Dumana bax, ilahi
Yarı qürub, yarı dan,
Dan üzündə bu nə qan?
Dağın başını qatan
Dumana bax, ilahi.
Silkinib
his-pasından,
Gələn var Qu yasından.
Tanıdım duasından,
Şamana
bax, ilahi.
Ahınla
şəklimi çək,
Görüm, necə düşəcək.
Şeh götürmür bu çiçək,
Zamana bax, ilahi.
Oğul
Oğlum
Ülvi müəllimin şərəfinə
Kitab zirvə, qələm tişən,
Tutubdur aləmi nəşən.
Öyrətməkdir ülvi peşən,
Sən də müəllimsən,
oğul.
Savadınla
verib təkan,
Ürəklərdə qurdun məkan.
Tanrı
zərrəsidir zəkan,
İmanım, dinimsən, oğul.
Hər
zirvədə bir izimsən,
İşıq tutan bənizimsən.
Tanrı
payımsan, ruzimsən,
Sünbülüm, dənimsən, oğul.
Sevgiylə
qabarıb sinəm,
Gözləyir bir nazlı sənəm.
Tikanlı sərhəd telinəm,
Yurdum, vətənimsən, oğul.
Yarası
sərhəd vətənim
Obasıyla,
oymağıyla,
Çeşməsiylə, bulağıyla,
Hər yandan öz torpağıyla, -
Arası
sərhəd Vətənim.
Elimiz,
yurdumuz olan,
Başda
Boz Qurdumuz olan,
Məlhəmi Ordumuz olan,
Yarası
sərhəd Vətənim.
Həsrətim
var yığın-yığın,
Divanə
könlümə sığın.
Hürriyyətin, azadlığın, -
Pöhrəsi sərhəd, Vətənim.
Yolumuz Turan yoludur
Günəşdir
hər səhər doğan,
Günəş olmaz ki, hər
doğan.
Türkün ər oğlu Ərdoğan
Qalibdir haqq savaşında.
Çiçəklənən
elim Oğuz,
Parıldayır ulduz-ulduz.
Bayraq qaldırıb Ordumuz,
Boz Qurd havası başında.
Uzanıbdır
bizə sarı
Türkün Kür-Araz qolları.
Dağların əhdi-ilqarı,
Min illik tarix yaşında.
Yolumuz
Turan yoludur,
Müqəddəs "Quran" yoludur.
Bu yol qədimdir, uludur,
Tarixin qan yaddaşında.
Qalmayıb
ki...
Şair
Rəşad Məcid Ağdamda dağıdılmış
yurd-yuvasını ziyarət edərkən
Can, ay Rəşad,
bu nə yurddu,
Daş üstə daş qalmayıb ki.
Halını xəbər almağa,
-
Yurdda yaddaş qalmayıb ki.
Yaranı
hardan bağlayım,
Düşmənin bağrın dağlayım.
Dedim, hönkürüb ağlayım,
Gözümdə yaş qalmayıb
ki.
O uzanan nə yoludu,
Elə qəribdi, uludu.
Ürəyin ahla doludu,
Qucağın boş qalmayıb
ki.
Baş açmır
çoxu tarixdən,
Hər şeyi yuxu tarixdən.
Viran olmuş bu tarixdən
Bizə
sirdaş qalmayıb
ki...
Tək
durna
Durna
köçü çoxdan ötüb,
Nə gəzirsən tək, ay
durna?
Göyün sultanı sənmisən,
-
Sənmisən mələk, ay durna?
Qərib
ahı bir qoşundu,
Hayana baxsan, qurşundu.
Görəsən, hansı quşundu,
-
O yağan lələk, ay
durna?
Zəvvar
idim eşq pirinə,
Batdım
bir quşun tərinə.
Yarama məlhəm yerinə, -
Qanadını çək, ay durna.
Vətən
eşqi
Vətən
eşqi gözlərimi
Tutub şöhrət-şan şəklində.
Bir ruhun divanəsiyik, -
İkimiz
bir can şəklində.
Xudafərin
körpüsütək, -
İki canda biz bir ürək.
Bakı-Təbriz birləşəcək, -
Bir Azərbaycan şəklində.
Hər
sevginin bir adı var,
Ya qış olsun, ya da bahar.
Yanıb
külə qovuşdular,
Əsli-Kərəm Xan şəklində.
Könül
adlı bu məmləkət,
Yarı
Vətən, yarı qürbət.
Vəsf
elə, Əlirza Həsrət, -
Bu eşqi Vətən şəklində.
Qarabağa qayıdan köç
Azadlığın
müjdə payı,
Qarabağa qayıdan köç.
Tarixin qan yaddaşında
Yatmışları oyadan köç.
Duman da
çəkilib dağa,
Nə qul vardır, nə də ağa.
Nəyiniz var aparmağa, -
Damazlıqdan, mayadan, köç?
Oxşayıb künc-bucağını,
Gur yandırın ocağını.
Vətən açıb qucağını,
Yükü dağdan, qayadan
köç.
Götürüb
Qorqud sazın da,
Ər oğlun da, mərd
qızın da.
Bir qəribin avazında,
Sevənləri uyudan köç.
Eşq
payısan hər gedənin,
Təzədən cücərər dənin.
Ah, qürbət ilə vətənin, -
Arasını soyudan köç.
Başlayaq
köçü saymağa,
Dilimiz batsın qaymağa.
Baxıb
ucalan bayrağa, -
Addım-addım boy atan köç.
Əlirza HƏSRƏT
Ədəbiyyat qəzeti.- 2023.- 2 sentyabr.- S.30.