Əsgər Rəsul poeziyası:

lirika epizmin qovuşuqluğu  

 

Əsgər Rəsul ədəbiyyatşünasdır, türkoloqdur; elmi məqalələri çağdaş ədəbiyyatşünaslığın, türkologiyanın ən yaxşı səhifələrini təşkil edir. Bununla belə, poeziya da onun yaradıcılığının bir hissəsidir, bəlkə , onun üçün daha əziz olanıdır. Əziz ona görə ki, poetik yolda iddiası olmasa da duyğu düşüncələrini əks etdirir, özü bu mətnlərdə əsl şair obrazı boy göstərir. "Dilmanc" şeirlər kitabında toplanan poetik mətnlər şairlə həyat arasında qarşılıqlı duyumun tərcümanı olaraq ortaya çıxır. Şeirlərin altında tarix olmasa da, onların hər hansı birinin həyat hadisəsindən doğan duyğu düşüncənin sonucu olaraq ortaya çıxdığı məlumdur. Bu şeirlərdə şairin həyat fəlsəfəsi, hadisələrə baxışı, adilikdə sadəlik axtarışları, sadəliklə mürəkkəbliyin sintezi qabarıq əks olunur.

Əsgər Rəsulun lirik qəhrəmanı yaşadığı həyatı yaxşı dərk edir; fikir düşüncələrində həyat var, həyatdan doğan fəlsəfi qənaətləri onun gücünü, enerjisini artırır. "Qorxu" şeiri insanın ölümdən sonrakı həyatına münasibətini ifadə edir. Ölüm haqdır, bu məlumdur, lakin lirik qəhrəman istəyir ki, əzizi onun tabutu ardınca hamının gözü qarşısında yox, çəkilib xəlvətdə ağlasın, heç qəbrinin üstünə gül aparmasın, baxmayaraq ki, ona kənardan ağzıgöyçəklər "nankor" deyəcəklər. Adi bir həyat hadisəsində şairin çıxardığı poetik nəticə həyat fəlsəfəsinin mahiyyətini açır: "Mənim bu dünyada işim qalmayıb//Heç işim düşməyib o birinə ". Lirik qəhrəman sevgilisinə həyatın fəlsəfəsini anladır; vicdanının tər-təmiz olduğu bu dünyadan getməyi özünə dərd eləməsin, lap Allahsız olsa belə... Çünki: "Bu qədər Allahlı rəzil içində,//Allahsız olmağın qorxusu yoxdur" sözləri ilə poetik kontrast yaradır. "Gizli qorxu" şeirində isə qorxunun başqa çalarlarından danışılır. Bu süjetli lirikada qəhrəmanın başqaları kimi ölümdən qorxması etiraf edilir. Ancaq onun daha dəhşətli bir qorxusu da var; bu da heç kəsin bilmədiyi, onun daxilində özünü dərk etməsi prosesində yaranan qorxudur. Bu qorxu siqaretdən, dərddən ölməkdən daha qorxulu dəhşətlidir. Şair üçün insanlardakı biganəlik ən dəhşətli qorxulardan biridir.

Lirika epizmin qovuşuğu Əsgər Rəsul poeziyasının canı ruhudur; bu amil həm onun şair üslubunu formalaşdırır. "Ya tələsdik, ya gecikdik" şeirində lirik qəhrəmanın həyatın sürətlə keçməsi bu həyatda metamorfozların yaşanması anları epizmin gücü ilə təsvir olunur. Həyat sürprizlərlə doludur; yaşadığımız hadisələrə ya tələsir, ya da gecikirik. Hadisələrin "tez-gec" yaşanmasının fəlsəfəsinin açılması üçün qəhrəmanın çıxardığı poetik nəticə xeyli düşündürücüdür: hər hansı bir hadisəyə "hələ tezdir", yaxud "gecdir" deyə-deyə ömür bitir. Həyat çox sürətlə irəli gedir, "ilğım kimi bir addımda gözdən itir". Qocalıq-gənclik qütbləri bu ömürün əsas tərəfləridir. Poetik nəticə isə belədir:

 

Uşaqlığın keçmişi yox,

Qocalığın gələcəyi

Dünəni, sabahı olan,

İnsanoğlunun gəncliyi.

 

Mələk donlu ölüm - qürub,

Heç vaxt bilməz qoca-cavan.

Cavanlara pusqu qurub,

Ahılla gəzər yanbayan.

