Klassik rus poeziyasından yeni tərcümələr
İvan
KRILOV
(1769-1844)
Məşhur rus təmsilçisi,
nasiri və dramaturqu
Palıd kölgəsinə
sığınan donuz
Yüzillik Palıda sığınan
Donuz
Yeyib, tıs vururdu ağacın altda -
Qənim
kəsilmişdi yağlı
qozaya.
Gözlərin açınca, həmən
girişdi
Bu səfər ağacın...
qabığın soya.
Budaqda oturan Qarğa səsləndi:
"Etdiyin ağaca bir qəsddir axı!"
Donuz baş qoşmadı:
"Qoy lap qurusun -
Onsuz da vecimə deyil zərrəcə
Bunun var olmağı, ya olmamağı.
Görməsəm, heç yüz
il yadıma düşməz,
Təki
yeyib-şişim, qozam
bol olsun".
Palıd
dilə gəlib, dedi: "Ay nankor!
Başını qaldıra bilsəydin
əgər,
Görərdin - mənim bu qol-budağımda
Bitir...
o qənimi olduğun bəhər".
Elmi, alimləri söyər nədənsə
Gözü bağlı qalan
cahil də bəzən.
Bəs niyə daddığı
onca neməti
Elmin bir bəhrəsi saymaz görəsən?!
Tərcümə və təqdim etdi:
Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.46.