Xiyaban
adım
xiyabandır
bəlkə də, xiyovlulardan
bu ad
miras qalıbdır mənə
- bilmirəm
istər
taxma adımı cumhur qoysunlar,
istər
diktator.
istər
sol böyrümə şah
yapışdırsınlar,
istər
imam,
adım
xiyabandır.
məndən maşınlar keçir,
ağ maşınlar, gəlin rəngində,
qara maşınlar, mənim rəngimdə,
sən yalnız məndən keçən maşınları
görürsən
üstümdən maşınlar dolusu
adamlar keçir...
gündə neçə ambulans
keçir məndən,
içərilərində əzraillə qumar oynayan canlar
bir neçə çodar keçir üstümdən
göy neysanıyla,
arxasında mələşən qurbanlar
ölü daşıyan maşınlar
məndən
keçirlər saatbasaat.
ölü sahiblərinin
göz yaşları üstümdən
keçsə də,
ölülərin günahları altımdan
keçir.
qara boz çiçəkləriylə
bəzədilmiş
ağ maşınlar məndən
keçirlər,
və ağ güllərlə bəzədilmiş qara maşınlar.
bir sarıtel qırmızı
yaylığını yellədir
avtobusun
pəncərəsindən
bir şüşəgöz arxa
sandalda qaval çalmada.
ayaq üstündə duran o sarı kirman qıza baxsana!
əllərinə xına yaxıb
- aləmdir.
bu qızcığazların arzuları
altımdan keçsə
də,
ağ gəlinlər, təbəssümlə
üstümdən keçir.
adım
xiyabandır,
məndən maşınlar keçir,
məndən adamlar keçir.
ya mən sizə məndən nələr keçə bilir, desəm?
qanından keçə bilsən,
məndən istiqlal keçir,
məndən azadlıq keçir!
Ayna
Saat
Əlli
beş, otuz iki dəqiqə, on bir saniyə
O çırağı söndürün,
lütfən,
İşıq barmaqların gözümə
soxur.
Alnımın sağ tərəfinə
baxıram...
Saçlarım sol tərəfdən tökülüb, deyəsən,
Sol ovurduma baxıram,
Üzümün sağ tərəfi
çökülüb, deyəsən,
Sağ əlimdə siqaram
Yəni,
Sol əlimdə
Barmağımı uzadıram sol gözümə,
Yəni,
Sağ gözüm soxulur barmağıma,
Mən,
burdayam hələ
Evimin içində
Sağı, sol görürəm
Aynanın qarşında...
Bir sarışın qız
Yuxularımda bir mədrəsə
var,
Qapısını yayda bağlaya bilmir.
Bir güllə var yuxularımda,
Bir kasa su,
Bir sarışın qız,
Uzaqlardan
bir zadlarda görünür,
Görə bilmirəm.
Dostumun atoliyəsindəyəm,
Bir Amerika
filminə baxıram,
Bir güllə var filimdə,
Bir kasa su,
Bir sarışın qız,
teqzaz ləhcəsində gedən
dialoqları
bilə
bilmirəm.
Bakının "Tarqovı"sında gördüm
Üç dörd gün qabaq
Bir güllə,
Bir kasa su,
Bir
sarışın qız
deyirdi,
"İdi ko mne"
Rusca bilmirdim.
Mədrəsənin qapısından
baxıram,
Cəng
dərsi öyrədillər
uşaqlara,
Tüfəng dərsi.
Açılır güllə,
Calanır su,
Gözlərini yumur,
Bir sarışın qız...
Sən
sən bahar kimi məni
tərk etdin,
ona görə
yanaqlarımda hərdən yağış
tapıram.
sən bu küçənin ətəyindən dişarı
çıxdın,
o ətək...
o ətəkdən neçə
vəfasızlar çıxıblar.
bulud nədən istəmir,
keçmişə qayıtsın?!
bulud nədən istəmir,
bu şəhərdə atından
düşsün?!
nə təhər,
nə təhər buralardan çıxım gedim?!
evin hansı pəncərəsindən
baxıram,
sən varsan.
yağış qapımıza gəlib,
yaz qapımıza gəlib,
sən qapımıza gəlibsən!
və mənim yalqızlığım
otağımdan çıxa bilmir.
sən varsan
və varlığın yanağımda
bitən bir çiçəkdir,
mən ağladıqca
o böyüyür.
Məhəmməd ÇALĞIN
Ədəbiyyat qəzeti.- 2023.- 2 sentyabr.- S.17.