Məni görməmisiz?
Coys
Kerol Oust - 1938-ci ildə
dünyaya gələn,
ilk kitabını 1963-cü ildə çap etdirən, o zamandan bəri 50-dən çox kitaba müəlliflik edən amerikalı yazıçı, dramaturq,
şair və tənqidçi.
Sanki, bir gecədə şəhərdə minlərlə
açıq-sarı nərgiz
çiçəyi açıb
- 11 yaşlı Marisa Bantrynin
gülərüz siması
hər yerdədir, bütün şəhəri
sarıb.
Mağazaların vitrinlərində, elan lövhələrində, telefon
dirəklərində, poçt
şöbələrinin qapısında,
ərzaq yarmarkasının
girişində, şəhər
kütləvi kitabxanasının
foyesində, binaların
divarlarında oradakı
şəkillər aprel
yağışı ilə
artıq bir az da saralmışdı,
11 yaşlı qızcığazın
üzü kimi.
"Aprelin 10-da "Scatscill
Day" məktəbində təhsil alan qız evə dönməyib. Sonuncu dəfə on beşinci küçədə görülüb".
"Scatscill" Polis İdarəsi
tez bir zamanda
"MARİSA" adlı xüsusi
sayt yaratdı, burada itkin düşən
sarışın qızın
daha bir neçə fotoşəkli
yerləşdirildi və
onun xüsusiyyətləri,
ünvanı, adı,
soyadı ətraflı
təsvir edildi. Sonra qeyd gəldi:
"Marisa
Bantry barədə nəsə
bilən, görən,
məlumatı olan hər kəs bu nömrəyə, "Scatscill" polisinə zəng etsin".
Əvvəlcə, mükafat vəd
edilməmişdi, amma
cümə günü
axşam anonim sponsor (çox güman ki, şəhərdə tanınmış
təqaüdçü-xeyriyyəçi)
tapıldı. O, on beş
min dollar mükafat təklif
etmişdi, 11 yaşlı
qızın harda olduğu haqda məlumat verənlər üçün.
Mətbuat "Scatscill" polisinin
gecə-gündüz işlədiyini
yazırdı. Onlar ətrafdan daimi təzyiq altında idilər və bütün mümkün ehtimalları nəzərdən
keçirirdilər. Şəhərdə
indiyədək oxşar
cinayətlərdən mühakimə
edilən hər kəsi sorğu-sual edən polis, hələ də bir nəticə
əldə etməmişdi.
Günlər geridə
qalırdı, amma 11 yaşlı Marisadan bir xəbər yox idi. Buna baxmayaraq,
qəzetlər, hansısa,
anonim mənbədən
xəbərlər alırdılar
ki, detektivlər "Scatscill"
şəhərinin altmış
yaşlı sakini, təqaüdçü musiqi
müəllimi ilə
görüşüblər. 1987-ci ildə o, azyaşlı uşağı qaçırtmağı
ilə diqqət çəkib. Bu adamın
müxbirlə danışmaqdan
imtina etdiyinə və üstəlik, özünün şəklini
çəkməyə belə
icazə vermədiyinə
görə qəzet,
"Amwell Circle 12" ünvanındakı
evinin fotosunu ön tərəfdə dərc etmişdi. Səhifənin yuxarısında
başlıq böyük,
qalın hərflərlə
yazılmışdı:
"Cinayətkara bir sual verildi - Marisa hardadır?"
"Briarcliff"
məhəlləsinin bütün
sakinləri, bəziləri,
hətta bir neçə dəfə dindirilmişdi. Heç bir order verilməsə də, bir neçə
nəfər əlindən
gələn hər şeylə polislə əməkdaşlıq edərək
evlərində axtarış
aparılmasına, hətta
avtomobillərinin yoxlanılmasına
icazə verdi.
Marisanın məktəbdən evə
gedən yolu boyunca yerləşən bütün mağaza və köşklərin sahibləri və satıcıları da sorğu-sual
edildi. "Sevn-İlevndə",
məktəblilərin və
gənclərin xüsusilə
getməyi xoşladıqları
magistral yolun kənarındakı
mini yarmarkada bir neçə satıcı
itkin düşən qızın fotoşəkillərinə
baxıb, məyus halda başlarını bulayıb, sonra da eyni şeyi polis əməkdaşlarına danışdılar:
- Yox, Marisa Bantrynin bu yaxınlarda mağazaya gəldiyini, hətta haçansa, mağazaya gəldiyini xatırlamıram.
Onlara daha sonra Lea Bantrynin fotoşəkli də göstərildi və böyük kassirlərdən biri diqqətlə baxdıqdan
sonra təsdiqlədi
ki, bəli, bu qadını tanıyır.
Onu dəfələrlə
qızıyla burada görüb, qızına
qarşı xüsusi
mehribanlığı və
qayğısıyla ağlında
qalıb. Ancaq təəssüf ki, o, tam əminliklə
deyə bilməmişdi
ki, o, cümə axşamı
onların mağazasına
tək, yoxsa, qızı ilə gəlmişdi.
- Çoxlu alıcımız
var. Və onların bir çoxu, bilirsiniz, çox oxşardır. Sarışın
olduqları üçün
eyni görünürlər,
- dedi kassir.
