"Vətənimizin tərəqqisinin yeni

mərhələsinə öz töhfələrimizi verəcəyik"

 

Azərbaycan Yazıçılar Birliyinin bəyanatı

 

Sentyabrın 19-da Xocavənd rayonunda erməni quldurların törətdikləri xalqımızın yenə şəhidlər verdiyi növbəti qanlı terror aktı, hər bir vətənpərvər soydaşımız kimi, Azərbaycan yazıçılarının da dərin hiddət qəzəbinə səbəb oldu. Ona görə bu amansız terror əməlinin ardınca Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə başlanan lokal antiterror tədbirlərini yekdilliklə, ürəkdən dəstəklədik. Dövlət suverenliyimizin bütün ərazilərimizdə təmin olunması ilə nəticələnən bu tədbirlərin Azərbaycana torpaqlarımızın tamamını əhatə edən dayanıqlı sülh əmin-amanlıq, dinc birgəyaşayış şəraiti gətirəcəyinə böyük ümid inam bəsləyirik.

Şovinist ermənilərin onların çoxsaylı havadarlarının doğma Qarabağımızda qanlı münaqişə ocağı qaladıqları ilk günlərdən Azərbaycan yazıçıları hər zaman xalqımızın ədalətli mübarizəsinin ön sıralarında qətiyyətlə yer almışdılar. 1988-ci ildə hələ münaqişənin qığılcımları yeni ortaya çıxarkən vətənimizə qarşı haqsız ərazi iddialarına, xalqımıza atılan böhtanlara qarşı ilk kəskin reaksiyanı, tutarlı cavabları məhz Azərbaycan Yazıçılar Birliyi vermişdi. Azərbaycanın görkəmli ədibləri, istedadlı, vətənpərvər qələm sahibləri istər respublika, istərsə keçmiş İttifaq dünya miqyasında milli maraqlarımızı fəal şəkildə qoruyur, vətənimizin təəssübünü layiqincə çəkirdilər. Onlar ən müxtəlif tribunalardan Azərbaycanın haqq səsini ucaldaraq erməni şovinizminin çirkin üzünü açıb ifşa edir, onların məkrli planlarını pozmağa çalışırdılar.

Xalqımızın tarixində ən çətin, ağır məqamlardan olan 1990-cı ilin 20 Yanvar qırğını zamanı da faciənin gerçək miqyası, səbəbləri, xalqımıza qarşı amansız işğal zülmü barədə bütün dünyanın məlumatlandırılmasında, bu dəhşətli cinayətə sərt etirazlar bildirilməsində Azərbaycan yazıçılarının müstəsna rolu oldu.

1-ci Qarabağ müharibəsində Azərbaycan yazıçı şairləri təkcə qələmləri ilə savaşmadılar, onların övladları döyüşlərə atılıb canlarını vətən uğrunda qurban verərək şəhid oldular.

Atəşkəs illərində ədəbiyyat xadimlərimiz xalqımızın müvəqqəti məğlubiyyətdən məyusluğa qapılmasına imkan verməmək, yeni nəsillərə mübarizə ruhu aşılamaq üçün dəyərli əsərlər yazdılar. Onları yaratdıqları şeirlər, mahnı mətnləri, poemalar, hekayə, povest romanlar şəhidlərimizin ruhuna dərin ehtiramın, xalqımızın bu haqq savaşında qalib gələcəyinə qəti inamın təsirli ifadəsinə çevrildi.

2-ci Qarabağ savaşında - 44 günlük Vətən Müharibəmizdə Azərbaycan yazıçı şairləri həm ön cəbhədə, həm arxa cəbhədə, söz-təbliğat səngərində mühüm fəallıq fədakarlıq göstərdilər. 8 Noyabr zəfərimizin ölçüyəgəlməz sevinci Azərbaycan Yazıçılar Birliyinin nəşr etdirdiyi kitablarda, antologiyalarda, yazıçı şairlərimizin uğurla həyata keçirdikləri ədəbi tədbirlərdə, yaradıcılıq layihələrində parlaq təzahürünü tapdı. Şübhəsiz ki, qarşıdakı illərdə bu mövzu Azərbaycan ədiblərinin yaradıcılığında özünün yeni bədii təsvir tərənnüm nümunələrini tapacaqdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq dövlətimizin suverenliyi bütün ərazilərimizdə tam bərpa olunmuş ölkəmiz uğurlu inkişafının yeni mühüm mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Yazıçılar Birliyi, başda möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, əziz xalqımızı qüdrətli dövlətimizi bu yeni mərhələ münasibətilə ürəkdən təbrik edir, şəhidlərimizi dərin ehtiramla anaraq onlara Allahdan rəhmət, qazilərimizə şəfalar diləyir. Əminliklə bəyan edirik ki, dövlətimizin başçısının müdrik rəhbərliyi altında əzmkar xalqımızın növbəti uğurlara imza atacağına qəlbən inandığımız bu taleyüklü mərhələdə Azərbaycan yazıçıları öz sözünü layiqincə deyəcək, vətənimizin davamlı tərəqqisinə məxsusi töhfələr verəcəklər.

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2023.- 23 sentyabr.- S.3.