İnsan cəmiyyət problemlərini

sərt realizmlə ifadə edən yazıçı

 

Yazıçı, dramaturq Ağarəhimin 75 yaşı üzərinə

 

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Ağarəhimin (Ağarəhim Rəhimov) hekayə, povest, roman, xatirə, dram, kinossenari və s. çoxşaxəli yaradıcılığında müasir həyatımızın gerçəklikləri reallıqla əks etdirilir. Onun yaradıcılığında yeni bir realizmin əsası qoyulur; insan münasibətləri, ictimai deqradasiyalar, cəmiyyət hadisələri son dərəcə sərt realizmlə ifadə olunur. Yaradıcılığı yalnız ideya və məzmun baxımından deyil, forma, struktur, obrazlar sistemi baxımından da yenidir və polifonikdir. Ağarəhimin yaradıcılığını (nəsr, dramaturgiya, fəlsəfi, əxlaqi esselər və s.) ən yeni dövr Azərbaycan ədəbiyyatının təkzibolunmaz faktı hesab etmək olar.

Ağarəhim bədii yaradıcılığa bir qədər gec, yəni 48 yaşında - 90-cı illərdə başlayıb, belə demək mümkünsə, ədəbiyyat tarixindəki statusu ilə müstəqillik dövrünün yazıçısıdır. Bəlkə də, bu faktor onun heç bir ideologiyadan asılı olmayan bir kontekstdə yaradıcılığa başlamasını şərtləndirən əsas amillərdən olub. Bir sistemdən (sosializm) başqa bir sistemə (demokratizm) keçmiş xalqın yaşadığı hissləri, mənəvi ağrı-acıları təsvir etmək ədəbiyyatın üzərinə düşürdü. Müharibədəki məğlubiyyətin də bədii düşüncə üzərində basqısı olduğundan bu mövzu bədii ədəbiyyatın materialına çevrilə bilmirdi. Ağarəhimin müharibəyə həsr olunan "Canavar balası" hekayəsi xalqı mənəvi girdabdan çıxaran və ona yol göstərən ilk əsərlərdən olur. Daha sonra "Kimdir günahkar", "Teleqram", "Toy əhvalatı", "Qeybullanın arzusu", "Diplomat", "İntihar", "Tüllab", "İtmək həngaməsi", "Əlvida məhəbbətim", "Nida", "Fışqırıq", "Bu ki komediyadır", "Naxırçı Novruz", "Təzə dərs hissə müdiri" və s. onlarla hekayəsi nəşr edilir.

"Canavar balası" hekayəsi ideya və problematikanın bədii həlli baxımından klassik bir model üzərində qurulub. Əsərdə 90-cı illərdə cəmiyyət içində dolaşan "torpaqlarımız müharibə yolu ilə deyil, xəyanət yolu ilə işğal olunub" formulunu təftiş edir və yeni ideya ortaya qoyur. Hələ Azərbaycan bədii nəsrinin müharibə mövzusuna o qədər də diqqət yetirmədiyi bir zamanda müəllifin cəmiyyətimizdəki "canavar balası"nı aşkara çıxarması yazıçı hissiyyatının və qələminin gücü ilə mümkün olur. Yazıçı hadisələri psixoloji aspektdən təhlil etməyə çalışır. Maraqlıdır ki, "Kimdir günahkar" hekayəsində də müəllifin bədii tədqiq obyekti yenə müharibə və məğlubiyyətin səbəbləri olur. Əsirlikdən qayıtdıqdan sonra səsinə səs verənlərlə silahlanıb partizan hərəkatı yaradaraq ermənilərdən qisas almaq haqqında fikirləşən Cəlil gəlib Bakıda qardaşı Həsənin simasında laqeyd, yad bir cəmiyyətlə rastlaşır.

Ağarəhiminlvida məhəbbətim", "Teleqram", "Nida", "Fışqırıq", "Bu ki komediyadır", "Naxırçı Novruz", "Təzə dərs hissə müdiri" və s. onlarla hekayələri sadə həyat həqiqətlərini əks etdirir.  90-cı illərin ortalarından yazılmağa başlayan bu hekayələr bir-birinin davamı kimi səslənir. Müəllifi məşğul edən fikir torpaqlarımızın işğal nədənlərini araşdırmaq və cəmiyyəti doğru-düzgün bir mövqeyə aparmaqdır. Onun bir çox qəhrəmanları da bu ideya yükünün altına girirlər. Bu hekayələrdə Azərbaycan cəmiyyətinin təsviri real həyat həqiqətlərinə söykəndiyi kimi, müəllif bədii gerçəkliyi ilə paralel şəkildə çıxış edir. Bu hekayələrdə həm də Mirzə Cəlil ənənəsinin şahidi oluruq. Hadisəyə satirik, yumoristik yanaşma, komik dialoqlar müəllif yaradıcılığında satirik psixologizmin yaranmasına gətirib çıxarır ki, bu da onun obraz və xarakterlərinin həm özünəməxsusluğunu, həm də zənginliyini təmin etmiş olur.

