"Ən sevimli uşaq"...

ömürlük təsirləri

 

"Bacımla həmişə bilirdik ki, ortancıl qardaşımız evi ziyarətə gələndə anam hər dəfə onun üçün xüsusi krevet kokteyli hazırlayır. "İsrafçı oğul" deyə anamıza etiraz edərdik digərlərimizin belə bir imtiyazı olmadığını vurğulayardıq. Anam bazar günləri qardaşımın bizdən fərqli olaraq, ailəylə yemək yemədiyindən belə elədiyini desə , yenə bu hal mənə ədalətsiz görünürdü.

Düzünü desəm, bu kokteyl söhbətinə baxmayaraq, valideynlərimin  uşaqları arasında ayrı-seçkilik elədiyi ağlıma gəlmirdi. Mən Londonda fəhlə ailəsində böyüyən 6 uşaqdan biri idim. Əlbəttə ki, hamımızın öhdəliyində müəyyən işlərimiz var idi, ailənin ən kiçiyi kimi həmişə valideynlərimlə birlikdə onlara köməyə gedərdim, bəlkə , balacaydım deyə daha çox enerjim olduğunu düşünürdülər, ona görə məni buyururdular. Bizim evdə demək olar ki, hamı məşğul idi bundan əlavə bizim qulluq tələb eləyən "Seba" adlı dalmatian itimiz vardı.

Ümumiyyətlə, bizə göstərilən dəyər sevgi mənə bərabər görünürdü, lakin bir dəfə yığışdığımız ailə iclasında qardaşım atamın "sevimli"si olduğumu söylədi. O zaman mənə aydın oldu ki, valideynlərimin "sevimli uşağı"nın olmadığımı özümə təlqin etsəm , həqiqət bundan fərqli ola bilər  məndə belə sual yarandı: fərqli fərdlərdə onlara görə ailə dinamikası necə işləyir o dinamikalardan xəbərsiz olsaq da, onlar bizim fikrimizdə özünə uzunmüddətli necə yer edə bilər?"

Təəccüblü olsa da, ümumiyyətlə, araşdırmalar valideynlərin uşaqlarından birini digərlərindən daha çox sevməsində qəribəlik olmadığını, bunun  çox adi hal aldığını göstərir. Müxtəlif cəmiyyətlər mədəniyyətlərdə öyrənilmişdir ki, uşaqlar arasında valideyn ayrı-seçkiliyinə 65 faiz hallarda rast gəlinir. qədər geniş yayılmış bir hal olsa da, bu insanların ömür boyu-uşaqlıqdan orta yaşlara sonrakı dövrlərində rifahına ziyan vura bilər. Bu emosional cəhətdən vacib problemlərdən biri hesab olunur psixoloqlar tərəfindən elmə gətirilmiş adı akronimi var: "Parental differensial davranış - PDT"

Lakin uşaqlar arasında ayrı-seçkiliyin bütün ailələrdəki övladlara eyni şəkildə təsir edib-etməməsiylə bağlı fikir ayrılıqları yarana bilər. ABŞ-ın Northeastern Universitetinin tətbiqi psixologiya üzrə professoru Lori Kramer deyir: bu ona görədir ki, özünü daha az sevilən hiss etmək çox subyektiv ola bilər.

"Bu, insanların yaşadığı bir təcrübədir, - bəzən valideynlər başqa bacı-qardaşı onlardan üstün tuta bilirlər. Bu, daha çox vaxt, diqqət, qayğı ya nəvaziş sərf etməklə mümkündür. Ola bilsin, onlar daha az məhdudiyyətlərə məruz qala bilsinlər daha müstəqil olsunlar deyə, hətta daha az tərbiyə hətta cəza tədbirləri görə bilərlər".

