“Ulduz”
jurnalının 650-ci yubiley
nömrəsi - işıq üzü görüb
"Ulduz” aylıq
ədəbiyyat jurnalının
650-ci yubiley nömrəsi
işıq üzü
görüb.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə ortaq layihə çərçivəsində ərsəyə gələn
nömrənin devizi “yeni nəsil-poeziya”dır.
Özəl nömrənin
məsul redaktoru və “Ön söz”ünün müəllifi şair Ramil Əhməddir.
Qeyd edək
ki, dərgidə 35 yaşa qədər olan 28 şairin-Aqşin Evrənin, Aygün Bayramlının, Arzu Hüseynin, Allahşükür
Ağanın, qazi şair Cavid Qasımovun, Cahan Seyidzadənin, Eminqueyin, Əlibalanın, Fərid Hüseynin, Furqan Sadıqın, Gülay Tahirlinin, Günel Şamilqızının, Habil
Rzanurun, Həsən Kürün, İntiqam Yaşarın, Malik Atilayın, Nadir Yalçının, Nizami
Bayramlının, Ramil
Əhmədin, Rəvan
Cavidin, Ruslan Dost Əlinin, Ruzbeh Məmmədin, Səddam Laçının,
Sərdar Aminin, Şəhriyar del Geraninin, Şəfa Vəlinin, Şahanə Muşfiqin və Ulucay Akifin şeirləri
yer alıb.
Sergey Lukyanenkonun
“Dərgidə kitab” rubrikasında yer almış “Çin alışdırıcıları satan qızcığaz” hekayəsini dilimizə Seyfəddin Hüseynli tərcümə edib. “Dərgidə sərgi” rubrikasında rəssam Yaşar Səmədovun əsərləri təqdim
edilir.
Ədəbiyyat
qəzeti.- 2023.- 28 oktyabr, №41.- S.11.