Ağarəhimincəl təri", "Meteor parçası", "General" povestləri və "Yaddaşda yaşar xatirələr" xatirə-romanı çağdaş nəsrin mozaikasına yeni keyfiyyətlər gətirir. Bu əsərlərin quruluşunda və yazı təhkiyəsində müəllif üslubunu şərtləndirən özünəməxsus amillər var. Hekayələrində olduğu kimi, yazıçı burada da cəmiyyət və insan probleminə diqqət çəkir. Cəmiyyət insan problemi yazıçı yaradıcılığının əsas mahiyyətidir; bütün əsərlərinin fakturasında məhz bu problem durur. Bu amil yazıçı yaradıcılığının yaşarılığını şərtləndirir.

"Əcəl təri" povestində Simuzərlə ailə həyatı quran, lakin onun əməllərindən xəbərsiz Mərdanın taleyi təsvir edilir. Problemin bu cür təsviri yazıçıya mövcud cəmiyyətdəki kataklizmləri bir ailə fonunda təsvir etmək imkanı verir. Yazıçı Mərdanı təmiz niyyətli, saf məhəbbətli, əxlaqlı, vicdanlı, haqq-ədalət tərəfdarı kimi təqdim edir, cəmiyyətdə qayğıkeşliyi, mərhəmətliliyi ilə tanınır. Simuzər isə onun əksidir; həyatı yalan riya üzərində qurulub. Övladları Səlim Nübar da əksqütblüdür. Səlim eynən Mərdanın, Nübar isə anası Simuzərin tərbiyəsini götürüb. Yazıçı daha çox diqqəti bir məsələyə yönəldib; Nübarın gələcəyi Simuzərin həyatının təkrarı olacaq. Çünki onun özünün həyata baxışı yoxdur, o, anasının xalasının təsiri altında olduğundan "pult"la idarə olunur. Yazıçının qadına - Simuzərə bu qədər diqqət yetirməsinin başlıca nədənlərindən biri Qadının cəmiyyətdəki yeri mövqeyidir. Yazıçı Qadına yüksək qiymət verir elə bu səbəbdən onu cəmiyyəti Quran Dağıdan bir qüvvə kimi təqdim edir. Lakin cəmiyyətimizdə Simuzərlər çox deyildir.

Ağarəhimin "Ovlaq keçidi", "Qoşa qanad", "İkili dünyam", "Səfalət", "Girdab", "Cinayət etiraf", "Kabus", "İmtina" s. romanları həm problemləri, həm sənətkarlıq baxımından çağdaş roman janrını zənginləşdirir. Bu əsərlər geniş bir epik zamanı əhatə etdiyi kimi, həm cəmiyyətin bütün problemlərini qapsayır. Bu romanları birləşdirən təkcə cəmiyyət hadisələrinin təfərrüatı ilə təsviri deyil, həm mənəvi-əxlaqi problemlərin qoyuluşu ilə fərqlənir. Onun romanlarında yaşadığımız zamanın təfsilatı, əzabları, ağrıları, mürəkkəblikləri ziddiyyətlərinin mənəvi xəritəsi var. O, cəmiyyət hadisələrinə yeni bir rakursdan baxır; burada haqq-ədalət, mənəviyyat, həqiqət, gözəllik, mənəvi yaddaş s. qabarıq şəkildə verilir. Obrazlarının hər biri tale yüklüdür, fəlsəfi aspektlidir, çoxqatlıdır. Hər bir romanın ideyası onu yaşadan komponentlərlə əhatə olunur. Ağarəhim romanlarında yeni bir bədii model təklif edir. Bu modeli bu şəkildə formulə etmək olar: Cəmiyyət Təbiətlə əlaqəlidir hər zaman paralel çıxış edir, lakin burada Fərdlərə yer verilir heç zaman Fərdi nəzərdən qaçırmaq olmaz. Bütün bunların hamısı Tanrıya aparan yoldur. Beləliklə, Ağarəhim romanlarının başlıca ideyasını bu cür ifadə etmək olar: Cəmiyyət - Təbiət - Fərd - Tanrı. Ən azından yazıçı romanlarının baş qəhrəmanları bu kontekstdə formullaşdırılır. Bu cəhətdən yazıçı yaradıcılığı F.Dostoyevski yaradıcılığı ilə müəyyən mənada səsləşir. Allah, Xeyir Şər ideyası yalnız onun romanlarının deyil, bütövlükdə yaradıcılığının əsas mövzusudur. Onun roman qəhrəmanları mənəvi-əxlaqi hərəkət davranışlarında daim bu platformadan çıxış edir, təhtəlşüur olaraq oradan qidalanır.