Özünü ikinci daha az sevilən hiss edən insanda bu, dərin sarsıdıcı izlər qoya bilər. Araşdırmalar göstərir ki, uşaqlar daha ilk yaşlarından fərqli münasibəti başa düşə bilirlər. Məsələn, valideynlər bir bacı-qardaşa digərindən daha çox mehribanlıq göstərəndə bunu hiss edirlər. Valideynlərin bu cür ayrı-seçkiliyi uşaqlarda özünə inamsızlıq, eləcə narahatlıq, depressiya davranış pozuntuları, o cümlədən riskli davranışlar yarada bilər.  Digər, daha dolayı problemlər bu səbəbdən ortaya çıxar. Məsələn, Çində aparılan araşdırmalar göstərir ki, valideynlik rəğbəti yeniyetmələrdə mobil telefon elektron-smart avadanlıqlara asıllığın proqressorudur. Kanadada evsiz-eşiksiz səkkiz yeniyetmə arasında aparılan kiçik bir araşdırmada onlardan yeddisi valideynlərinin onların haqqında həmişə "problemli uşaq" olduqlarını dediklərini, bacı-qardaşların onlardan üstün olduğunu düşündüklərini bunun ailə əlaqələrinin pozulmasına səbəb olduğunu bildiriblər. Bu sonuncu araşdırma daha geniş nəticə çıxarmaq üçün yetərli olmasa da, uşağın "daha az sevildiyini düşünmə" təcrübəsinin qədər uzağa gedə biləcəyini vurğulayır. Əqli sağlamlığa zərər vuran bu problemlər yetkinlik yaşına qədər davam edə bilər. Məsələn, ananın ayrı-seçkiliyi yetkin yaşda olan uşaqlarda depressiyanın artımı ilə müşayiət olunur. Bu qərəzin özü həyatın sonrakı dövrlərində davam edə bilər. Valideynlər hələ bəzən ən sevdikləri uşaqlarına yetkin övlad olduqda belə kiçik uşaq kimi yanaşırlar. Əlbəttə, əksər hallarda valideynlər ayrı-seçkilik elədiklərinin fərqinə varmırlar bütün uşaqlarını eyni dərəcədə sevdiklərini düşünürlər. Lakin nəticədə məsuliyyəti bacı-qardaşlar yox, valideynlər daşısa da, bacı-qardaş ayırımı həyat boyunca bacı-qardaş əlaqələrinə zərər vura, bacı-qardaş arasında münasibətləri gərginləşdirə bilər.

Bəs valideynlər, son dərəcə zərərli olduğunu nəzərə alaraq, sevimli "nömrə bir" uşağı seçməkdən qaçına bilərlərmi?

Kramerin fikrincə, onlar uşaq ayrı-seçkiliyini qəsdən edə bilməzlər çox güman ki, uşaqlar arasında ayrımın olduğundan da xəbərsizdirlər. O deyir: "Uşaqlardan birinin daha üzüyola (daha sakit, ağıllı ya sözəbaxan) olması səbəbindən valideynlər üçün artıq üstünlük təşkil etməyə başlaya bilər. Onlar həmin uşağa daha çox müraciət edə bilərlər. Özləri ilə o uşaq arasındakı oxşarlıqları görə, sevdikləri adamlara oxşada bilərlər".

Onun yeniyetmələr valideynləri ilə bağlı apardığı araşdırmalar göstərib ki, valideynlər bu baradə danışmağa çox meyilli olmurlar. Bu isə hər hansı bir incinmə ya anlaşılmazlıqları aradan qaldırmağı daha da çətinləşdirir. Kramer deyir: "Əgər bu vəziyyətlər həssas bir şəkildə həll edilsəydi, onda bunun valideynlərin, ya da uşaqların günahı olduğunu araşdırmaq, anlamaq üçün hər tərəfdən daha açıq söhbətlər aparıla bilərdi". Məsələn, valideynlər soruşa bilərlər ki, nəyə görə uşaq bacı-qardaşa üstünlük verildiyini düşünür. "Əgər valideyn uşağının differensial davranışının səbəbini dinləyirsə bu, möcüzələr gətirə bilər". Uşaq dərk edə bilər ki, bunun bir səbəbi var bu, bacı-qardaşın daha çox sevilməyi ilə bağlı deyil.