Detektivlər, həmçinin əsasən,
"Scatscill High" bölgəsindən
olan yeniyetmələri
sorğu-sual edirdilər.
Onların bəziləri
artıq məktəbə
getmirdilər. Mağazalarda
və mini yarmarkalarda gəzməyi sevənlərə
xüsusi diqqət yetirilmişdi. Onların əksəriyyəti polisi
görəndə, sadəcə,
daşa çevrilib və tələsik başlarını bulayırdılar.
Xeyr, onlar bu balaca, zərif
qızı görməmişdilər,
onu heç gördüklərini də
xatırlamırdılar. Mavi
saçlı və
sol qaşında gümüş
sancaq şəklində
pirsinqli gənc xanım qaşlarını
çatıb, diqqətlə
və uzun müddət fotoşəklə
baxdıqdan sonra: - Bəli, deyəsən, Marisanı görmüşdüm
və deyəsən, anasının yanında idi - dedi.
- Amma ola bilsin ki, dünən deyildi, çünki deyəsən, dünən
bura gəlməmişəm.
Bəlkə keçən həftə? Oh, bilmirəm, dəqiq
deyə bilməyəcəm...
Axtarışın ürəyi "Scatscill
Day School"da döyünürdü. Məktəbin
önündə televiziya qrupları, hər girişdə isə
qəzet müxbirləri və fotoqraflar yerləşdirilmiş,
xüsusi axtarış şurası
yaradılmışdı, balaca qız üçün.
Marisanın yoxa çıxmasının ertəsi günü
bu polislər kiçik qruplar şəklində tələbələri
sorğu-suala tutmuşdular, bütün siniflərdə, sanki
güclü zəlzələdən sonra həyəcan və
sarsıntı hiss olunurdu. Bəzi valideynlər məktəb rəhbərliyinin
tapşırıqlarına baxmayaraq, övladlarını,
ümumiyyətlə məktəbə buraxmırdılar:
"Scatscill Day"da heç bir risk yoxdur. Marisanın
başına gələnlər məktəbdə olmayıb və
cinayətkar da bizim məktəbdən olmayacaq", - deyilirdi
məktəbin verdiyi açıqlamada. Bazar ertəsindən
etibarən, yeni təhlükəsizlik tədbirlərinin tətbiq
ediləcəyi vəd edilməklə, məktəbdə təhlükəsizliyin
gücləndiriləcəyi də
açıqlanmışdı. Marisa Bantrynin
tapılmadığı hər gün insanların əhval-ruhiyyəsi
bir az da pisləşirdi. Müəllim uşaqlara Marisanın
bu gün də tapılmasını xəbərini
çatdırıb, kiminsə sualı
olub-olmadığını soruşdu və bütün sinif
uzun müddət susdu. Nəhayət, bir oğlan əlini
qaldırıb soruşdu:
- Axtarış qrupu olacaqmı? Televiziyada göstərdikləri
kimi, insanlar cəsəd tapana qədər meşələri,
tarlaları gəzəcəklər...
Bütün siniflərdə oxşar
söhbətlər davam edirdi, lakin həmin
gün Anita Helder adlı səkkizinci sinif şagirdi qəfildən
müəllimi ilə danışmaq üçün
könüllü oldu. Səssiz və sakit bir qız olan Anita
zəif oxuyurdu, nadir hallarda əlini qaldırır və
aydın olmayan xəstəliklərə görə tez-tez dərsdən
icazə alırdı. Onun narkotik qəbul etməsindən
şübhələnsələr də, onu tuta bilməmişdilər
indiyədək. İdarə heyətinə
çağırılanda o, nifrət dolu və tutqun
baxışları ilə ətrafı süzürdü.
Anita birdən narahat, yaltaq səslə dedi ki, deyəsən,
bir gün əvvəl dərsdən sonra Marisa Bantryni On
Beşinci küçəylə, On Üçüncü
küçənin kəsişməsində görüb və
deyəsən, Marisa mikroavtobusa minib.
"...onun olduğuna əmin deyiləm, mən
bu Marisa Bantryni heç tanımıram, amma yəqin ki,
odur"
- Aman
Allah, heyif ki, o vaxt onu dayandırmadım!
Özümü çox günahkar hiss edirəm. Axı mən
ona çox yaxın idim. Ona qışqıra bilərdim ki,
"Hey, nə edirsən? Oturma!" - Anita qorxaq səslə
davam elədi - Bir də gördüm ki, sürücü əyilib
Marisanı maşına sürüklədi. Uzun, tünd
saçlı bir adam idi, amma onun üzünü görə
bilmədim. Onun mikroavtobusu isə açıq-mavi idi və
nömrə "TZ 6" ilə başlayırdı...
Qalanını xatırlamıram.
Anitanın gözləri yaşla
doldu. Hər yeri titrəyirdi.
Görünür, xatirə onu çox incitmişdi.
Bu vaxta qədər detektivlər Mikel Zelmandan başqa,
bütün məktəb işçiləri ilə
sorğu-sual aparmışdı. Zelman otuz bir yaşında,
kompüter dərsləri keçir və cümə günləri
məktəbə gəlmirdi.
Amerikalı yazıçı
Coys
Kerol Oust
Tərcümə: Malik Atilay
Ədəbiyyat
qəzeti.- 2023.- 21 oktyabr, №40.- S.31.