Ağarəhimin romanlarında psixologizm vasitəsilə həyatın bütün tərəfləri təfərrüatları təsvir edilir. "Cinayət etiraf" romanında şərlənərək həbs edilən İqrar Kamilovun həyatı kontekstində cəmiyyətin insanın seçim qarşısında qalması təsvir olunur. Yəni İqrar Kamilov həbsdən çıxdıqdan sonra qarşısında duran iki seçənəkdən birini seçir. Bu seçimlərdən biri həyatını korlayan Şər Müzəffər, Əliməmməd kimi insanlara qarşı mübarizəyə başlamaq, ikincisi isə heç nəyə fikir verməyib özünün yeni həyatını qurmaq. O, birinci yolu seçir... Həbsdən çıxdıqdan sonra apardığı müşahidələri əmin edir ki, cəmiyyət Şər Müzəffərlərdən təmizlənməlidir. Çünki Şər Müzəffərin hərəkətləri lokal xarakterli deyil, yəni təkcə İqrar Kamilovu deyil, bütün cəmiyyəti hədəf alıb. İqrar Kamilovun Şər Müzəffərin ölümünə fərman hökmü dərhal verilmir, bir çox həyati psixoloji testlərdən keçir. Arvadı Aytacın etirafları, bacısı Gilanın ölümündən əvvəl məktubda başına gələnləri yazması İqrar Kamilovun bu əməllərdən  (təqiblərə məruz qalması, təcavüzə uğraması, nəhayət əxlaqsızlıq yoluna düşməsi s.) xəbər tutması faktoru əsas olur. Həm əsərin mənəvi-psixoloji aspektləri, həm qəhrəmanın keçirdiyi hisslər F.Dostoyevski sənətkarlığı ilə səsləşir. Yəni Ağarəhim İqrar Kamilovun bu yola getməsinin əsasında əslində cəmiyyətdə ədalət prinsipini təmin etmək məqsədi daşıdığını demək istəyir. Bu mənada, İqrar Kamilovu "alçaldılmış təhqir edilmiş" insan hesab etmək olar. Onun cəmiyyətdə razılaşmadığı da elə budur. Onun bu cəmiyyətdə arzu istəklərinin üzərindən xətt çəkmişlər; təmiz adı getmiş, "narkoman" etiketi yapışdırılmışdır.

Yazıçı yeni cəmiyyətin cinayət cəzasını İqrar Kamilovun psixoloji təlatümləri, sarsıntıları kontekstində böyük ustalıqla  yarada bilir. Ləyaqət İqrar Kamilov üçün hər şeydən üstündür. O, ləyaqətinin təmizlənməsi üçün cinayətə belə gedə bilər. Obrazın ziddiyyətliliyi mürəkkəbliyi məhz buradan gəlir. Lakin yazıçı son dərəcə incəliklə onu cinayətə sövq edən obyektiv səbəblərin detallarını inandırıcılıqla verə bilir.

Ağarəhim romanlarında sanki bir problemi qoyur - bu problem cəmiyyət cəmiyyətdə gedən mənəvi-əxlaqi aşınma problemidir. Bu cəhətdən "Səfalət" "Girdab" romanları "Cinayət etiraf" əsəri ilə mövzu ideya baxımından səsləşir. Bu romanların mövzuları kimi, yazı üslubunda da ciddi estetik yaxınlıq oxşarlıq vardır. Sonuncu hər iki romanda cəmiyyətdəki sosial-əxlaqi problemlər təsvir olunur. Yazıçı həyatın hər sahəsini - sosial, ictimai, mənəvi, siyasi məsələlərini özündə ehtiva edən bir süjet xəttində insan münasibətlərini sərt şəkildə əks etdirir. Yazıçının müşahidələri, hadisələrin təsvir mexanizmi cəmiyyətdəki səfalətin dərinliklərinə enməsinə imkan verir. Üç dilənçinin taleyinin qarşılaşdırılması "Səfalət" romanının süjet xəttini təşkil edir. Cəmiyyətdə sosial-siyasi əxlaqın pozulması insanlara öz təsirini göstərir. Xüsusilə, bu qəhrəmanlardan birinin - Dilbərin dilənçi həyatı yaşaması yazıçıya hadisələrə başqa rakursdan baxmasını şərtləndirir.

