Nəvəm Xanıma
I
Mən çiçək iyləmişdim,
ətrini
dərməmişdim.
Həyata
həyat qədər
mən könül verməmişdim.
Mən sevinci bu qədər,
yaxından görməmişdim.
Səni
görəndə gördüm,
səndə
və səndə gördüm!
II
Eşitmişdim bir mələk
var,
nə biləydim, o sənsən!
Ölkədə bir qəşəng
var,
nə biləydim, o sənsən!
Bir səsdə necə rəng var,
nə biləydim, o sənsən!
Sən güləndə bilmişəm,
sən gələndə bilmişəm!
III
Sən qızımın qızısan,
gör,
anan nə gözəldi.
Dünya
sənin dünyandı,
öz dünyan nə gözəldi.
Balsan, şərbətsən, nəsən?
Bu ehsan, nə gözəldi.
Şirin
ruhum, mehr-ülfətim,
dünya
sənin, sən mənim.
29.01.2004
Sənin
Yanında deyiləm, gələm
görüşəm,
könlünü könlümcə oxşayam
sənin.
Əlindən yapışam, qolundan
tutam,
yanında xidmətə başlayam
sənin.
Təbiət dəyişə nola
bir təhər,
tökülən qayıdıb dola
bir təhər.
Payızı vermişəm yola
bir təhər,
bu qışı yanında qışlayam sənin.
Kəkliklər oxuyur daşda-qayada,
səni
də kəkliyin səsi oyada.
Bir qəm görməyəsən
qəmli dünyada,
mən də sağlığına
yaşayam sənin.
Nazim Hikmət yaşayır, qızım
Xatirə,
sən onda ilk uşağıydın,
taleyim ömrümü naxışlamışdı.
Təzə evimizin yaraşığıydın,
o evi -
bir şair bağışlamışdı.
Nazim Hikmətiydi o türk şairi,
o türk dünyasının
böyük şairi.
Onun bir sözünə,
bir xahişinə,
mənzil
vermişdilər Bakıda
mənə.
O, bizə gəlmişdi, aldığı evə,
mənə oğul dedi, anana qızım.
Mənim
həyatımda o şah
səhifə,
sığışmaz hər adi bəyana, qızım.
Moskvadan
tanıyırdım şairi,
orda tələbəydim mən
onda, qızım.
Nazimin özüydü - öz müasiri,
görəndə uçurduq
biz,
o da, qızım.
Bir şəklə baxıram:
möhtərəm şair!
Anandı,
sən onun qucağındasan.
Əlində qədəhi, Nazim söz
deyir,
sənin
sağlığına,
deyir o haqdan!
Artıq
nə anan var, nə şair, qızım,
qalır
yaddaşlarda şeri,
sənəti.
Bəlkə, Nazim Hikmət yaşayır,
qızım,
onun,
Nazim Hikmət əbədiyyəti!
Şəklin təzə-tər qalması
üçün,
Əlibalaya minnətdaram (Müəllif)
Loğman - təbiət
Hörmətli Abbasəli müəllimə
Deyin, Abbasəli müəllim, deyin,
ədalət yerini tutsun nəhayət.
Siz
İbn Sinanı təbliğ
eləyin,
biz sizi eşidək,
sizi də millət.
Niyə
dərmanların təsiri
yoxdu,
biri çaşdırandı, biri
dərd verir.
Həkim
tanıyıram, sağ
olsun o da,
dərman
əvəzinə,
nəsihət verir.
Sizdən
uzaq olsun soyuq küləklər,
öpsün alnınızı günəş
və səhər.
Otlardı, güllərdi, bir
də çiçəklər,
sizin
möcüzəli müalicələr.
Oğullar, analar gözləyir
sizi,
ayağı sayalı bir nemətsiniz.
Sizə
tapşırırıq taleyimizi,
siz də təbiətə -
təbiətsiniz.
Uzman həkim Musa Kılıca
Musa Kılıc,
yaşa,
var ol dünyada.
Türkün ağsaç
şairiyəm mən, xocam.
Ərdoğana
oxşayırdın yuxuda,
inandım ki,
mən sağalıb qalxacam.
Türkün ağsaç
şairiyəm mən, xocam.
Ey
bir millət, iki vətən
Türkəm - deyənə qardaşam,
səngərdədi Nuru Paşam.
Günəş kimi yerdə doğan,
İndi İlhamdı, Ərdoğan!
Olduq bir can, iki bədən,
ey bir millət, iki Vətən!
29.05.2023-cü
ildə Cənab Rəcəb Təyyib Ərdoğanın ad günündə
vurulan teleqramdan (red.)
Ulutürkün xatirəsi
Moskvada tələbəydik onda
biz,
deyirdilər bərk yağarlıq
olacaq.
Xəliliydi, məniydim, biz ikimiz,
instituta,
bir azca da yol uzaq.
Hərəyə bir plaş aldıq, bir qaloş,
bir də bir zont,
əlimizdə tutmağa.
Göydən yerə, tərs
kimi nə bir yağış,
nə adi bir damcı
düşdü torpağa.
Amma instituta hər gün gəlmişik,
tərgidə bilmirdik biz bu adəti.
İnstitut qızları,
sonra bilmişik,
baxıb
gülüşürmüş bizə xəlvəti.
Yenə
o Moskva, yenə Ulutürk,
zəmanə bu adı, soyadı seçdi.
O yağış,
o tufan,
o yel,
o külək
onun taleyini taladı keçdi.
Uğunub
gedərdi güləndə,
Xəlil
gülüşdən törəmək
haq töhfəsiydi.
Ulutürk,
ad deyil, təxəllüs deyil,
məğlub bir ölkənin
qalib səsiydi.
Son dəfə əlini çəkdi saçına,
Ulutürk!
Canında nə qorxu-hədə!
Güldü Rusiyanın taxtı-tacına,
o güldü - xəlvəti
gülənlərə də.
Xəlilin Təbrizi, Firəngizi
var,
hərəsi - bir Xəlil gücündə səsdi.
Vətən yollarında kimin
izi var,
o da -
yazılmamış tariximizdi.
Ulu Öndərə ilk görüşdə oxuduğum
şeir
Ey eşqim, vüqarım, sənətim, canım!
Ana çağırdığım Azərbaycanım!
Açıb qollarımı mehri-ülfətlə,
bağrıma basıram səni
hörmətlə.
Sən də ey adıyla
fərəhləndiyim,
şanlı sədasıyla ürəkləndiyim,
xalqımın istəkli, əziz
övladı,
şerimin-sözümün qolu-qanadı,
sənin
hər istəyin, sənin hər arzun,
həyatda qoy şöhrət
çələngi olsun!
Qaldırdın adını bu məmləkətin,
andın
müqəddəsdi, südün
təmizdi,
mənim
taleyimdi sənin şöhrətin,
tarixdə tarixi mərhələmizdi.
Gəlin,
addımlayaq sıx cərgələrdə,
gəlin,
qabaqlayaq dövrü,
zamanı.
Daim alqışlayaq yalnız zəfərlə,
Ana dediyimiz Azərbaycanı.
1969
Nəriman HƏSƏNZADƏ
Ədəbiyyat qəzeti.- 2023.- 9 sentyabr.- S.2.