Yaşa, böyük Türkiyəm,
yaşa, şanlı hilalım
Bayraqlar bayrağı
Türkiyə bayrağına ithaf olunur
Gecənin qaranlığı; susub Yer, Göy, çöl, dəniz,
Xəyallar qanadında yol gedirik yenə biz.
Ulduzlar səpələnmiş masmavi
Göy üzünə
narın
qumlar sayağı,
Sarsılmaz bir güc ilə dayanmış məbədində
uca Türkün dayağı.
Gecə
sönüb qaralmış
bir şam kimi qəmlidir,
Həzin
titrəyişləri duyulan
çiçəklərin
baxışları nəmlidir.
Göyləri seyrangaha çıxmışdır
nazlı hilal,
Yox olmuş üzündəki
neçə dərd,
neçə məlal.
Əriyib
könüllərin qarı,
buzu, şaxtası,
O üzür səmalarda necə ki dənizlərdə
bir azadlıq yaxtası.
Bir ulduz da qoşulur o hilala bu dəmlər,
Nurlanır addım-addım sübhə
gedən qədəmlər.
O, Türkümün yıldızı
- o, Türkümün hilalı,
Bir ananın millətə südü kimi halalı.
O, ruhum, o, can gücüm, mənim mənəviyyatım,
Əsrlərlə yol gələn
at belində həyatım.
İşıqlanır tarixin solğun qaranlıq üzü,
Al sancağın nurudur bürüyüb çölü-düzü.
Sonsuz, ölçüsüz gücə
sahib bir Türk ürəyi,
Zamanın tufanında basılmamış
kürəyi.
Budur, doğmuş o hilal, kipriyimdə donur yaş,
Odur hər şeydən uca, odur hər
başdan da baş.
Tər və qanla süslənib
bu bayraq illər boyu,
Bu bayraq türklüyümün,
türklük dastanlarımın
igid boyu, ər boyu...
Gör neçə qışlar
ötmüş: qarlar,
yağışlar ötmüş
onun başı üstündən,
Gecənin bir yarısı
bunu düşünürəm
mən.
Hansı
bəla gəlməmiş,
söylə, Türkün
başına,
Tarix nələr yazmayıb qanlarla yaddaşına?!
Dalğalanır taleyin səadət
yelkənitək,
Gözlərimdə sayrışır
dayanmadan yüz min rəng.
Ulduzlar incə-incə azadlıqdan
söz salır,
Əbədi bir məşəltək
Türk bayrağım
ucalır.
Zaman onsuz ötüşməz,
çaylar-sular axmaz heç,
Bu bayrağın önündən
daima qürurla keç.
O hər bir könüllərin
alovudur, közüdür,
Adi bir bayraq deyil,
o, zamanın özüdür.
Yaşa
böyük Türkiyəm,
yaşa şanlı hilalım,
Sənin
ucalığınla yoxa
çıxıb dərdlərim,
yoxa çıxıb məlalım.
Yaşa
Azərbaycanın yenilməyən
qardaşı,
Doya-doya
öpürəm bu torpağı, bu daşı!
Əbədidir sən əyləşən taxt,
Şuşam
Bahar gəlib, buludunu sərinlət,
Yağış olub ürəyimə
yağ, Şuşam.
Ağır qanlı döyüşlərdən
çıxmısan
Çox
şükür ki, çox
şükür ki, sağ,
Şuşam.
Görüşümə sən gəldikcə röyada,
İllər boyu nifrin tökdüm mən yada.
Səndən uca şəhər
yoxdur dünyada,
Dörd
tərəfi qala Şuşam, dağ Şuşam.
Dolanırsan Natəvanın sözündə,
Qoy qalmasın arzu-kamın gözündə,
Dönüb İsa bulağına özün də
Şırıl-şırıl zümzüməylə
ax, Şuşam.
Cıdır düzü qucağında
yazlanır,
Bülbüllərin gülüstanda
sazlanır,
Xarıbülbül bir gəlintək nazlanır,
Düşmənləri yandır Şuşam, yax, Şuşam.
Bu gözəllik bizi bizdən alası,
"Şuşa qala"m igidlərin qalası,
Fatehlərin tarixlərdə qalası,
Əbədidir sən əyləşən
taxt, Şuşam.
Tonqalımız dağ döşündə
qalanıb,
Düşmənlərin könlü-qəlbi
talanıb,
İgidlərin qanı ilə sulanıb,
Güllər açıb sinəndəki
bağ, Şuşam.
Həsrətimiz köçüb getdi
qürbətə,
Qurban olum adındakı qeyrətə,
Gətirmisən hamımızı heyrətə,
Şeir
yazır Aynur sənə, bax, Şuşam.
Salam olsun Turana
Ucalmaq arzusuyla,
Gəlir
ruhumuz cana.
Salam olsun Turana,
Bütöv Azərbaycana.
Yetişib gözlənilən
O tarixi şərait,
Bu dünyanın məhvəri,
Yalnızca türkə aid.
Son qoymaq zamanıdır,
Hərbə, qırğına, qana.
Salam olsun Turana,
Bütöv Azərbaycana.
Çox
olsa da bu yolda,
Bizə
quyu qazanlar.
Biz bu yoldan dönmərik,
Bilir tarix yazanlar.
Eşq olsun Ərdoğana,
Salam olsun Turana,
Bütöv Azərbaycana.
Bu qardaşlıq yenilməz,
Bu məhəbbət əbədi.
Gücü bir yerə qoyub,
Qoruyaq bu məbədi.
And içmişik Qurana,
Salam olsun Turana,
Bütöv Azərbaycana.
Türkün qadir əliylə,
Dünya
bir də yarana.
Belə
basar bağrına,
Övladını bir ana.
Salam olsun Turana,
Bütöv Azərbaycana.
Aynur QAFARLI
Ədəbiyyat
qəzeti.- 2023.- 28 oktyabr, №41.- S.25.