Zülmətdə alışırdı,
yanırdı yenə
bürclər,
ölüm dolu sükutdu, artıq gecəyarıydı,
yenə
də titrədirdi ruhumu qorxunc güclər,
elə bil ki, İshaqın, Yəqubun zamanıydı.
Yenə
də ləçəklənib
açılırdı qızılgül,
o gözü nəm üfüqdə yenə göyqurşağıydı.
Eşq nədir, sevgi nədir - nə desələr, yalnız gül! -
Vespasion
zamanı, çünki
Neron çağıydı.
Qəm-qüssəylə dolursa, işdir dolub daşırsa,
bir körpə ürəyitək
aciz, çarəsiz qəlbin
sıxılıb üzülürsə, olursa parça-parça
-
bil ki, gəlib zamanı Daranın, Kserksin.
***
A.R.
Qoru, mənim sevincim, qara günlərə qədər
noyabr səhərinin şaxtalı
dan yerini,
yenilmiş bayraqların ipəyində
nəmi var,
xəstə yataqlarının laxtalı
qan yerini,
buzlu üşütməsini sən
ayrılıq dəminin,
qulaq ver son qatarın ləngərinə, səsinə.
Mənim
dualarımı o xilas
gəmisinin
nə qədər sel gəlməyib, götür
göyərtəsinə,
götür, uğur gətirər
tutub əlindən sənin -
qeybin prelüdüdü, dilsiz nəğmədir, inci,
sərin
yelidir, gülüm, sirli bir yelçəkənin,
götür, karına gələr,
götür, mənim
sevincim.
İqor Melamed
(1961-2014)
Tərcümə etdi:
Səlim Babullaoğlu
Ədəbiyyat
qəzeti.- 2023.- 21 oktyabr, №40.- S.9.