"Girdab" romanında isə Şəfəqin həyat tarixçəsi cəmiyyət kontekstində verilir. Onun da həyatı Dilbərin həyatına bənzəyir; qaçqınlıqdan başlayan çətin həyat, nəhayət, öz yoluna qoyulur. O, fabrikdə işə düzəlir, yataqxanada qalır, yoldaşları arasında namuslu işçi kimi tanınır. Lakin Şəfəq yaşadığı keçmişdən xəcalət çəkir. "Girdab" romanında da yazıçı cəmiyyətdə baş verən hadisələri təhlil etmək üçün suallar verir. Bu suallar ritorik suallar deyil, cəmiyyətin qarşılaşdığı mənəvi-əxlaqi aşınmanı bütün ziddiyyətləri mürəkkəblikləri ilə əks etdirir. Trilogiya hesab olunan "Cinayət etiraf", "Səfalət" "Girdab" romanlarının qəhrəmanları sanki bir sosioloq, filosofdular; onlar yaşadıqları cəmiyyəti təhlil edir, hər üzünü saf-çürük edirlər. Lakin bütün hallarda yeni cəmiyyət quruculuğunda yeni mesajlar verilir.

"Kabus" romanında yazıçı yenə cəmiyyət hadisələrinin dərinlikləri, ziddiyyətləri atılmış bir uşağın həyatı fonunda göstərilir. Bu cür hadisələr dünya ədəbiyyatında daha çox boy göstərir; bizim bədii düşüncədə isə nadir hallarda müraciət edilir. Çox kiçik yaşlarından həyatın ümidinə atılan Ayazın taleyi insanın cəmiyyətdəki rolunu sərt realizmlə əks etdirir. Ayaz beş yaşında olarkən anası onu dənizkənarı bulvara aparır, ona yemək alır sonra da "indi gəlirəm", - deyə ondan uzaqlaşır. Müəllif Ananın üçün belə etdiyini mühakimə etmir. Zatən Ayazın düşdüyü cəmiyyət bunu aydın şəkildə göstərir. Həyat Ayazı kimsəsizlər evinə atır; lakin müəyyən vaxtdan sonra bura ilə vidalaşmalı olan bu insanlar cəmiyyətdə öz yerini tapa bilmirlər. Cəmiyyət onları qəbul edə bilmədiyi kimi, onlar da cəmiyyətdə yer tapa bilmirlər. Buna qədər cəhd etsələr belə bir çox faktorlar onların cəmiyyətə adaptasiyasının qarşısında əngəl olur. Ayaz özü bu durumu belə ifadə edir:"Ağlımız kəsəndən bizə gün kimi aydındır ki, kimsəsizlər evindən çıxanda hamımız küçələrə atılacağıq. Naməlum şəhər. Firavan həyat yaşayan adamlar. Göz yaşları içində ömür sürən, kimsəsizlər evindən atılan yarıac binəvalar. Oğrular. Dələduzlar. Basqınçılar. Kimlər... Kimlər... Yalnız özlərini görənlər, qarınlarını güdənlər... Ağlagəlməz, anlaşılmaz bəlalar mənbəyi... küçə həyatı..."

Romanın qəhrəmanına elə gəlir ki, küçədə yaşamaq da cəmiyyətdə ömür sürməkdir. Uğursuz küçə həyatı oğru itlər, ac pişiklər kimi ömür başa vurmaqdır. Bunun sonu pozğunluq, ondan sonra isə türmə gəlir. Əgər insan insana bu cür məşəqqətlər yaşadırsa, bəs nədən biz vəhşiləri qınayırıq? Evsizlik, işsizlik, tənhalıq, kimsəsizlik kimi arqumentlər atılmışların çox zaman gələcək həyatını bəlirləyir. Onlar bu durumda çox zaman təhqir olunur, söyülür, bir parça çörək üçün müxtəlif əyri işlərə cəlb olunurdu. Onların yaşadığı bu həyat sadəcə yetimlik kimsəsizlik deyildi, cəmiyyət tərəfindən olduqları kimi qəbuledilməzlik idi. Yazıçı atılmışların faciəsini fərdiləşdirmir, əksinə ictimai məna verir əxlaq, mənəviyyat məsələlərini qoyur. Belə vəziyyətdə mənəvi-əxlaqi problem cəmiyyətin ən əsas məsələlərindən biri olur. Cəmiyyətdə onlara qarşı müəyyən inamsızlıq olur; onlara etibar edilmir, inanılmır, hətta kimsəsizlər evinin uşaqları təzə kostyum aldıqda belə "bu pulun haradan aldığını" bəhanə edərək onları həbs edirlər.

