Xoşbəxtlikdi, üzürdüm mən Okada, Okada,

Kiçik çay gəmisində qaranlıq gecə, gecə.

Elə oxuyurdu ki, bülbüllər çay boyunca,

Elə bil nağıl idi, elə bil "min bir gecə".

 

Bilmirdim, ola bilər, bilmirdim, e bilmirdim,

Sanırdım uydurmadı, o vaxtacan sanırdım

Yalnız şair sözündə yalan vardır, dinmirdim -

Gerçəkdimı, ilahi, cəh-cəh xoru quşların?

 

Həmin o vaxta qədər... yəqin o vaxtdan sonra

Sarsılıb anladım mən, inandım birdəfəlik

Vardır o biri dünya, vardır bizdən kənarda,

Çoxlu aləmlər vardır, hərəsi min ölkəlik.

 

Arxasından duyurdum qırıq sözlər, səs-səda

Qumsala saçaq atmış qalın, sıx söyüdlüyün.

Qulağa çatmamışdan kəsilirdi yarıda

Şirin qadın gülüşü, batıq səs boğulurdu.

 

Qaranlıqtək boğuqdu yəni kişinin səsi,

Qadının gülüşməsi gündüzkündən sirliydi.

Mən bu yer üzünün bir hiss mütəxəssisi

Bu dili mələklərdən daha yaxşı bilirdim.

 

Düzü, xatırlamıram neçənci ildi onda,

Kimi unutmaq idi bu səfərdə niyyətim?

Kiçik çay gəmisiydi - adı çıxıb yadımdan,

Bilmirəm ki, bəlkə "Bəstəkar Skryabin"?

 

, uzun oturacaq var idi göyərtədə,

Deyəsən sərnişinlər, unutmuşam lap düzü.

Yalnız bülbül cəh-cəhi, bülbül cəh-cəhi bir ,

Bir dilsiz şimşəklər, gecənin aydın üzü.

 

Söhbət

 

-Necə yaşayırsınız? - zəng edib soruşurlar.

-Arvadım işə gedib. Oğlum da ki, baxçada.

Heç fikirləşmirəm. Gözləyirəm zəng olar.

 

Eləcə oturmuşam, bürünmüşəm xalata.

 

Bəs sizdə? Sodomdumu? Yenədəmi mərəkə?

Bizdə , - söyləyir o, - yaxşılıqdı əvvəla.

Ərim gedibdi. - Hara? - Bu dəfə üzü Şərqə.

Mən isə oturmuşam, bürünmüşəm dəsmala.

 

Nədəndisə, evləri qızdırmırlar son vaxtı.

Qənaət eləyirlər yəqin bayramqabağı.

Elə bil qarğıyıblar bu ömürü, bu baxtı,

Çoxdandı üzüm gülmür, açılmır qaş-qabağım.

 

Biz eləyik, - deyir, - heç qırışıq açılmır.

Ya ömür elə buymuş, axıb gedir göz görə.

Ya da başqa səbəb var.

            Baş çəkərdim...alınmır...

Sonrası pis olacaq. - Buna görə öpürəm.

 

Aleksandr Kuşner

(1936)

 

Tərcümə etdi:

Səlim  Babullaoğlu

 

Ədəbiyyat qəzeti.- 2023.- 21 oktyabr, ¹40.- S.9.