Molla Nəsrəddin səhnədə
Mingəçevir Dövlət Dram Teatrında yazıçı
Xeyrəddin Qocanın
"Zamanın ruzigarı"
pyesi əsasında
"Molla Nəsrəddin"
tamaşası nümayiş
etdirilmişdir.
Bəri başdan deyək ki, tamaşa ilk səhnələrdən alqışlarla qarşılanmışdır. Belə ki, quruluşçu rejissor Vüsal Mehrəliyev pyes üzərində xüsusi səy və bacarıqla işləyərək, teatrsevərlərin rəğbətini qazanmışdır. Quruluşçu rəssam Pakizə Adilbəylinin, musiqi tərtibatçısı Elnur Rəsulovun, rejissor asistentləri İlahə Qasımova və Çiçək İsmayılzadənin, rəqslərin quruluşçusu Eyvaz Əliyevin də əməyini xüsusi qeyd etmək lazımdır. Onların hər biri işə, necə deyərlər, can-başla yanaşmışdır.
...Salonun işıqları sönür, səhnə yarıqaranlıqdır. Küləyin vıyıltısı eşidilir. Sanki zamanın ruzigarı əsir. Həzin musiqi səslənir. Mirzə Cəlil evdə yanan sobanın yanında çənəsini əllərinə söykəyib dərin fikrə dalmışdır. Hərdən yanındakı əlyazmalarını götürüb bir-bir sobaya atır. Ömür yoldaşı Həmidə xanım otağa daxil olur.
Həmidə xanım: - Yandırdıqların nədir, Cəlil?
Mirzə Cəlil: - Əlyazmalarımdır, evdə odun qurtarıb, qoy evimiz isinsin.
Həmidə xanım əlini qoynuna qoyub dərin fikirlərə dalır. Mirzə Cəlilə baxıb köks ötürür. Həmidə xanımın düşüncələri tamaşaçılara təsirsiz ötüşmür. O, deyir:
- Mirzənin əlyazmalarını yandırması üsyandır! Haqsızlığa, ədalətsizliyə, nadanlığa, cahilliyə, fanatizmə qarşı bir üsyan! Bu, keşməkeşli ömrün tale dramının acı səhnəsidir! İctimai mühitə etirazdır!
Aktrisa Vüsalə Quliyevanın - Həmidə xanımın zamana etirazını sirayətedici şəkildə çatdırması tamaşaçıların qəlbinə hakim kəsilir.
Sonra fikirli Mirzə Cəlilin əlində bir dəstə qəzet görən Həmidə xanım ondan nə baş verdiyini soruşur. Mirzə Cəlil əlindəki qəzeti göstərərək dillənir: - Bu da mənim zəhmətlərimin bəhrəsi! Gör, nə yazırlar? "Milli burjua ədəbiyyat nümunəsi", "Cığırdaş", "Azərbaycan dilini korlayan yazıçı"...
Həmidə xanım: - Bu sözləri sənin haqqında yazıblar, Mirzə? - deyə, soruşur. Mirzə Cəlil: - Hələ gör, "Molla Nəsrəddin" jurnalı barədə nə yazırlar: "Şəkil bədii, ictimai cəhətdən üzlü-astarlı dəyişdirilsin", guya jurnal həyatla ayaqlaşa bilmir...
Aktyor Aydın Quliyevin Cəlil Məmmədquluzadənin daxili ürək ağrılarını tamaşaçılara çatdırmaq üçün çox zəhmət çəkdiyi, oynadığı obrazı sevərəkdən yaratdığı aydın görünür.
Sonra Mirzə Cəlillə Həmidə xanım başlarına gətirilənləri xatırladıqca tamaşaçılar təəssüf və təəccüb içərisində qalırlar.
Ayrı-ayrı vaxtlarda xalqa rəhbərlik edənlər
qərar çıxarırlar,
sonra da onların "züy tutan"ları ağızlarına
gələni mətbuatda
yazırlar. Azərbaycan
kommunistlərinin plenumunda
"Molla Nəsrəddin"
jurnalını "din
əleyhinə oxunaqlı,
kütləvi, ucuz jurnal kimi yenidən
təşkil etmək"
məqsədilə jurnalı
məhdudlaşdırmaq fikrinə
düşüblər. Müstəqil
nəzərə çarpan
"Redaktorun orqanı"
adlandırdıqları məcmuəni
"Allahsızlar ittifaqının
orqanına çevirmək
haqqında qərar"
qəbul ediblər. Ancaq onlar bir
şeyi bilmirlər; dünyada hər bir kəs üçün
sözdən böyük
yadigar yoxdur. Zira ki, mal-mülk
tələf olub gedir, amma söz
qalır... Bir də özümüzü boş-boşuna
quru tərif və yabançı alqışlarla yox, məhz acı həqiqəti meydana qoymaqla biz maarif evimizi abad edə
bilərik. Qeyri bir yol yoxdur".
