Klassik rus poeziyasından
yeni tərcümələr
Afanasi FET
(1820-1892)
Rusiyanın məşhur lirik
şairi, nasiri, tərcüməçisi və
memuarlar
müəllifi, Peterburq Elmlər Akademiyasının
müxbir üzvü
Heç nə söyləmərəm
sənə, heçcə
nə...
Heç
nə söyləmərəm
sənə, heçcə
nə,
Qatmaram səndəki dincliyə
haram.
Sükutun dilində dediklərimlə
Sənə hər hansı
bir eyham vurmaram.
Gecə
çiçəkləri günboyu
yatar,
Elə
ki, al günəş qüruba
enər,
Açar
ləçəklərin səssiz...
duyaram
Könlüm də al-əlvan
gülşənə dönər.
Dərd
yağar sinəmin uca dağına,
Yel əssə, üşütmə
düşər bu tənə.
Qatmaram səndəki dincliyə
haram,
Heç
nə söyləmərəm
sənə, heçcə
nə.
Tərcümə və təqdim etdi:
Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.46.