Mən deyiləm yanında
Hansı yerin küləyinə üşüdün,
hansı
yerin soyuğu var canında?
Xəyallarım çox da sənə
sarılıb,
Nə yazıq ki, mən deyiləm yanında.
Düşünürəm hansı işə yarayır
Əllərini isitmirsə nəfəsim.
Sən gələndən, sən
hopandan ömrümə
Nə sükutum sənsiz olur, nə səsim.
Sən demişəm, sən deyəcəm hər nəfəs
Bir gün əgər qalmasam da yadında.
Bircə
bunu unutmazsan ömürlük,
Mən özümü tapmış
idim adında.
Bəlkə də bir bəhanədir, yalandır,
Gözlərində nəfəs dərib dayanmaq.
Ölüm kimi kabus olur, biləsən,
Gedişinə zərrə qədər
inanmaq.
Hansı
yerin küləyinə
üşüdün
hansı
yerin soyuğu var canında.
Xəyallarım çox da sənə
sarılıb,
Nə yazıq ki, mən deyiləm yanında.
Mən çıxıb getməyə
bir
küçə tapsam
Mən çıxıb getməyə
bir küçə tapsam,
Mən çıxıb getməyə
bir kimsəsizlik,
Mən çıxıb getməyə
bir ada tapsam
Bir boş ada!
Nə ağacı olsun, nə daşı olsun!
Mən çıxıb getməyə
bircə yol tapsam,
Mən çıxıb getməyə
bir azca da güc.
Mən çıxıb getməyə
ən uzaqları!
Kimsənin olmayan uzaqlar!
Nə bir iz buraxım,
nə geri baxım.
Mən çıxıb getməyə
qərarlı olsam,
Mən çıxıb getməyə
yır-yığış etsəm.
Mən çıxıb getməyə
həyətə çıxsam.
Əllərim qoynumda qəfil
titrəsə!
Hər şeyi o köhnə evdə unutsam!
Hər şeyə yenidən başlamaq olar!
***
Mən gülə bilmirəm, bilmirəm.
Buludları qərarsız səmanın
altında.
Bəli,
mən bir az da bədbin adamam.
Amma, amma adam kimi
adamam.
Günah
məndə deyil.
Misalçün, dünən sevgilimin
şəklinə baxırdım,
içim
sızladı.
Sevgilimi
görmədim.
Küçənin tinində süpürgəçi
qadın gördüm.
Söykəndiyi süpürgədən kiçik.
Yeganə
dayağına söykənmişdi...
***
Saçlarına söykənib səni
sevmək olar ölüncə,
Toxunma o
saçlara, toxunma ölüm gəlincə.
Mən həyata gələn adamların
ən sonuncu dərd çəkəni,
Dərdi
dəbdən salanıyam,
sevən
də çoxdu, sevməyən də məni.
İndi uzaqlar ən yaxın mənzildi unudulmağa,
İndi yaxınlar ən qorxulu uzaqlıqdı mənimçün.
Qınama,
çox şey oldu.
Qınama
heç nə olmadı.
***
Bütün təsəllilər ən
pis söyüş kimi səsləndikdə,
Anlayırsan ki, nəfəsin divarı
əridə bilməz.
Əllərin uzaqbaşı səfeh
yumruğu olar...
Gözlərin yumulub-açıldıqca
qatı
duman bürüyər
bütün uzaqları.
Ağ kağızlar yazılar-bükülər,
yazılar-bükülər.
Sətir-sətir için əriyib
gedər.
Əriyər tökülər.
Ürəyin sol tərəfini bəyənməz...
Hədər...hədər...hədər...
***
Bozumtul hava, qağayılar və saçların...
Günəş gizləndi...
Günəşi istəmirik...
Sadəcə qağayılar qanad
çalsın,
Sevgi ritmləri ilə.
Saçlarını sərin meh üz-gözümə dağıtsın,
Sahil boyu bütün addımlar
ayrılıqlara
meydan oxusun,
Bütün gəlib keçənlər
barmaq-barmağa,
nəfəs-nəfəsə.
Gözlərim dənizlə gözlərin
arasında
lövbər
salsın,
Ağ əllərin ağ qağayılara saçlarıma
qonmaq cəsarəti versin,
Başın köksümə sıxıldıqca
fit verən gəmini
bu oyunun hakimi bilək.
Getmə,
dayan!
Dəniz
vağzalı, dəmir
yolu vağzalından
daha hüznlüdür...
***
Gecələr dözülməz olur,
Sənsizliyin qalın kölgəsində.
Ümidlərin ayaq ucunda keşik çəkirəm,
adam.
Gecələr bir az da dərin olur,
Gecələr bir az da sükut qışqırır
sənsizliyin
üstünə,
Saçlarına dəniz mehi toxunsaydı,
Əllərimi köməyə çağırardınmı?
Susuram ən böyük həqiqətin qarşısında,
Susuram səndən uzaqlığın
bir küncündə,
Tənha
adalar kimiyəm bu soyuq günlərdə,
Gözlərim bir ağ yelkənli gəmi gözləməsə də,
Ağ əllərini tutmaq üçün özümdən
uzaqlaşıram.
***
O qadını saçlarından
yaşamaq istəyirəm
bu payız sükutunda.
O qadını əllərim
divanə kimi oxşasın istəyirəm.
Mən həqiqətə təslim
olmamışam,
Mən həqiqətə belə
üsyankaram.
Vaxtımın çoxunu dalğalara
uduzsam da,
Yenə
də ayağım dənizdən kəsilmir.
Yenə
də tələsirəm
kimsəsizliyimə,
Ömrünü uduzmuş adamların
vaxtı
az olur,
Bağışla, sağollaşmalıyıq...
dənizi
tək qoya bilmərəm.
***
Ömrümüzü ayaqaltı edənlər,
ömrümüzü başdaşı
kimi əzizləyəcəklər.
Bircə
öldüyümüz günü
gözləyin.
Hərəkətsiz gəmilər dənizə yükdür,
dost.
Bu dünyada hamı gözlərini
Tanrının
əllərinə dikib.
Görünməz əlləri daha
güclü bilirlər.
Yorğun
kölgələrimiz səkilərdə
can verir.
Yorğun
gözlərimiz də
şəkillərdə süst
düşüb.
Bircə
bulud da yoxdur çəkilək altda susaq...
Bu ömrün qabağında
susmamağa səbəb
yox...
***
"Gözlərin ayağının
altını seçmir"
deyənlərə
anlada bilmədim,
Anlada bilmədim ayaqlarıma dolaşan
kabusa baxa bilmədiyimi.
Hər yerdə qınandım,
Hər yerdə özgə oldum.
Ürəyimin ən yüksək
yerlərindəki buzlar
da əridi,
ürəyimə od düşəndə.
Bütün dayanacaqlarda ağrılar
qalaqlanmış.
Bütün avtobuslardakı sərnişinlərin
bir gözü arxada.
Övladını yetimlər evində
qoyub
gedən
atalar kimi.
Hamı
yalan danışır.
Hamı
tezliklə dönəcəm
deyir...
Amma bütün biletlər birtərəflidir...
İntiqam Yaşar
Ədəbiyyat
qəzeti.- 2023.- 21 oktyabr, ¹40.- S.19.