Klassik rus poeziyasından
yeni tərcümələr
Fyodor TÜTÇEV
(1803-1873)
Rusiyanın görkəmli lirik
şairi,
publisisti, diplomatı və
gizli müşaviri
Gəl, demə,
o məni əvvəlki
kimi...
Gəl,
demə, o məni əvvəlki kimi
Sevir, məndən ötrü əsir ürəyi...
Çünki mən görürəm
o qənimimin
Əlindəki bıçaq necə
titrəyir.
Gah qəzəb içində,
gah batıb yasa
Yaşaram... köksümdə qanlı yaralar.
Odur - tək təsəllim... o
da olmasa,
Başıma bu dünya, aləm daralar.
Dərdimin dərmanı olan
lütfünü
Təbib
tək qıydıqca
yar aram-aram
Nəfəs darlığıyla keçən
hər günü
Mən də bu ömürdən,
gündən saymaram.
Elə gün olmur ki,
bu
könlüm onca...
Elə gün olmur ki, bu könlüm onca
Sızlayıb, tutmasın keçmişin
yasın.
Dərdini izhara söz tapmayınca,
Anbaan quruyub, qaxac olmasın.
Eynilə
beləcə, sadiq insan da
Yaşadar vətənə eşqi
qəlbində.
Qəhr
olar biləndə yurdu bir anda
Gömülüb, qərq olub dəniz dibində.
Tərcümə və təqdim etdi:
Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.46.