Özbək ədəbiyyatına
həsr olunmuş
monoqrafiya nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı
direktoru, fil.f.d., dos. Mehman Həsənlinin “XX əsrin əvvəllərində
özbək ədəbiyyatında
cədidizm (Əbdürrauf
Fitrətin yaradıcılığı
əsasında)” monoqrafiyası
çap olunub.
Monoqrafiya
XX əsrin əvvəllərində
özbək maarifçi
fikrinin formalaşmasında
mühüm rol oynamış, cədidçilik
hərəkatının əsas
nümayəndələrindən biri olan Əbdürrauf
Fitrət və onun müasirlərinə həsr edilib. Nəsr, dramaturgiya, poeziya və publisistikada dəyərli əsərlər yazaraq təkcə özbək ədəbi fikrində deyil, ümumilikdə türk dünyasının
maarifçi düşüncəsinin
inkişafında müstəsna
xidmətlər göstərmiş
Əbdürrauf Fitrətin
çoxcəhətli yaradıcılığı
tədqiqat işində
araşdırılıb. Monoqrafiyada
Əbdürrauf Fitrətin
yaradıcılığı kontekstində özbək
dramaturgiyasının və
romançılığının yaranması, poeziyada və publisistikada cədid ideyalarının
təbliği məsələləri
tədqiq edilib.
Xatırladaq ki, kitab fil.f.d., dos. Mehman
Həsənlinin 2013-cü ildə
müdafiə etdiyi magistr dissertasiyanın əsasında nəşrə
hazırlanıb. Monoqrafiyanın
elmi redaktoru filologiya elmləri doktoru, dosent Almaz Ülvi Binnətovadır.
Ədəbiyyat qəzeti.- 2023.- 16 sentyabr.- S.32.