Ailəmdə heç vaxt bu mövzu haqda danışılmayıb. Amma qardaşımın mənim sevimli olmağıma dair atmacalı şərhindən sonra daha çox şey öyrənmək qərarına gəldim.

Missuri Universitetinin insan inkişafı ailə elmləri üzrə əməkdar professoru Meqan Gilliqan Purdue Universitetinin sosiologiya üzrə professoru Cill Syuter Kornell Universitetinin psixologiya professoru Karl Pillemerlə birlikdə ABŞ-da "İns-family differences study" ("ailə daxilində fərqlər" tədqiqatı) mövzusunda işləyib. Bu uzunömürlü layihə "National Institute of Aging" tərəfindən maliyyələşdirilib. Layihə nəsillər arasındakı münasibətləri daha yaxşı anlamaq məqsədilə iyirmi ildir ki, müxtəlif ailələri izləyir. Tədqiqatın bir hissəsi kimi tədqiqatçılar analara atalara birbaşa olaraq "favouritizm" haqqında sual verdilər - bir çoxlarından ümumiyyətlə ilk dəfə idi ki, bu barədə soruşulurdu.

Belə bir sual yaranırdı: "Siz ən çox hansına emosional yaxınlıq hiss edirsiniz?" Bir az müzakirədən sonra anaların yüksək nisbəti (75%) uşaqlarından birinin adını verdi. Qalanları isə heç seçmədilər ya özlərini hamısına eyni dərəcədə yaxın hiss etdiklərini söylədilər. Doğum nizamı, "favouritizm"in bəzi sahələrində rol oynasa da, bəlkə , çox vaxt güman edildiyi qədər deyil. Gilliqan deyir: "Doğum ardıcıllığı yetkin yaşa çatan uşaqlar arasındakı ayrı-seçkiliyə heç bir təsir göstərmir". ("Gilligan").

Konkret olaraq, mənim təxminimə görə, ilk doğulan uşaq təbii ki, "qızıl uşaq" kimi yığılacaq. Elmi araşdırmalar isə onu dəstəkləmir. Gilliqan deyir ki, emosional yaxınlıq üçün son doğulan uşaqlar əslində orta ya birinci uşaqdan daha çox seçilirlər. Lakin emosional yaxınlığın ən güclü proqressoru valideynlərin uşağın onlara oxşar olması ilə bağlı hissləri idi. Ayrımın olmaması üçün hamıya eyni cür yanaşılmasını düzgün hesab edə bilərsiniz, lakin bu dəfə problemlər yaranır. Kramer deyir ki, bu suala cavab olaraq uşağın hamısına eyni cür yanaşmaq olmaz. - Hər vəziyyətdə uşaqlara eyni cür yanaşmaq mümkün deyil. Uşaqlar da bunu istəmirlər. "Onlar kim olduqlarını, yaşlarını, maraqlarını, cinslərini, xasiyyətlərini anlamaq istəyirlər". O deyir ki, valideynlər özlərini, uşaqlarını, yaş faktorunu olduqları situasiyanı soyuq başla düşünsələr, bu faktorlar valideynlərə ədalətsiz vəziyyətlər yaratmamağa kömək edə bilər. Bu xüsusilə vacibdir, çünki uşaqlar "favouritizm" nümunəsini öyrənə bilərlər. Böyüklər kimi, uşaqlar da bunu öz valideynlik üslubuna münasibətlərinə tətbiq edə bilərlər: "Əgər biz bu davranışın bu cür ötürülməsini pozmaq üçün tədbirlər görməsək, çox güman ki, eyni vəziyyətlə onların uşaqları da rastlaşacaq".

 

Məqalə The lifelong effects of 'the favourite child' - Debra Dennett tərəfindən - 11 Avqust 2023-də BBC-nin nəzdindəki "Family tree" saytında dərc edilmişdir.

 

Debra DENNETT

 

Tərcümə: Nilufər Əzimzadə

 

Ədəbiyyat qəzeti.- 2023.- 9 sentyabr.- S.5.