 

Həyatın fəlsəfəsi "Dünən-bugün-sabah" şeirində epik şəkildə ifadə olunur. Bu həyat üçlüyü şairin lirik qəhrəmanının yaşam fəlsəfəsini açır. "Həyat nədir?" sualına bu zaman üçlüyündə cavab verməyə çalışılır. "Dünəni gör, sabaha bax,//Bir bütövün iki üzü"dür. Bu həm insanı həyata bağlayan zamandır. Yaşadığımız həyat fəlsəfəsinin əsas məntiqi gerçəyi dərk etməkdir. Lakin biz hər zaman gerçəyi dərk edə bilmirik:

 

Bizlər - bilə aldanmışıq,

İşimizə elə gəlib...

Həqiqəti gec qanmışıq,

Bizimki belə gəlib.

 

Əsgər Rəsulun şeirlərində həyat lövhələri təsvir olunur; burada insanın ovqat çalarları, həyata baxışı, təbiətə, insana, cəmiyyətə münasibəti əks olunur. Bəzən fikirlərini süjetli lirikada ifadə edir. Bu şeirlərin əsas xüsusiyyətlərindən biri gözlənilməz nəticə ilə bitməsidir. Bu cəhətdən onları poetik novella da adlandırmaq mümkündür. "Sonuncu görüş" şeirində gəncliyində bir-birini sevmiş, lakin nəyə görə isə bu sevgiləri baş tutmamış uzun illərdən sonra təsadüfi bir görüşdə rastlaşmış sevgililərin  hekayəsi baş tutmayan bu sevginin səmimiliyinə inandırır. Lirik qəhrəmanın müsafir olduğu bir süfrədə hər şey gözəldir; ortamından tutmuş süfrədəki ləziz yeməklərə qədər. Elə bu zaman süfrəyə "gecikmiş qonaq" gəlir. Poetik əlavədən aydın olur ki, "gecikmiş qonaq" elə əvvəlki xasiyyətinə uyğun olaraq yenə gecikir. O, yenə əvvəlki kimi gözəldir. Onu tanısa da, özünü tanımazlığa vurur. Aradan illər keçmiş olmalı ki, ağarmış saçlarını görəndə gözləri dolur, ah çəkir. Neçə vaxtdır görüşməyən sevgililərin arasına qəm pərdəsi bürünür. Ayrılanda isə onun "Yuxularına girirəm?" pıçıltısı qəhrəmanın vəziyyətini bütün aydınlığı ilə əks etdirir:

 

Ayrılanda pıçıldadı,

"Yuxularına girirəm?"

Deyəmmədim yatıram ki

Səni röyada görəm?!

 

Əsgər Rəsulun poeziyasında fikrin ifadəsində poetik detalların da ayrıca rolu var. Bu detallar şeiri daha görümlü, emosional edir. Hər hansı bir hadisənin təsvirində poetik detallardan istifadə düşüncənin mənalanmasında da önəmli rol oynayır. "İçimdəki zülməti//Gecələr soyundurum" poetik detalında lirik qəhrəmanın düşdüyü vəziyyəti aydın əks olunur. Yaxud "Ya məni səsləyib apar,//Ya səsini burda qoy get", "Hüsnünə vurulan çox,//Səsini sevən tək mənəm". "Həyat - macəra filmi//Ömür - reklam arası" poetik detalı yaşanmış həyatın fəlsəfi sonucu kimi səslənir. "Dünyaya gələn kimi,//Hazırla səfər tasın" sözləri eynilə həyatın gerçəkliklərini ifadə edir. İnsan doğulur - yaşayır həyatdan gedir.

"Forma-məzmun" şeirində məhəbbətin, sevginin keçdiyi yola olan münasibətin özünü özünəməxsus ironik şəkildə belə ifadə edir:

 

Məhəbbət bəstələri,

Şeir-sənət güldəstələri,

Sevilir, pəhpəhlənir...

Amma hikmətsə,

Sevən qızlara

Sevgini dilənirmiş kimi baxırlar.

Sevən oğlanlar

Yüzillərdir qınanır.

Birinə Gecə deyib qulp taxırlar,

O biri məlum, Cünun adlanır...

