Doğma
dilim, nolar məndən kənar dur,
tez
uzaqlaş, yaxın durma, naçaram.
İndi sənin
alovun çox qorxudur,
indi sənin
alovuna düçaram.
Ölüxana
sobasında elə bil
meyit
qalxır uzandığı yerindən:
Atəşlərə
büründükcə o dil-dil
"Nolub?"
deyə nəğmə çıxır dilindən.
***
Göyüzü
bulanıq, şıdırğı yağış.
Əzizdir
canına nur hopmuş hava.
Çətiri
canına bürkünü yığmış
küskün
küknarlarla, fikirli şamlar.
Əgər
üzülərsə yerdən ayağım,
qalxaramsa
göyə asta, şar kimi,
o
vaxtı göylərə sovqatım, payım
bumbuz
qüssə olar yerdə qar kimi.
***
Yenə
yağıb, təzələnib nübar qar,
papaq kimi
dümağ olub kolluqlar,
bir də
göydən gecə enən yük ki var
bənzərsizdi,
əcayibdi, füsünkar.
Qışdımı?
Yox! Hələ qış qabağıdır.
Təbiət
də gör necə yaxşılanıb.
Səndəki
bu nəyin qaşqabağıdır,
yenə qəlbin
hüznlə adaxlanıb.
***
Darıxıram!
Darıxıram! Külək, bir də yarpaqlar...
Gözlərimdən
yuxu qaçıb... Necə darıxmayasan?
Yağış
da ki yağmaq bilmir niyəsə bu aralar,
gecələri
yaradıblar gərək hökmən yatasan.
Qeyb
olublar, axı niyə görünsünlər gecələr,
göy
üzündə buludların işi çox nagahandı.
Nə soruşsaq,
asan deyil, ah bu vecsiz necələr,
biz
adamıq, biz susuruq, halımız nigaranlıq.
Oleq
Dozmorov
(1974)
Tərcümə etdi:
Səlim Babullaoğlu
Ədəbiyyat
qəzeti.- 2023.- 21 oktyabr, №40.- S.8.