Ana
Bu gecə
yata bilmədim, ana,
36
yaşın qorxusu vardı içimdə.
Məni
37-yə aparan gecənin
səhərində
soyuq var
Üşüdüm,
ana!
Bütün
gecə
Səsin
gəldi qulaqlarıma –
Keçmişdən
səsin gəlirdi:
"Böyü,
qızım,
Yeri,
qızım,
Dil
aç, qızım!” - deyirdin...
Böyüdüm,
ana,
Tarixin ən
amansız illərində böyüdüm.
Dil
açdım, ana,
Həyatın
ən çətin yollarında
Yeridim,
ana!
Amansızca
vuran oldu,
Yıxılıb-qalxdığım
oldu...
Qalxdım
qalxmağına,
amma
canım çox ağrıdı,
Qəlbim
çox ağrıdı, Ana...
Sən mənə
bu dünyada
Qadın
olmanın,
Belə
çətin olduğunu,
Deməmişdin
axı...
Ayaqların
üstündə durmaq,
Namusunla
yaşamaq,
Haqq
bildiyini söyləmək istəsən,
Qadın
olmanın bədəli çox ağırmış, ana!
Sən mənə
belə deməmişdin axı...
Heç
kimə göstərmədim göz yaşlarımı,
İçimə
axıtmağı öyrəndim, ana,
Xoşbəxtliyi
oynamağı...
Ürəyim
ovcumdaykən
Başım
dimdik gəzməyi.
Məni
vuranları sevindirməmək üçün,
Yıxılmamağı
öyrəndim, ana!
Yalandan
gülməyi elə öyrəndim ki,
Gülməyin
əslini unutdum.
Xoşbəxtliyi
oynamagı elə öyrəndim ki,
Xoşbəxtlik
necə olur əslində - unutdum...
Bu gecə
Səsin
gəlirdi qulaqlarıma –
Mənə
nağıl danışırdın,
Xeyirin həmişə
Şərə qalib gələcəyini deyirdin.
Mən
düz 36 il Xeyirin qələbəsini gözlədim,
Şər
qalib gələndə ağladım, ana!
Sənin
nağılların belə qurtarmırdı axı...
Səni
dinləyirdim, ana,
"Biri
vardı, biri yox” deyirdin.
Mənim
nağılımda
"Biri
yoxdu”lar daha çox oldu, axı...
Böyüdüm,
ana,
Daha o
qız deyiləm,
Ağrı
və göz yaşlarıyla
Böyüyən
qadınam...
Yadındamı,
ana,
Kəbə
yolu gedirdik,
Sən
sakitcə dua eləyirdin.
Birdən
səndən
Kimə
dua elədiyini soruşdum.
Üzümə
baxıb:
"Ana
olanda anlarsan” - dedin.
Mən
ana olmadım, ana...
Amma səni
az da olsa, anlaya bilirəm...
Arxadan
vuran dostları,
Qəlbimi
verdiyim sevgilinin
Ögey
baxışlarını görəndə,
Anladım,
ana,
Sən
söykənə biləcəyim
Tək
varlıqsan...
Sevincimi
bölüşdüm səninlə,
Amma
üzülməyəsən deyə
Kədərimi
bölüşmədim, ana.
Kədərimdən
əzilməyəsən, deyə.
Əslində
kədərimi tək sən gördün,
İlk
sevdam daşa dəyəndə,
Məni təkcə
sən anladın.
Mən səndə
gördüm insanı anlamağın necə
səssiz
olduğunu...
Sevdiyim mənə
- Sən
mənim heç nəyimsən! -
Deyəndən
beşcə dəqiqə sonra,
Sən mənə
- Sən mənim
hər şeyimsən! – demişdin.
Sən mənə
bunu deyəndə,
Mən sənin
deyil, onun hər şeyi olmaq
istəyirdim.
Amma həmişə
belə oldu,
Yanımda
həmişə sən oldun, ana...
Sənin
gözlərində
Qəzəblərin
ən gözəli olurdu,
Kimlərsə
məni ağladanda.
Gözlərində
alovların ən qaynarı olurdu,
Kimlərsə
məni aldadanda...
Qaçqınların
yurd həsrətini,
Atılmış
körpələrin göz yaşlarını
İçimdə
hiss elədim.
Taledən
yarımayanların, ürkək baxışlarını
İçimdə
hiss elədim.
Savaşda
itirdiyim dostlarımın,
Gözlərini,
arzularını, xəyallarını
Heç
unutmadım, ana..
Məni
ağrılar büyütdü,
Daha
güclü oldum, ana!
Gəncliyin,
eşqin, sevdanın dadı,
ağrılarda,
savaşlarda itib getdi.
Sonra
sevgini tanıyanda
O
artıq məndən qaçırdı...
37
yaşıma çatdım, ana,
Tonqala
atılan Jannadan,
Vətən
ugrunda Kirin başını kəsən Tomrisdən,
İsgəndərə
ədalət dərsi keçən Nüşabədən,
Sevgi
şəhidi Leylidən
Daha
çox yaşadım, ana!
Amma nə
Tomris ola bildim,
Nə
Nüşabə, nə Janna,
Leyli də
ola bilmədim, ana...
Əvəzində
sənin hər şeyin oldum,
Məni
uşaqlığıma apar, ana,
Sonu
xoşbəxtliklə qurtaran nağıllar danış.
"Biri
var”ları çox olsun,
37 yaşımın ilk sabahını
Sənin
nağıllarına inanaraq
açmaq istəyirəm.
Qənirə Paşayeva
Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.6.