Vanna otağında
Səni
mədh eləyirəm,
köpüklənir sözlərim,
Dərin
suyunda səni çimdirirəm eşqimin.
Saçım ağdı iyunda
Ay tək, ey ağ şahinim,
Ölümdən heç danışma,
danışma ki, eşidim.
Dənizlərin sultanı suları
dələn
kimi baxışın
məni dəlir,
Nitqin külək kimidir,
indi sənin nəfəsin iliyimə işləyir.
Dünyadan vecsiz gedir unudanlar əcəli,
Ölümü düşünmədən həyatı anlamaq da,
əlbəttə,
mümkün deyil.
Bu xarici şampunu yayıb gülüb deyirəm:
- Əziz qocam, suları daim yaşıl dənizim!
Xələtin asılıbdı sobanın
əyrisinə,
Güzgüdə də buğ deyil, göz yaşımdır, əzizim.
Yafa qapısında
Mənəm, sənin Sulamifin,
qoca şahım, Süleymanım.
Gücü gedib qollarının,
amma iti baxışların,
Hər şey sənə agahdırsa, yaşıl dikə baxıb, canım,
Görmürsənmi, arasında üzüm yığan qarıların
Topuğacan qara paltar geyən mənəm, sənin yarın.
Soyundursan
çaşarsan sən,
qarnım
qumsal - qırış-qırış,
Ayağımın söyüd kimi
qıvraqlığı itib
çoxdan.
Qədim
xurma ağacının
meyvəsi tək sinəm salxmış,
Cırcırama qanadıtək damarlarım
çıxır altdan.
Hərdən Yafa qapısında dururam
mən başı batmış.
Amma yaxın gəlmirəm ki,
neyçün
məyus edim şahı?
Kişi
ruhu önəmlidir qadın üçün gözəlliktək.
Ağuşundan soyumuşam, qoy
yenidən mən alışım.
Dəli
şəhvət öz
yerində, məni nəğmən hey çəkəcək.
Eşq dediyin bu nəğmədir,
o doğubdur bu yarışı.
Eh, sözlər ki, pıçıldayıb
varlığımı kül
edirdin,
Saçlarımı bənzədirdin
odlu Günəş qotazına.
Bir çoban da bəs edərdi adi şəhvət üçün
yəqin -
Coşqu
ilə qaynayar qan hər səbəblə
azdan-çoxdan,
Amma uçmaz, uçmaz qəlbim
dəymiş
ərik tükü kimi.
Arı kimi dadırdım mən çiçək-çiçək
sözlərini,
Doğrudanmı, sənə qədər
bir kimsənin yazmadığı
Eşq nəğməsi, əziz
şahım, sənin
idi, sənindimi?
İndi nolub yenilmisən,
buraxmısan
sarayına qocalığı,
Qızıl bütə, yad inəyə
tapınırsan yoxsa indi?
Sənin
üçün səndən
uzaq dua edib yalvarıram
Bütün gücüm, qəlbim
ilə. Bu gecənin ortasında,
Elə indi gil boşqabda
yeddi şamı yandırıram,
Kül sürtürəm birçəyimə,
ağ saçıma topa-topa;
- Bütü sındır, şahı qoru! - qaftanıma əl atıram.
İnna
Lisnyanskaya
(1928-2014)
Tərcümə etdi:
Səlim Babullaoğlu
Ədəbiyyat
qəzeti.- 2023.- 21 oktyabr, ¹40.- S.9.