Şeiri Tanrı ilə birgə yazan şair

 

Daha gənc dəlisov vaxtlarımda ustad Vaqif Bayatlı ilə söhbət edərkən dedi ki, mən şeiri Tanrı ilə birgə yazıram. Bir az ilkin gəncliyin verdiyi eqo ilə, bir az da bilgisizliklə bunu elə içdən duya bilməmişdim. Ancaq son vaxtlar ruhumu daha azad buraxıb onu daha çox dinləməyə başladıqca yazdığım hər şeirdə Tanrı ilə söhbət elədiyimi gördükcə həzin-həzin ustadın dediklərinə gəlib çıxmağa başlayıram.

qəribəsi odur, şairi oxuya-oxuya, düşünə-düşünə şeir haqqında həm bir neçə qənaətə gəldim...

Məsələn, şeir yazmaq öz-özünlə danışmaq kimidir. Hətta bilsən ki, səni dinləyən yoxdur, yenə "danışırsan". Hətta bilsən, səni dəli hesab edəcəklər, yenə dayanmırsan.

Çünki şeirdə dinlənmək, oxunmaq yoxdur, əslində. Sadəcə var olmaq, sadəcə deyilmək var, eynən öz-özünlə danışmaq kimi...

Ona görə şairliyə "dəlilik" kimi baxırlar.

Bəlkə, şairlər başqaları kimi konkret işlərlə məşğul olmurlar, ancaq "öz-özünlə danışmaq" da bir "iş"dir. Ruhun işi. Dünyanın mizanını qoruyan bir .

Bu "" gözlə görünməz, əllə tutulmaz, amma həmişə öz-özündə var olar. Öz-özünlə danışmaq, ən azı özünlə söhbət etmək kimi. Ən azı o "söhbəti" başqa dünyalardan bura çəkib gətirmək yer üzünə - insanlara ötürmək kimi...

Ona görə demirlərmi: "Məni bu dünyadan alıb apardı"? Demirlərmi: "Başqa dünyaya köçdüm"?

Öz-özünə danışan insanlara da "bu dünyadan deyil", ya da "öz dünyası var" deyirlər. Ya da qısaca "dəli".

"Şeir niyə ədəbiyyat, ümumiyyətlə, sənətüstü bir şeydir" deyə həmişə düşünmüşəm.

Birincisi, şeir bu dünyadan deyil, başqa dünyadan gəlir. Ona görə insanları - duyanları başqa dünyaya aparır.

İkincisi, şeir meydan oxumaqdır. Heç bir sənət tərzində bu qədər meydan oxuma, bu qədər azadlıq yoxdur. Heç bir sənət azadlıqda şeirə çata bilməz. Çünki heç bir anda şeiri yazdığın an qədər azad ola bilmirsən.

Üçüncüsü, şeiri ona görə az adam sevir ki, gerçək azad olan, bu dünyadan olmayan az adam var. Axı bu dünyadan olan adamlar şeirə necə girsin, orda özünü necə görsün?!

Dördüncüsü, şeir hətta Allahüstü bir şeydir, əminəm, Tanrının da qorxduğu tək nəsnədir, çünki o, azadlıq ruhani özgürlük təşnəsidir. Bəlkə , elə Tanrının özüdür...

Bir dəfə ustadın təzə çap olunmuş kitabını oxuyanda fikir verdim ki, əvvəlki şeirlərində düzəliş edərək bu kitabda verib. Bu, ilk baxışda mənə qəribə açığı, qeyri-təbii gəlsə , sonradan hiss etdim ki, şair Tanrıyla söhbətini yeniləyərək yeni nəfəslə verib. O, köhnə şeirləri ilə belə Tanrı ilə yenidən söhbət edə bilirmiş. Onun şeirləri Tanrı ilə söhbət olduğu üçün hər zaman yenidir...

son qənaətim bu oldu ki, onu bu qədər dünyadan qoparan elə Tanrı ilə birgə yazdığı şeirlər imiş...

Boş görünən bu yer, əslində, boş deyil, gündüz görünməyən ulduzlarla dolu göy üzü kimidir - Allahın qəlbindəki hələ gəlib bizə çatmamış İlahi Sözün - İlahi Şeirin varlığına kiçicik bir işarədir.

O Sözün - Şeirin varlığını duymadan səhifəni çevirsək , çevirməmiş kimi olacağıq.

Adamların çoxu həm Allahlı, həm Allahsız olur.Əslində, bu cür Allahlı olmaq da elə Allahsızlıqdır. Allah bütövlük, tamlıq sevir. Elə torpaq da, Vətən . Biz özümüz bütöv olanda Allah da bizi bütöv görəcək - Azərbaycan da bütöv olacaq.

 

Əsəd Qaraqaplan

 

Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.19.