Milli Kitabxanada “Rəsul Həmzətov
-100”
adlı virtual sərgi
təqdim olunub
Tanınmış avar şair, yazıçı, siyasi xadim Rəsul Həmzətovun anadan olmasının 100 illiyi münasibətlə Azərbaycan
Milli Kitabxanasının
əməkdaşları tərəfindən
“Rəsul Həmzətov
– 100” adlı virtual və eyniadlı ənənəvi sərgi
təqdim olunub.
Virtual sərgidə fotolar, Rəsul Həmzətovun müəllifi
olduğu kitablar, həmçinin haqqında
Azərbaycan və rus dillərində kitab və məqalələr,
ənənəvi sərgidə
isə mövzu ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının fondunda
mühafizə olunan kitablar, ədibin əsərlərinə bəstələnmiş
not məcmuələri,
tərcümə etdiyi,
eyni zamanda ön söz yazdığı kitablar və s. materiallar nümayiş olunur.
Virtual sərgi ilə http://anl.az/el/vsb/Resul_Hemzetov/index.htm linki vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək
ki, 1923-cü il sentyabrın 8-də Dağıstanın
Xunzax rayonunun Sada kəndində, şair Sadasa Həmzətin ailəsində
dünyaya göz açan Rəsul Həmzətovun ilk müəllimi atası olub. R.Həmzətov ilk şeirini 11 yaşında olarkən yazıb. O, orta məktəbi bitirdikdən
sonra pedaqoji məktəbə daxil olub. 1943-cü ildə ilk şeirlər toplusu olan “Sevgi
məşəli və
acı ədavət” çap edilib. 1945-1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb. 1947-ci ildə isə onun rus
dilində ilk şeirlər kitabı işıq üzü görüb. R.Həmzətov
Dağıstanın Xalq
şairi, Sosialist Qəhrəmanı adlarına,
eləcə də Lenin Mükafatı, Rusiya və SSRİ Dövlət Mükafatı,
“XX əsrin ən yaxşı şairi” beynəlxalq mükafatına,
Asiya və Afrika yazıçılarının
Lotos Mükafatına layiq görülüb. O, Dağıstan şairi olsa da, orada
böyüyüb başa
çatsa da, Azərbaycana çox bağlı olub.
Rəsul Həmzətov
2003-cü il noyabrın
3-də vəfat edib.
Ədəbiyyat qəzeti.- 2023.- 9
sentyabr.- S.3.