Bu səmanın altı evim
Üstü də eşik yeridi.
Ulduzları oyuncağım,
Gecəsi
beşik yeridi.
Oyundu, oyun bu həyat,
Beşikdən al, məzara sat.
Biz gözətçi, can amanat
-
Dünya
da - keşik yeridi.
Bu andır qara yuxudan,
Ayılıb, doğmur axı
dan.
Başımıza su axıdan,
Göylərin deşik yeridi.
***
Soruşsalar səvabımı,
Batıb
günaha deyəcəm.
Yol yox, dünənə getməyə,
Nə də sabaha deyəcəm.
Düzlük görmədim düzündə,
Günlər azır gündüzündə.
Mən burdayam - yer üzündə,
Axtarma daha, deyəcəm.
Fatma nənənin qurşağı,
Sevindirmir
ta uşağı.
Göy üzündən düş
aşağı,
Gedib Allaha deyəcəm.
***
Ömrümüzdən gedən günlər,
Təndirin küt kündəsidir.
Əyrinin əyrisin yonan,
Yenə
düzün rəndəsidir.
Gündüz günəş töksə
də tər,
Qarşılayır axşamı şər.
Allah bilir eh, bu bəşər,
Kimdi, kimin bəndəsidir.
Dünya
köhnə, günlər
boyat,
Aldığını qaytarıb sat,
Ömür - cəbr, riyaziyyat,
Dünya
bir az həndəsidir.
***
Qarı
dünya, saçlarında,
O nədir, hörük görünür.
Hər telində adam-adam,
Asılmış bir yük görünür.
Saqi, ordan gətir süz mey,
Dinsin kaman, inləsin ney.
Başımızda çox iş şey eyy,
Ancaq elə tük görünür.
Hər baxışda min-min nizə,
Tuşlanıbdı ömrümüzə.
Adam var, nədənsə gözə,
Özündən böyük görünür.
***
Yaranan birdən yaranır,
Yaradan birdən başlayır.
Bildiyimiz
bilməcənin,
Cavabı
sirdən başlayır.
Hanı
mənim, ruhum, hanı?
Uça,
gəzə asimanı.
Göyüzünün nərdivanı,
Allaha yerdən başlayır.
Aranır,
yollar aranır,
Cığırlar iz-iz daranır.
Səbir
ümiddən yaranır
-
Ümid
səbirdən başlayır.
Nizələr dönüb ox olur,
Var olan bir gün
yox olur,
Ölüm - "olum"dan doğulur,
Həyat
- qəbirdən başlayır.
***
Yazdıqca ağ varaqları,
Sözlərim qaradan çıxır.
Sovulub, döyülən içim,
Hər payız uradan çıxır.
Nə qəribə sirdi bu sirr,
Qılınc da qınını kəsir;
Adamlar öldükcə bir-bir
Adamlıq sıradan çıxır.
Yolunu tapmır çözümün,
Gəl halına bax dözümün,
Şeir
yazıram, sözümün
-
İçindən Yaradan çıxır.
Bizə
də söz yolu qoyub,
"Bir az da döz!" yolu qoyub,
Çoxları düz yolu qoyub,
Çıxanda aradan çıxır.
***
Uduzdum bu nərddə ömrü,
Cütdədiyim zər tərəfdən.
Xeyir şəhid oldu, oğlum,
Döyüşlərdə şər tərəfdən.
Bizim deyil nə ay, nə il,
Ömür nimdaş, dünya
sail.
Hücuma
keçib əzrail,
Top-tüfənglə hər tərəfdən.
Açılmır, nədən yolumuz?
Başsız bir bədən
- yolumuz.
Göylərə gedən yolumuz
Bağlanıbdı Yer tərəfdən.
***
Ürəyimi kökləmişəm,
İnləyir neyin yerinə.
Göz yaşımı şərab
kimi,
İçmişəm meyin yerinə.
Heç
bilmirəm kiməm, nəyəm,
Çöl - ovlağım, dağlar
dəyəm.
Hər gün yerə səcdədəyəm
Namazda göyün yerinə.
Çoxdan udub Ay ağını,
Çıraq yandırmır yağını.
Bədən var ki, ayağını -
İşlədir beyin yerinə.
Bir az uzağa gedirik,
Doğma
qucağa gedirik.
Geyib torpağa gedirik
Kəfəni əyin yerinə.
Güc verər dizi yaradan,
Yol göstər, izi yaradan.
Bilmirəm, bizi yaradan,
Yaradıb nəyin yerinə...
***
Bu dünya yiyəsiz deyil,
Hər yerdə yüz adamı var.
Əyrini
döyüb düzəldən,
Gör neçə düz adamı var.
Ahı fələkdən keçməyən,
Dəni
küləkdən keçməyən,
Sözü ələkdən keçməyən,
Nə qədər söz adamı var.
Füzulidi söz Allahı,
Vicdan - qəlbin düz Allahı,
Adamların öz Allahı,
Allahın öz adamı
var.
***
Səfərimiz uzun çəkir,
Mənzilə yolumuz çatmır.
Özümüzü təsdiq üçün,
İmzaya
qolumuz çatmır.
Əcəl qəza kəndirimdi,
Ölüm dərdə endirimdi.
Satdığımız ömrü indi:
Almağa
pulumuz çatmır.
Gördük hər dərddən
betəri,
Qəza
gətirən qədəri.
"Ol"duq ölməkdən
ötəri,
Ölmüşük, "ol"umuz çatmır.
***
Gününə bax... günümüzü,
Göy əskiyə düyənlərin.
Əlləri çəkic kimidir,
Başımıza döyənlərin.
Fələkləri "yandırmır" ah,
Yer oxuna göy nişangah.
Dilində qalmışam, Allah,
Hər gün səni söyənlərin.
İtib
nəsil, kök, soy dadı,
Seinc yasda, qəm toydadı;
Gör,
qaşığı nə
boydadı,
Ömrümüzü yeyənlərin.
Rüstəm Dastanoğluna
Şeir
yazmaq - səhrada tək,
Qumnan ev qurmaq kimidir.
Karvan-karvan sözə qədər,
Yolları yormaq kimidir.
Baxıb
əyrinə, düzünə,
Axşamına, gündüzünə;
Özündən çıxıb özünə
-
Tanrıya varmaq kimidir.
Savaşdı, sözlə başlanan,
Quyudu - sirri daşlanan;
Ömrün üzünə tuşlanan,
Qələm də barmaq kimidir.
Dərya
olsun için təki,
Ləpələrdi gücündəki.
Fikir də tor içindəki,
Ov udan qarmaq kimidir.
Qılman İMAN
Ədəbiyyat qəzeti.-
2023.- 9 sentyabr.- S.15.