Mollanın söhbətləri tamaşaçılara
çox mətləbləri
çatdırır. Bəy
qızı olduğu üçün Həmidə
xanımı səsvermə
hüququndan məhrum
etmişlər. Mirzə
Cəlilin və Həmidə xanımın
yaşadığı mənzildə
"Molla Nəsrəddin"in
çap olunduğu
"Qeyrət" mətbəəsində
axtarışlar aparılmışdır.
Jurnalın nəşri
dəfələrlə dayandırılmışdı.
Jurnalı məhkəmə
məsuliyyətinə cəlb
etmişdilər. Tiflis qubernatoru
Mirzə Cəlili Metex qalasına salmaqla hədələmişdi.
Ruhanilər dönə-dönə
"Molla Nəsrəddin"ə
qarşı moizə edərək, jurnalı
haram, Cəlil Məmmədquluzadəni
kafir adlandırmışdılar... Bütün bu fikirlər tamaşada səsləndikcə, salondakıları
heyrətdə buraxırdı.
Həmidə xanım
- aktrisa Vüsalə Quliyeva xalqın dilində gəzən aşağıdakı şeiri
oxuyanda sanki tamaşaçıların qəlbindən
xəbər verir.
Mən aşiq qarğalandı,
Qar yağdı, qar qalandı.
Qarğalar adam olub,
Laçınlar qarğalandı.
Mirzə
Cəlil zəmanəsindən
şikayətlənərək, "haqsızlıq, özbaşınalıq,
qəddarlıq, hərc-mərclik
baş alıb gedir. Zülmət çox dərindir, qaranlıq, nəhayət,
qalındır... Bilmirəm,
barış atəşimi,
bilmirəm, maarif topumu, bilmirəm, mədəniyyət təkamülümü,
ya da dinamit inqilabı, ya bəlkə ikisi də lazım ki, bu bolşevik ölkəsi dağıdılsın.
Cəhalət, nadanlıq
bitib-tükənmək əvəzinə,
"hələ dəm
alır"" - deyərkən,
Həmidə xanım
"bu dünya düzələn dünyaya
oxşamır, Cəlil!"
- deyə, onun fikirlərini təsdiqləyir.
Tamaşanın birinci hissəsində
Mirzə Cəlillə
Həmidə xanımın
keçmişi xatırlamaları,
Mirzə Cəlilin
"Molla Nəsrəddin"
jurnalını necə
hazırlayıb çap
etdirdiyini, jurnalın xalq tərəfindən necə qarşılandığını,
insanların jurnalı
alaraq tez ciblərinə basıb axşam evlərində xəlvət oxumalarını,
jurnalın böyük
məqsədini, ideyasını
xatırladıqca tamaşaçıların
gözləri qarşısında
dahi yazıçının
nələr çəkdiyi
canlanır.
Sonra səhnədə Mirzə
Cəlilin qələm
dostları, Mirzə Ələkbər Sabir, Əbdürrəhim
bəy Haqverdiyev görünürlər. Tamaşaçılar
böyük maraqla üç böyük qələm adamının
söhbətlərini həyəcanla
dinləyirlər. Onların
yazdıqları bəzi
nümunələri yenidən
eşidirlər.
Aktyor Paşa Salmanov Mirzə Ələkbər
Sabir obrazını, Əbdürrəhim
bəy Haqverdiyev obrazını isə Şıxı Yaqubov necə də həssaslıqla, inandırıcı
oynayırlar! Sanki səhnədə
böyük sənətkarların
özləridir! Tamaşaçılar
üçün bu üç obrazı səhnədə görməyin
özü maraqlıdır.
Tamaşada Mirzə Ələkbər
Sabirin aşağıdakı
şeiri səslənir.
Qarışıqdır
millətin istedadı,
-
Ələnirsə safı bir yan, tozu bir
yanlıq.
...Çalxalandıqca, bulandıqca
zaman nehrə
kimi
Yağı yağ üstə
çıxır, ayranı
ayranlıq.
Tamaşaçılar Kefli İsgəndərin - aktyor
Hüseyn Mustafayevin avam, cahil insanlara
necə "güldüyünü",
onların başına
nə "oyunlar"
açdığının şahidinə çevrilirlər.
Hüseyn Mustafayev obrazı
istənilən səviyyədə
canlandırmağa nail olmuşdur
desək, səhv etmərik. Bu, tamaşaçıların
alqışlarında öz
təsdiqini tapmışdır.
Tamaşada Hacı Həsən
- aktyor Qabil İbrahimli, Vəli Xan - aktyor Arif Əhmədov,
Novruzəli - aktyor
Asim Məmmədov da onlara
tapşırılan rolların
öhdəsindən bacarıqla
gəlirlər.
Tamaşanın sonunda mollanəsrəddinçilərin
səhnənin yuxarısından
asılmış fotoşəkillərinin
ayrı-ayrılıqda tamaşaçılara
təqdim olunması, onlar haqqında qısa məlumat verilməsi tamaşaçılar
tərəfindən maraqla
qarşılanır.
Aygül
Ədəbiyyat
qəzeti.- 2023.- 28 oktyabr, ¹41.- S.21.