Yazılanlar, pozulanlar
Şəhriyar del Gerani Xalq yazıçısı Çingiz Abdlulayeva belə bir məktub göndərib:
«Gün aydın, Çingiz müəllim. Bu qədər xətrinizə dəyəcəyini düşünməzdim. Çox pis oldum. Mən sizə qarşı nankorluq etdim.
Mənim atam da eyni sözləri
deyir. Bu haqda status yazacam, Çingiz müəllim. O statusda qeyd edəcəm bütün səhvlərimi.
Üzrlü hesab edin…»
Güman edirik ki, səmimi şair sözüdür.
Səhv etdiyini açıq ürəklə
boynuna alır, ona edilən taleyüklü böyük
yaxşılığı nankorcasına danmır, səhvini düzəldəcəyini
etiraf edir. Həqiqətən də
ilk növbədə Azərbaycan
Pen klubunun sədri kimi Çingiz Abdullayev Yazıçılar Birliyinin
və Xarici İşlər Nazirliyinin
də fəal iştirakıyla İranda
həbs olunmuş iki gənc şairimizin
– onlardan biri də Şəhriyar idi – azad edilmələri
üçün böyük
səy göstərdilər
və buna nail oldular. Şəhriyarın atası
oğlunun İran məhbəsindən
azad olunmasına görə Çingizə
dəfələrlə minnətdarlığını
bildirmişdir.
Sonralar Şəhriyar Çingizə
ünvanladığı bu
məktubunu pozmuşdur.
Amma axı yazılana
pozu yoxdur. Təəssüf ki, «dünən
elə düşünürdüm,
bu gün belə düşünürəm»
mövqe dəyişkənliyi
zəmanəmizdə çoxlarına
xas olan cəhətdir. Sanki «kişinin
sözü bir olar» tövsiyyəsi büsbütün unudulub.
Bir qədər əvvəl etdiyi nəcib etirafından imtinasının
səbəbi isə budur ki, Çingizin Şamaxıda keçirilən
forumda uğurlu çıxışı Şəhriyarın
xoşuna gəlməyib.
Əlbəttə, bu təbii haldır. Hər çıxış
hamının xoşuna
gələ bilməz.
Amma çıxışı bəyənmədiyin üçün
nəinki münasibətini
yüz səksən dərəcə dəyişmək,
hətta səndən
yaşca böyük görkəmli yazıçını
– ələ salmaq, təhqir etmək düz hərəkət deyil. Şəhriyar Çingizin doğma dilində ləhcəylə
danışmasına lağ
edir. Birincisi, Azərbaycanda ləhcəylə
danışan tək Çingiz deyil ki… Çox adamın nitqində, doğulduğu,
boya-başa çatdığı
regionun ləhcə xüsusiyyətləri açıq
hiss olunur. İkincisi,
onu nəzərə almaq lazımdır ki, Çingiz orta məktəbi də, ali məktəbi də rus dilində
bitirib. Rus dilində təhsil almış azərbaycanlılara yazıçı
olmağı qadağan
etməliyik?
Əlbəttə, bu şəksiz
həqiqətdir ki, hər
bir milli ədəbiyyatın
əsas, magistral yolu doğma dildə yaranan mətnlərdir.
Amma böyük istisnalar
da var. Əgər bu istisnalara məhəl qoymasaq onda gərək
farsca yazan Nizamini, Xaqanini Azərbaycan şairi saymayaq (İran şovinistləri
belə də edir). Əsasən, ingiliscə yazan Taqoru hind, rus dilində yazan Çingiz Aytma tovu qırğız, Oljas Süleymenovu qazax, Çingiz Hüseynovu Azərbaycan yazıçısı saymayaq.
Yeri gəlmişkən,
rus dilində yazan Çingiz Aytmatov da, rus dilində yazan Oljas Süleymenov da vaxtiylə ölkələrinin
Yazıçılar İttifaqlarına
rəhlərlik ediblər.
Çingizlə Şəhriyarın qarşılıqlı
ittihamları media məkanında
davam edib.
