“Maya” filminin Kiprdə
təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a filmin
ssenari müəllifi və rejissoru, Azərbaycan Yazıçılar
Birliyinin İdarə Heyətinin üzvü Xəyal Rza məlumat verib.
Qeyd edilib ki, təqdimat Şimali Kipr Türk Respublikasının
Baş Nazirliyinin dəstəyi ilə, Turizm, Mədəniyyət,
Gənclik və Ətraf Mühit Nazirliyi tərəfindən
təşkil edilib.
Sentyabrın 8-də İsmet Vehit Güney Sənət Mərkəzində nazirliyin
şöbə müdiri,
şair-yazar Ceyhan Özyıldızın
aparıcılığı ilə keçirilən
“Maya” filminin təqdimatında
respublika rəhbərliyi,
deputatlar və sənət adamları iştirak ediblər.
Təqdimatda çıxış edən Şimali Kipr Türk Respublikası Prezidentinin katibliyinin rəisi Çağın Zort, Turizm, Mədəniyyət,
Gənclik və Ətraf Mühit Nazirliyinin idarə rəisi Şirin Zaferyıldızı “Maya” filmindən
təsirləndiklərini vurğulayaraq,
Qarabağla Şimali Kiprin oxşar taleyindən söz açıblar.
Filmin ssenari müəllifi və rejissoru Xəyal Rza Qarabağın 30 illik işğal tarixi, 44 günlük İkinci Qarabağ müharibəsi
və şanlı Zəfərimiz haqqında
danışıb.
Qeyd edək ki, Beynəlxalq Türk Müəllifləri
Birliyinin və “ES Baku”nun maliyyə
dəstəyi ilə çəkilən, əzablı,
iztirablı qadın taleyindən bəhs edən “Maya” filminin operatoru Rafiq Əliyev, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.
Ədəbiyyat qəzeti.-
2023.- 16 sentyabr.- S.32.