"Kabus" romanında yalnız atılmış uşaqların taleyi əks etdirilmir, həm onların cəmiyyətə adaptasiyası, onların çoxunun düçar olduğu faciənin səbəbləri göstərilir. Lakin onlardan bəziləri düşdükləri çirkabın içindən çıxa bilir, xeyirxah insanların köməyi ilə özünə tapır, ev alır, həyat qurur. Ayaz da belə bir yol keçir; lakin o, keçdiyi yolun bu şəkildə sona çatacağına özü təəccüb edir. Yazıçı roman boyu qəhrəmanın dili ilə cəmiyyətin üzünü göstərəcək cavabsız suallar verir; bu suallardan bizim yaşadığımız cəmiyyətin qədər ədalətsiz olduğunu, bütün zümrələrin bu cəmiyyətdə heç hər zaman yer tapa bilmədiyini görür dərk edirik. Yazıçının əsas məqsədi bu cür insanları cəmiyyətdəki bəd niyyətli təmayüllərdən qorumaq, onları cəmiyyət üçün layiqli bir vətəndaşa çevirməkdir. Ayazın simasında yazıçı bunu bacarmış oxucunu da buna səsləmişdir.

"İmtina" romanında yazıçı cəmiyyətdə kanonik hadisə kimi yadda qalan ailə məsələlərini təsvir edir. Mahmud atadan yetim qalsa da, cəmiyyətdə müəyyən mövqe tutub, adamı kimi tanınır, öz mühitində yaxşı qarşılanır, dostlar arasında hörməti var. Hamıyla müəyyən məsafə saxlayır, başına bir neçə dəfə qeyri-adi hadisə gəldiyindən hamıya inanacaq biri deyil. Lakin onu qarşıda daha bir qəribə hadisə gözləyirdi; toy günündə arvadı bir başqasına qoşularaq qaçır. Pis vəziyyətdə qalan Mahmud cəmiyyətin kanonik qanunlarının ardınca getmir; onu atan nişanlısını axtarmır, bunun mənasız olduğunu dərk edərək özünə yeni bir yol seçir. "Kabus" romanında olduğu kimi, "İmtina"da da mənəvi-əxlaqi problem qoyulur; boşanmalar, talelər, həyatın girdablarında itib-batmaq. Yazıçı daxili monoloqlar suallar vasitəsilə cəmiyyət məsələlərinə nüfuz edir; qəhrəmanlar özünü ittiham edir, daxili monoloqlar vasitəsilə yaşadıqları həyatı incələyir müəyyən nəticələrə gəlir. Mahmud düşdüyü vəziyyəti təhil edir, özünü günahkar bilir, lakin günahının nədən ibarət olduğunu deməkdə çətinlik çəkir.

"Yaddaşda yaşar xatirələr" xatirə-romanında müəllif keçib gəldiyi yola nəzər salır, ən xırda detalları belə təfərrüatı ilə xatırlayır ona fəlsəfi yanaşmağa çalışır. "Mən kiməm?" sualına cavab axtaran müəllif oxucunu da bu aləmə daxil edir cavabları birlikdə tapır. Yazıçı üçün özümüdərk dünyanın dərkidir. Hər şey özümdədi: təbiət , kainat da, o sirli-sehrli aləm : "Özümüdərk mənəvi rahatlığımdı, ucalığımdı, üzağlığımdı, insanların gözünə dik baxa bilməyimdi, ailə, cəmiyyət içərisindəki nüfuzumdu, səadətimdi, bəxtiyarlığımdı..." Romanın qəhrəmanı  özünüdərkdə öz dünyasını qurur, böyük sirlər, xəzinələr kəşf edir. Bütün göy qübbəsi, səma, kainat, yerin altı da, üstü onun olur, daxilinə nəzər salmağı bacarır, öz gizli mücrüsündən qəbahətləri qovub kənarlaşdırır, özünü əsən rüzgardan, azğın dalğalardan qoruyuram.