Yazışmalarında işlənən
təhqiramiz sözləri
təkrar etmək istəmirik. Hissə qapılaraq Çingiz də, Şəhriyar da deyirlər ki, eyni təşkilatın üzvü
olmaq istəmirlər.
Şəhriyarın Çingizə
təklifi budur ki, ərizə verib Yazıçılar Birliyindən
çıxsın və
bu baş tutana qədər qalan günləri sayır.
Yazıçıların dörd Qurultayında yekdilliklə
katib, son qurutlayda isə Birinci katib seçilmiş və burda səmərəli
fəaliyyətini davam
etdirən, hər gün neçə-neçə
yazıçının problemləriylə
məşğul olan və imkanı daxilində kömək göstərən Çingiz
Abdullayev nə səbəbə
ərizə verib işdən çıxmalıdır?
Rusiya TV
kanalında Azərbaycana
açıq düşmən
kəsilmiş jurnalistlər
qarşısında Çingizin
rus dilində xalqımızın maraqlarını
necə bacarıqla müdafiə etməsi hamının yaxşı
yadındadır. Beynəlxalq
tədbirlərdə rus
dilində çıxış
etmək Bakı çayxanalarında alovlu
kəlamlar söyləməkdən
yüz dəfə çətin və min dəfə vacib işdir.
Belə
görünür ki, Şəhriyarın
məqsədi bu hay-küydən istifadə edib Birlikdən xaric edilməkdir. Yəqin həmin yolla gedənlərdən bəziləri onu da bu işə təhrik edirlər ki, beş on gün adın mediada hallanacaq – gündəmdə,
diqqət mərkəzində
qalacaqsan. Təcrübədən
keçirilmiş üsuldur.
Yazıçılar Birliyinin katibliyində bu məsələ müzakirə
edilib.
Yekdil fikir belə olub ki, bu təxribata
getməyək. İki-üç
gün, uzağı bir həftə hay-küydən sonra bütün belə oyunlar unudulduğu kimi, bu şou
da yaddan çıxıb
gedəcək.
Yazıçı ədəbiyyatda əsərləriylə
təsdiq olunur, ədəbiyyat tarixində
yaradıcılığı ilə qalır, ucuz sensasiya xatirinə qalmaqalla yox. İstedadlı gənc şair Şəhriyar da haqsız
sözlərinə görə,
əvvəllər yazdığı
kimi Çingizdən üzr istəsə düzgün, ədalətli
və mərd hərəkər etmiş
olardı.
O da maraqlıdır ki, mətbuat
səhifələrində Füzuli,
Mirzə Fətəli,
Mirzə Cəlil,
Sabir, Səməd Vurğun,
Bəxtiyar Vahabzadə,
Fikrət Qoca, Vaqif Səmədoğlu, Mövlud Süleymanlı,
Ramiz Rövşən ən
kobud sözlərlə
təhqir olunanda indi Şəhriyara havadar çıxanların
heç biri səsini qaldırmayıb,
etirazını bildirməyib.
Bu təhqir olunan şəxslərin ədədiyyatımız
qarşısında xidmətləri
yəqin ki, Şəhriyar
del Geraninin xidmətlərindən
az deyil.
Yazıçılar Birliyinin rəhbərliyi daima ayağımızın altını
qazanlara da obyektiv münasibət bəsləyib.
yaxşılığı tez unudan yaddaşları
korşalmışların yaradıcılıq uğurlarını
da layiqincə qiymətləndirib.
Bundan sonra da belə olacaq. Lakin bir daha xatırladırıq
ki, Birliyin üzvü
olmaq onun Nizamnaməsinə hörmət
etməkdir. Nizamnaməyə
görə isə hər hansı klassikimizin ya çağdaş yazıçımızın
şərəfini alçaldanlar
təşkilatımızın üzvü ola ya qala bilməzlər. Qoy hər kəs
bu sözlərdən
nəticə çıxarsın.
Yeri gələndə, Yazıçılar
Birliyinin rəhbərliyi
də lazımı nəticə çıxaracaq.
Azərbaycan Yazıçılar Birliyinin
mətbuat xidməti
Ədəbiyyat qəzeti.- 2023.-
16 sentyabr.- S.7.