Başqa bir yolu
olsaydı, səni anlatmağın...
"Söz körpüsü"nün bugünkü
qonağı şair Nafız Nayırdı
- Nafiz bəy,
özünüzü
Azərbaycan oxucusuna necə
tanıdardınız?
- Sizin şəxsinizdə Azərbaycana və oradakı dostlarıma sevgi və salam göndərirəm.
1950-ci ildə Ərzincanda doğulmuşam.
Təhsil illərim bitdikdən sonra Türkiyənin müxtəlif yerlərində
Türk dili və Türk ədəbiyyatı müəllimi olaraq çalışmışam.
Ən son müəllim işlədiyim Mersində təqaüdə
çıxdım və
hələ
də
bu
şəhərdə
yaşayıram.
- Sizi ilk dəfə
Mersindəki bir tədbirdə
öz dilinizdən dinlədiyim Mikayıl Müşfiq haqdakı bir şeirinizlə
tanımışam.
Azərbaycan poeziyasından başqa kimləri tanıyırsınız?
- Təkcə Azərbaycan
şair və yazarları deyil,
Türkiyə
xaricindəki digər ölkələrdə
olan türk şair və
yazarları
tanımağa can atıram. Təbii,
bunun
üçün Türkiyədə
yayımlanan kitablardan yararlanıram.
Bizdə
ən
çox azərbaycanlı şair və yazarların kitabları
yayımlanır.
Əlimdə
kitabı
olan
şairlərimiz
- Füzuli,
Sabir, Şəhriyar,
Bəxtiyar Vahabzadə, Rəsul Rza,
Nigar Rəfibəyli, Nəbi Xəzri və
s. Bundan başqa, əlimdə bir neçə antologiya da var ki, bunların da ən dəyərlisi
2000-ci ildə çap olunmuş
"Min ilin yüz
şairi"
antologiyasıdır. Burada
"Dədə
Qorqud"dan müasir dövrə
qədər Azərbaycan poeziyası
nümunələri vardır. Orada
sizin də iki sərbəst,
iki heca şeirinizi oxuyub bəyənmişəm. Mikayıl Müşfiqin şeirləri ilə də orada
tanış
olmuşam.
Mikayıl Müşfiqin faciəli
ölümü
məni
çox təsirləndirib.
- Şeir kitabınızı
bütöv bir şeir oxuyurmuş kimi, birnəfəsə
və
zövq alaraq oxudum.
Şeirlərinizin hər misrasında bir şair ürəyi
çırpınır.
Bir şeirinizdə
deyirsiniz ki,
mən hüznləri onunçün yaşadım ki,
geriyə
hüzn qalmasın. Nail ola bildinizmi?
- Çox heyif ki,
şairlər hüznləri ortadan qaldıra bilmədilər. İnsanların
sonu gəlməyən nəfsi, ehtirası, "mənəm-mənəm"liyi yeni hüznlər yaradır. Təkcə
şairlərin deyil, bütün sənətçilərin missiyası insanlara yaxşını,
gözəli,
doğrunu göstərməkdir.
O üzdən insanlar sənət vasitəsilə maariflənərsə,
hüznlər azala bilər. Mən
şeirlərimdə
hər zaman insanların hüznünə
ortaq olmağa çalışdım.
- Özünüzü
növbətçi
şair adlandırırsınız bir şeirinizdə.
Dayandığınız yerdən nələri müşahidə edirsiz?
- Bir tərəfdə Qabillə
Habildən bəri davam edən qovğalar görürəm. Başqa bir tərəfdə
isə,
daha gözəl bir dünya qurmaq istəyən sənətçilər durmadan düşünürlər. Bir şair olaraq,
mənim missiyam insanlar arasındakı sevginin çoxalmasına xidmət etməkdir.
Şeirlərimdə
də
bunu ifadə etməyə çalışmışam.
Sevgi yayıldıqca hüzur
çoxalacaqdır.
- "Məni
ölümə
tüpürdü
biriləri.
Onlara inad yaşadım",
- deyirsiz bir şeirinizdə.
Sizcə,
elə
həyat bu deyilmi?
- Təbii ki, həyat hər zaman güllük-gülüstanlıq ola bilməz. İnsanın qarşısına daim
çətinliklər çıxa bilər. O üzdən insan, yeri gələndə,
savaşmağı
da bacarmalıdır. Bəli,
həyata inad yaşamaq,
həyatla mübarizə aparmaq elə yaşamağın
özüdür.
- Nafız bəy, söhbət
üçün çox sağ olun!
- Səhər xanım,
şeirlərimi azərbaycanlı qardaşlarıma
çatdırdığınız
üçün minnətdaram,
əməyiniz
üçün təşəkkür edirəm.
Söhbətləşdi:
Səhər
ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2023.- 30 sentyabr.- S.43.