Ağarəhim həm zəngin dramaturgiya yaradıcılığı kinossenariləri ilə tanınır. Bədii yaradıcılıq həm söz sənətidir. Sənət isə "gerçəklik sahəsinə deyil, yaradıcılıq sahəsinə daxildir" "hər bir sənətin vəzifəsi təbiətən çatışmayan şeyləri tamamlamaqdan ibarətdir" (Aristotel). Bədii yaradıcılıqda təbii istedadın rolunu xüsusi qeyd etmək lazımdır. Məhz bu təbii istedadın gücünə arxalanan sənətkar həyatda yaşadığı cəmiyyətdə yerində olmayan hadisə keyfiyyətləri öz yerinə qoyur. Belədə həyat həqiqəti ilə bədii həqiqət qovuşur bu qovuşuqdan oxucuların böyük mənəvi zövq idrak aldığı əsərlər yazılır. Bu mənada A.Rəhimovun daramaturgiya yaradıcılığını bir sistem kimi qavramaq lazım gəlir; belə ki, dramaturqun özünəməxsus zəngin obrazlar aləmi, süjet, konflikt orijinallıqları, fərqli dramaturji kombinasiyaları, çağdaş cəmiyyəti bütün reallığı ilə əks etdirən tale mətnləri, dialoq monoloqları sənətkar zaman kontekstində yeni mahiyyət qazanır.

Ağarəhimin dramaturji yaradıcılığı çağdaş həyatımızın kiçik bir modelidir, özü Azərbaycan həyatını, məişətini, müasir insan düşüncəsini, psixologiyasını, mentalitetini bütün reallıqları, əkslikləri ilə göstərən bir model. Hətta bu tənqidi realizm səviyyəsində həyat həqiqəti bədii gerçəklik bəzən adama ifrat təsir bağışlayır, "yox, bu belə ola bilməz", - deyə etiraz etmək istəyirsən (əlbəttə, ilk baxışdan, əsərin sonuna gəldikdə, müəllif mövqeyi ilə tanış olduqda isə gəldiyin nəticənin aldadıcı keçici olduğunu görməyə bilmirsən!), ancaq necə etmək olar ki, həmin etirazla vaxtilə Mirzə Cəlil, Sabir bir çox tənqidi realistlərin yaradıcılığı da üz-üzə qalmışdır. Onun əsərlərinin bədii fakturasını  həyat həqiqəti təşkil etdiyi kimi, sözün, mətnin, hadisənin funksiyası məna zənginliyi çoxçalarlı edir. Ağarəhimin dramaturgiyasını bir sistem olaraq üzə çıxaran amillər içərisində mövzu problematikanı xüsusi qeyd etmək gərəkir. "Canavar balası", "Xəyanət", "Məhəbbət cinayət", "Qatillər", "Vicdan məhkəməsi", "Xəcalət", "Qatı cinayətkarlar" s. əsərlərində hadisələrin baş verdiyi yer mənəvi-əxlaqi məkandır.

"Xəyanət" (1998) pyesində hadisələrin Azərbaycan həyatının ən mürəkkəb ziddiyyətli dövründən - 90-cı illərin əvvəllərindən bəhs etməsi "xəyanət" kodunun tarixi müasir köklərini araşdırmağa yönəlib. Dramaturq "xəyanət" kodunu açmaq üçün Azərbaycan elitasının bu çətin vəziyyətdə hansı qərarları verməsinə şahidlik edir; rəhbər Göydəmirli, professor Qüdrət Səlimzadə, həyat yoldaşı professor Xavər Səlimzadə, onların böyük oğlu nazir müavini Əşrəf, ortancıl oğlu prokuror Söhbət, kiçik oğlu qəzet redaktoru Ədalət, gəlinləri Samirə, Lətafət, Məlahətin simasında milli elitanın xalqın ən çətin vəziyyətində gəldiyi qərarlar yaxın tariximizdəki hadisələri reallıqla işıqlandırır. "Xəyanət" kodunun açılması ona görə çətin olur ki, onu hərə bir cür başa düşür; əsl xəyanətin kimdə nədə olması isə yalnız müəllif ideyasının hadisələrin gedişi fonunda açılmasından sonra baş verir. Əsl xəyanət, əslində ermənilərin "dost", "qardaş" dedikləri azərbaycanlılara qarşı torpaq iddiası qaldırması ilə başlayır, lakin bunu xəyanət adlandırmamaq da olar. Çünki xəyanətin tərkibində özümüzdən olanların özümüzə qarşı çıxması elementi var müəllifin əsas məqsədi məhz bu kodu açmaqdır.

Ağarəhim dramaturgiyanın strukturunda da müəyyən gəzişmələr edir; əsərlərində iştirak edən şəxslərin sayı çox nadir hallarda on beşdən aşağı olur, bəzən isə bu iştirakçıların sayı otuza belə yaxınlaşır. Bu isə müəllifə cəmiyyətin bütün təbəqələrindən olan insanları, problemləri təhlil etməyə, cəmiyyəti bötöv şəkildə dərk etməyə imkan yaradır.  "Haray" pyesində müəllifin iştirakçıları iki yerə -  azərbaycanlılar ermənilərə ayırması milli ayrıseçkilikdən deyil, hadisələrin məntiqi inkişafından doğur. Müəllif ermənilərin obrazını yaradarkən tarixi reallığa uyğun olaraq hərəkət edir; cinayətlər törədənlərin üzünü açmağa müvəffəq olur.

