Sərsəri
Bu qədər sevməz ki, adam adamı,
Səndə nə görmüşəm,
bilmirəm axı.
Lap deyək, yaxşısan, yaxşı adamsan,
Dünyada səndən də
yaxşı var axı...
Saatı
soruşur bayaq bir qadın,
Deyirəm, "səkkizdir, o evdən
çıxır".
Qorxdum, sərsəriyə çıxacaq
adım,
Hamı
mənə dəli gözüylə baxır.
Bu vaxt işə gedir, bu vaxt
qayıdır,
Necə
də əzbərdən
bilirəm, ah...ah.
İkinin
yarısı nahar edəcək,
Günümə-saatıma bax, Allah... Allah.
Çayını süzəndə ehmalca
süzün,
Bardağı sonadək dolmamalıdır.
Mənim
ömrüm, günüm,
özüm,
Onunsa, yeməyi acısız olmamalıdır.
Bu qədər sevməz ki, adam adamı,
Yenə
ətirinlə ətirlənmişəm.
Adın
batsın, unutmuşam
adımı,
Sən gedəli yox olmuşam, itmişəm.
Vətən sağ olsun!
Həyatda çox dərdə
sinə gərmişəm,
Ölümdən dönmüşəm, candan çəkmişəm.
Təkcə sənsizliyə öyrəşməmişəm,
Gəldin,
gedənləri bir-bir
unutdum.
Gəldin
gedənləri bir-bir
unutdum,
Hər yerdən üzülən
əlimi tutdun.
Öpüb gözlərimin yaşın
qurutdun,
Quruyan gözümdə yasa batmışam.
Quruyan gözümdə yasa batmışam,
Aynada özümü tanımamışam.
Bu sabah, halıma baxıb yanmışam,
Elə sınıxmışam, elə
sınmışam.
Elə sınıxmışam, elə
sınmışam,
Qısılıb bir küncə
qəribsəmişəm.
Mən səni özümə vətən bilmişəm,
Sən qürbətdə qərib,
mən vətənimdə.
Sən qürbətdə qərib,
mən vətənimdə,
Bir cihad havası var ürəyimdə.
Sonda vəsiyyəti edim şeirimdə,
Mənə nə olsa da, vətən sağ olsun!
Kağız yarası
Mən elə bilirdim, sən əvəzsizsən,
Dağ bilib söykəndim, mənə dağ çəkdin.
Ən çox ehtiyacım olan zamanda
Əlimi
buraxıb, əlindən
çəkdin.
Elə qəfildir ki, dost vuran zərbə,
Kağız barmağını kəsər
e, kəskin.
İnsan
düşmənindən ehtiyat
edər,
Məyər, dost edərmiş ondan
betərin?
Kağızdan kim qorxar, bıçaq deyil ki,
Axı,
dost nə edə bilərdi mənə?
Hələ də yanıram,
sən onu bil ki,
Dərmanım olsan da, dönmərəm
sənə.
Bir qadın vardı
Bir qadın vardı,
Gözləri tavanda.
Üzərində başqasını,
Ürəyində başqasını daşıyan.
Bir qadın vardı,
Hələ uşaqlığından
Əynində qonşusunun,
Xəyalında atasının aldığı
donu
daşıyan.
Bir qadın vardı,
Bir ömür, sadəcə,
üşüməməkçün
başqa
donlarda,
Başqa
bədənlərdə
ölə-ölə yaşayan,
Yaşaya-yaşaya ölən
bir qadın vardı!
Ən çoxum
Mən ən çox bu qədər
Sevə
bilərdim birini...
Necə
ki uşaqdan soruşarlar,
Göstər, görüm, nə
qədər sevdiyini.
O da aça bildiyi qədər
açar
sərçə qollarını,
Xəyalında dənizləri,
Günəşi, Ayı, səmanı...
Tanıdığı, bildiyi,
Bütün çoxlarını
sığdırar qollarına.
Sən də elə...
Sən də mənim qollarımın arasında
Həmən çoxsan...
Mən,
ən çox bu qədər
sevə
bilərdim birini.
Sən mənim ən çoxumsan!
Cəllad
Cəlladına aşiq olan
qurban kimi,
Gözlərində rəhm aradım.
Səni
sevdim...
Sevilməyi bacarmadım.
İmkansız sevgi
Sən mənim ən böyük günahım
oldun,
Hamının yanında üzüm
qaradır.
Mənə aid olan nə varsa, aldın,
Və bu iliyədək sızan yaradır.
Rəbbim
bağışlarmı etdiklərini?
Səni
ucaltdıqca hörmətdən
düşdüm.
Qarşıma aldığım sevdiklərimi
Sənə dəyişdikcə özüm
dəyişdim.
Geriyə
baxıram, itirdiklərim...
Vicdan yarasısan, əzab verirsən.
Mən durub yerimdə sayaqladıqca,
Sən öz həyatına davam edirsən.
Yandırıb-yaxırsan, rəvadırmı
bu?
Çırpıram sinəmi yumruqlarımla.
İmkansız sevgimi, göz yaşlarım, yu,
Çıxart ürəyimdən, apar onunla!
Günel Balakişi
Ədəbiyyat
qəzeti.- 2023.- 28 oktyabr, №41.- S.24.