 

Kitabda Əsgər Rəsulun bir neçə dördlüyü verilib. Dördlüklər şairin həyat, ömür haqqında poetik pritçalarıdır. Bu qənaətlərində şair çağdaş zamanın fəlsəfi düşüncələrini əks etdirir. Söyüdün tək-tənha olması haqqında çox yazılıb. Əsgər Rəsul isə dördlüyündə söyüdün tənhalığını onun sonsuzluğuna bağlayır:

 

Bir çay kənarında bir söyüd gördüm,

Tək-tənha, dağınız saçı, üst-başı...

Demək belə olur sonsuzluq dərdi,

Sudan mədət umur acı göz yaşı!

 

Yaxud şair həyat-ölüm dilemmasına özünəməxsus şəkildə yanaşaraq bu həyatda qalmağın, yaşamağın formulunu poetik şəkildə ifadə edir. Əgər insan bu dünyada yaxşı işlər görərsə, özündən sonra bir əsər qoyub gedərsə, onun unudulmaq, itmək, yox olmaq təhlükəsi yoxdur:

 

Qorxum o dünyada itmək deyildir,

Qorxum bu dünyada yox olub itmək.

Qorxum cəhənnəmə getmək deyildir,

Qorxum heç bir yerə - heçliyə getmək!

 

Kitabda Əsgər Rəsulun iki poeması da yer alır; bunlardan biri "Reklam arası" adlanır. Deyim ki, şairin bu poemasında çağdaş həyatımızın ziddiyyətləri, bizi narahat edən problemləri təsvir olunur. Son dərəcə maraqlı poemadır. Lakin mən ikinci "Dilmanc" poeması üzərində dayanmaq istəyirəm. Bu poema ənənəvi Azərbaycan poemasının yolunu davam etdirir. Uzun illərdir Türkiyə tarixçiləri bilərəkdən, ya bilməyərəkdən türklərin buraya gəldiklərini yazırlar. Həmişə at belində olan türklərin tarix yazmaması bu yanlışlıqları ortaya çıxarıb nəticədə elmi düşüncədə türklərin buraya gəlməsi fikri möhkəmlənib. Şair bu mövqeni qəti rədd edir mövcud elmi qənaətləri poetik şəkildə təkzib edir:

 

Əgər Sən,

Bu torpağa gəlmə isən,

Bu torpağın sahibi kim?!

Gəldiyində kimlər vardı,

Kimlər getdi, kimlər qaldı?!

 

Türklərin tarixində olan " ləkə"lər onun yolunda müəyyən əngəllər törətmiş, bir çox boşluqlar əmələ gəlmişdi. Burada dilə münasibətdən tutmuş türk şahzadələrinin anasının müxtəlif millətlərdən olması, yanlış fərmanlar, sərəncamlar, hakimiyyət uğrunda mübarizədə öz övladını öldürmələr, qardaş qırğınları s. onun inkişafına mane olan amillər kimi verilir. Təxminən iyirmi il əvvəl yazılmış poemada türklüyün Qarabağ müharibəsinə münasibəti əks etdirilir. Qarabağ problemini türklüyün problemi hesab edən şair tarix boyu özgə torpaqlarından səsi gələn Türk əsgərinin Qarabağda görünməsi zəruriliyini irəlicədən görür "Bir millət-iki dövlət" şüarına istinad edərək poetik siyasi mesajlar verir. Bu gün həmin mesajların yerinə yetirilməsi şairin öncəgörməsi yaxud səsinin eşidilməsi anlamına gəlir:

 

Gah özgə torpaqlarından səsi gəldi,

Gah da öz torpaqlarından...

Təkcə Qarabağdan səsi gəlmədi...

Ən dar günümüzdə nəfəsi gəlmədi!

Hanı "Bir millət-iki dövlətdik".

"Türkün türkdən başqa dostu yoxdu!"

Fatehin nəvəsi

Gözün yaman qorxdu!

 

Şairin poetik qənaəti belədir; qədər ki, türk özünə dönməyəcək, özünü dərk etməyəcək, dilinə tarixinə sahib çıxmayacaq, qədər ki, türk ayrı-ayrı tayfalara parçalanacaq, o zaman "halımız duman olacaq". Poemanın proloqunda XXI yüzilin türk yüzili olacağına inam ifadə edən şair ortaq türk dünyası üçün bu gün siyasi düşüncədə reallaşmağa doğru gedən siyasi mesajlar verir. Biz bu mesajlara böyük dəyər verir bu cür mesajların xalqın, millətin özünü dərketməsində önəmli rol oynadığını bölüşürük.

 

Bədirxan ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 23 sentyabr.- S.27.