Ağarəhimin dramaturgiya poetikasında yenilikçiliyi şərtləndirən faktorlar üzərində dayanarkən süjet xətlərində paralel addımlayan məhəbbət cinayət, sevgi nifrət, ləyaqət ləyaqətsizlik, vicdanlılıq vicdansızlıq kimi mənəvi-əxlaqi davranışların arxetip şəklində əvvəldən axıra izlənilməsidir. Dramaturq yalnız hadisələri seyrçi vəziyyətdə göstərməklə kifayətlənmir, bir filosof, cəmiyyətşünas olaraq insanın cəmiyyətdəki rolunu, davranışlarını - sevgisini, nifrətini, mərdliyini, alçaqlığını, məhəbbətini, nifrətini, ümumiyyətlə, psixologiyasını üzə çıxarmağa çalışır. Onun dramaturji əsərlərinin sonunda həmişə bir işıq görünür, bu işıq insanı çıxılmazlıqdan çıxarmaq üçün bir yolgöstərən olur. Hansı bir qüvvəsə müəllifin özü ilə yanaşı, tamaşaçını (oxucunu) da öz ardınca aparır; eyni zamanda insanın daxilində gizlənən hiss duyğuların mənbəyini, nədənlərini araşdırmağa sövq edir. Bu insanı özünə kənardan baxmağa sövq edir, onu özünüdərkə səsləyir.

Ağarəhimin əsərlərində insan onun fəaliyyəti özünüdərk prosesində açılır. "Qatillər", "Vicdanın məhkəməsi", "Əcaib macəranın nadürüst tipləri", "Əsgər anası", "Qatı cinayətkarlar", "Xəcalət", "Namərd körpüsü" s. dram əsərlərində insan bütün ziddiyyətləri mürəkkəbliyi ilə bədii təhlil obyektinə çevrilir. Bu əsərlərdə insan sadəcə dramaturji fakturanın interyerini təşkil etmir, hadisələrin mahiyyətinə enir, özünü dərk etməyə dərk etdirməyə çalışır. Bu münasibətlə müəllif cəmiyyətin özünün "Vicdan məhkəməsi"ni qurur.            

Ağarəhim dramaturgiyada özündən əvvəlki sələfləri ilə varis-irs münasibətlərini ən effektiv şəkildə davam etdirir. M.F.Axundzadə, Mirzə Cəlil kimi onun da dramaturgiyasında yaşadığı dövrün, cəmiyyətin semantikası, xarakteri, mahiyyəti bütün parametrləri ilə təsvir olunur. Əgər M.F.Axundzadə "kimyagərləşməni", "xəsisliyi", Mirzə Cəlil "ölüləşməni", "dəliləşməni" cəmiyyətin əsas balası bəlası hesab edib prosesin özünü təhlilə cəlb edirdisə, Ağarəhim cəmiyyətdəki "cinayətləşməni", "xəyanəti", "qatilliyi", "cinayət cəza" tandemini, vicdan məhkəməsini dramaturji janrın hərəkəti prosesində göstərir. Onun əsərlərinin hər birində zamanın möhürü var; eyni zamanda dramaturji mətn kompozisiyası elə bir mənəvi-əxlaqi problem üzərində qurulmuşdur ki (bunlar bütün zamanlar üçün eyni dərəcədə aktuallığını saxlayır), bu problemlər bütün cəmiyyətlərin (burada söhbət Azərbaycan cəmiyyətindən gedir!) əzəli əbədi probleminə çevrilir.

Ağarəhimin dramaturgiyası həm özünəməxsus kompozisiya quruluşuna malikdir; bu əsərlərin süjet kompozisiyasında yeni sxemin funksionallığına daha çox yer verilir. Bu əsərlərin strukturunda çox zaman çağdaş teatr səhnəsinin imkanlarından xaric hadisələr baş verir; ola bilsin ki, bu komponent əsərin səhnəyə qoyulma imkanlarını bir qədər məhdudlaşdırsın. Lakin bunun özü bədii təfəkkürün yeni teatr modelində ifadəsindən başqa bir şey deyildir; bu, həm çağdaş cəmiyyətin dramaturq tərəfindən yeni yozumu anlamına gəlir. Ağarəhim dramaturji mətnlərini təhlil süzgəcindən keçirərkən, yaratdığı teatr-səhnə modelində  bütövlükdə dramaturgiyasının əsas xüsusiyyəti kimi sosioloji, fəlsəfi kontekstin aparıcı istiqamət olduğunu vurğulamaq lazım gəlir.

