmi
görüşdə və
dövlət başçımızın
ona verdiyi şam süfrəsi ətrafında olan dərin mənalı, səmimi söhbətləri
bu gün də xoş təəssüratla xatırlayıram.
Hörmətli xanım Sədr,
Mahaçqalaya çox
üzrlü səbəbdən
- Bakıda olmadığımdan
indi gələ bilmədiyim üçün
hədsiz təəssüflənirəm.
Deməliyəm ki, bütün
Dağıstan, ordakı
insanlar, dostlarım üçün çox darıxmışam, qəlbimdə
güclü nostalgiya yaranıbdır.
İnşallah, yaxın vaxtlarda
Dağıstana gələcək,
Rəsul Həmzətoğlunun,
Patimat xanımın, Dağlar diyarına uzun illər rəhbərlik etmiş Məhəmmədəli Məhəmmədovun
məzarlarını ziyarət
edərək əziz dostlarımla görüşəcəyəm.
HİDAYƏT
Ədəbiyyat
qəzeti.- 2023.- 21 oktyabr, №40.- S.3.