Nafiz
NAYIR
Sən və
başqaları
Sən
gedirsən,
Ürəyi parçalanmış əşyalar,
Boynubükük otaqlar qalır ardında.
Gözlərindən yaş
süzülür mətbəxin.
Ağrılı bir Ay işığı
düşür
Axşamlar sənlə oturduğumuz
eyvana,
Bircə
yollar sevinir.
Əcəba
Saatdan
soruşsan, keçir zaman,
Sən yanımda yoxsan, buna
inanmaram.
Əhatə
Elə
bürüdün ki hər yanımı,
Şüşəyə həbs olunmuş külək
kimiyəm.
Kölgə
Kölgə
deyil yanındakı,
Gözəlliyin izidir.
Anlatmaq
Başqa
bir yolu olsaydı, səni anlatmağın,
Şeirə minnətmi edərdim?!
Qiymət
Zaman qiymətlidir,
deyirlər,
Çox
ucuzdur sənsiz keçən zaman.
And
Ondan gözəl yoxdu yer üzündə,
Türkcəmə and içirəm.
Layla
Suss!
Balıqlar yuxulasın.
Eşitmirsənmi,
Dənizlərə tökülən çayların
laylasını?!
Yarı
Ən
gözəl sərxoşu öldü dünyanın,
Bütün badələri yarıya
endirin.
Sevmək
Hər kəsi
sevmirəm,
Heç
kimi sevirəm.
Füzuli
Eşqin
zərgəriydi Füzuli,
Mən hüznün hambalıyam.
Təqdim etdi: Səhər ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2023.- 30 sentyabr.- S.43.