Ağarəhimin təsvir etdiyi son dövrün dramatik hadisələrini bədii fakturaya çevirərkən həyati faktlardan çıxış edir; olsun ki, bu bizim eşitdiyimiz bildiyimiz faktlar deyil, yaxud birimiz bundan daha çox, ya az faktlara istinad edə bilərik, əsas olan odur ki, dramaturq iki tərəfin, xalqın, toplumun Qarabağ hadisələrinə olan münasibətin fəlsəfi formulunu ifadə edə bilir, xalqların fərdlərin müharibə zamanı hərəkət davranış stereotiplərini yarada bilmişdir. Fikrimizcə, müəllifin bu yanaşması olduqca reallığa söykənməklə yanaşı, həm bədii düşüncənin məntiqi inkişafından doğur.

Ağarəhimin dramaturgiya poetikasında paralel addımlayan məhəbbət cinayət, sevgi nifrət, ləyaqət ləyaqətsizlik, vicdanlılıq vicdansızlıq kimi mənəvi-əxlaqi davranışların arxetip şəklində əvvəldən axıra izlənilməsi başlıca yer tutur. Dramaturq yalnız hadisələri seyrçi vəziyyətdə təsvir etməklə kifayətlənmir, bir filosof, cəmiyyətşünas kimi insanın cəmiyyətdəki rolunu, davranışlarını - sevgisini, arzusunu, iddia imkanlarını, nifrətini, mərdliyini, alçaqlığını, məhəbbətini,  ümumiyyətlə, psixologiyasını üzə çıxarmağa çalışır. Görünür, buna görədir ki, onun dramaturji əsərlərinin sonunda həmişə bir işıq görünür, bu işıq insanı çıxılmazlıqdan çıxarmaq üçün bir yol göstərən olur. Hansı bir qüvvəsə müəllifin özü ilə yanaşı, tamaşaçını (oxucunu) da öz ardınca aparır; eyni zamanda insanın daxilində gizlənən hiss duyğuların mənbəyini, nədənlərini araşdırmağa sövq edir. Bu insanı özünə kənardan baxmağa sövq edir, onu özünüdərkə səsləyir.

Ağarəhimin dramaturgiyası həm özünəməxsus kompozisiya quruluşuna malikdir; bu əsərlərin süjet kompozisiyasında yeni sxemin funksionallığına daha çox yer verilir. Lakin bunun özü bədii təfəkkürün yeni teatr modelində ifadəsindən başqa bir şey deyildir; bu, həm çağdaş cəmiyyətin müəllif tərəfindən yeni yozumudur. Çağdaş texniki imkanların zənginliyini nəzər almış olsaq, yeni mərhələdə teatr səhnə mizanının dəyişməsi bu texniki imkanların səhnəyə daxil olmasını tamamilə labüd hesab etmək mümkündür.

Ağarəhimin dramaturji mətnlərini təhlil süzgəcindən keçirərkən, yaratdığı özünəməxsus teatr-səhnə modelində  bütövlükdə dramaturgiyasının əsas xüsusiyyəti kimi sosioloji, fəlsəfi kontekstin aparıcı istiqamət olduğunu vurğulamaq lazım gəlir. Bu mətnlərin əsasında yeni cəmiyyət insan problemi dayanır, insanın daxili aləmi, əxlaqi əməlləri əsas yer tutur. Burada insanın özü (şəxsiyyəti) deyil, hərəkətləri, əməlləri, həyəcanları, dramatik həyatları, sevgiləri, nifrətləri, xoşbəxtlikləri bədbəxtlikləri göstərilir. Onun dramaturji poetikasında janr, süjet kompozisiya, obraz xarakterlər, bədii söz fikir canlılıq hərəkətlilik qazanır.

Ağarəhim istər bədii nəsrində, istər dramaturgiyasında, istərsə ssenarilərində  bir sosioloq, filosof kimi çıxış edir; onun əsərlərinin əsas süjet xəttində  cəmiyyət hadisələri İnsan problemi qoyulur, çağdaş cəmiyyəti məşğul edən hadisə problemlərə geniş yer verilir. Məhz bu amillər yazıçının əsərlərini uzunömürlü, yaşarı edir. Bu əsərlərin yazılmasından keçən Zaman yazıçının əsərlərinin uzunömürlülüyünün sübutudur. Bizə isə yalnız Ağarəhimə can sağlığı, uzun ömür yaradıcılıq uğurları arzulamaq qalır...

 

Bədirxan ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 21 oktyabr, ¹40.- S.20-21.