Vətən bəstəsi
Haray saldım sən haraya,
Dumanmı düşdü araya?
Gəlib
çıxmadın bir
aya,
Güllənəndə gül dağlarda.
Böyük Qaya bölünməz
daş,
Sirri-sehri
bilinməz daş,
Yuvasında silinməz daş,
Yellənəndə yel dağlarda.
Yoxuş
yorub düz yerimi,
Sıraladım iz yerimi,
Özüm bildim öz yerimi
Sellənəndə sel dağlarda.
Güney
günəş nəfəsiymiş,
Quzey bulaq dəstəsiymiş
Bəstə Vətən bəstəsiymiş,
Dillənəndə dil dağlarda.
Desən
Canlığın can evimdi,
Can vermişəm cana, desən.
Tövbəmi demişəm başdan,
Sonu çatıb sona, desən.
Xətirin xətrinə dəydim,
Vücudunu kökdən əydim.
Palazını sürtüb geydim,
Girdim donnan-dona, desən.
Çəkildim üfüqə sarı,
Qarasına çəkdim sarı.
Odladım odumnan qarı,
Qaldım
yana-yana, desən.
Mətləbimi qanan bildi,
Sədama
uzaqdan gəldi.
Göyünə pərdə çəkildi,
Tələsdi tavana, desən.
Dayandım dayaq yerində,
Tutuldum ayaq yerində,
Saydım,
nə sayaq yerində,
Çatdım onnan-ona, desən.
Tuşladın tuşumu qəmə,
Yem oldu yemliyim kimə.
Yaxşılıq elədim demə,
Məni
saldın qana, desən.
Dağlar
Arxanıza arxalandım,
Gəlmişdim xoş-xoşa dağlar.
Ətəyindən tuta-tuta,
Düşdüm dağa-daşa dağlar.
Qalanı
qala bilmədi,
Əlindən ala bilmədi,
Paşalar qala bilmədi,
Sən özünsən Paşa,
dağlar.
Qovuya qovdun gümanın,
Yaypanlandı çən-dumanın.
Yaşı varmı de, zamanın,
Boşanıram boşa dağlar.
İlhamım kimi sən mənim,
Göy üzlümsən, göy
çəmənim.
Var ol, sən həmən-həmənim,
Bax beləcə yaşa, dağlar.
Dəmir
əldə çıraq
tutub,
Qələm tutub, varaq tutub,
Demə,
sizi qıraq tutub,
Biz qoşayıq, qoşa dağlar.
Qalmışam
Gecələyib dağda-daşda bərkidim,
Bəzən göydə, bəzən
yerdə qalmışam.
Ağrılarm, acılarım züy
tutur,
Dözdüyümə dözən yerdə qalmışam.
Yarılamışam yarı-yarı yarını,
Yığışdırıb aparmışam varını.
Yetişməmiş yetirmişəm
barını,
Buz bulağı əzən yerdə qalmışam.
Budaq-budaq
sındırıblar, sınmışam,
Ocaq-ocaq
yandırıblar, yanmışam.
Məni
döyüb qandırıblar,
qanmışam,
Üzdüklərin üzən yerdə qalmışam.
Çəkilmişəm küncdən küncə, neyləyim,
Məni
ruhum çəkib dincə, neyləyim,
Yaxşı, ya pis, səncə-məncə, neyləyim,
Xəyalların gəzən yerdə
qalmışam.
Yoxuş
nədi, eniş nədi, bilmədim,
Ölçüsünü ölçə-ölçə
gəlmədim.
Əzabınla qarşılaşdım ölmədim,
Nə yaxşı ki, düzən
yerdə qalmışam.
Çox
istədim Haqdan haqqı, bilən yox,
Harayıma tələsən yox,
gələn yox,
Ovuc-ovuc
yaş tökürəm,
silən yox,
Gözlərim yaş süzən
yerdə qalmışam.
Gəldimi
Canımı ağrıdan ağrılı
yerdi,
Vaxtımı, vədəmi güdaza
verdi.
Girişdən girmədi, çıxışdan
girdi,
Çıxılan çıxıldı, çıxan gəldimi?
Sözdən söz açıram,
təzədən indi,
Demədiyim susdu, dediyim dindi.
Dilindən düşmədi dilinin
qəndi,
Dilini dişinə sıxan gəldimi?
Qayıdıb gəlmədi, dönüb
gələrdi,
Məqamını bilə-bilə bilərdi.
Yükünü yükləyib, yükün
bölərdi,
Meyllənib səmtimə yaxın
gəldimi?
Gözucu
baxmışdı baxımsız
yerə,
Ürəyindən keçmir, yeri
min kərə.
Özgə havasını çalmırmı
hərə?
Verdiyin başıma qaxan gəldimi?
Gedər-gəlməz oldu, olmalıydımı,
Od qoyub, oduna salmalıydımı,
Salam verib, salam almalıydımı,
Üstünü üstümə yıxan
gəldimi?
Xəyaldan-xəyala uçardı bir vaxt,
Qucaqlayıb qucaq qucardı bir vaxt.
Açdığı qapını açardı bir vaxt,
Baxışı arxamca baxan gəldimi?
Gedirəm
Yozduğumu yoza-yoza gəlmişdim,
Əldən çıxan çoxa,
aza gəlmişdim,
Dərdlərimi yaza-yaza gəlmişdim,
Olanımı nişan qoyub gedirəm.
Ağrıdan ağrıtdı məni,
kimə nə,
Kimliyim kimini bilib, himə
nə,
Talayıb tabımı, öz
çəkimə nə,
Duyulub duyduğum, duyub gedirəm.
Axşam-səhər deyib, ötərəm indi,
Arzumun dadına yetərəm indi,
Nəsimi
babamnan betərəm indi,
Dərimi
əlimlə soyub gedirəm.
Yarıladım yarı canımı
nədən,
Elə-belə oymuş məni
göynədən.
Əl çəkə bilmədim,
çəkdim niyədən,
Gözümün yaşını yuyub
gedirəm.
Dəmir,
yapdığını daşa
daşıdın,
Yazı
sevə-sevə, qışa
daşıdın.
O başdan bu başa, boşa daşıdın,
Hələ ki sözümü deyib
gedirəm.
Dəmir ÇEŞMƏLİ
Ədəbiyyat
qəzeti.- 2023.- 28 oktyabr, №41.- S.29.