Gedirəm məni görməyə
Laçına niyə gedirəm?
Dağlarda çəni görməyə.
Şəhər içində cökəni,
Meşədə vəni görməyə.
Ovu güllə çatımında,
Şamama tağ yatımında.
Doğumunda, batımında
Yaxından Günü görməyə.
Durnatək səfiniz varmı,
Pakınız, safınız varmı.
Ayə, insafınız varmı,
Gedirəm məni görməyə.
İçimdə
biri ağlayır
İçimdə biri ağlayır,
Elə zülümlə ağlayır.
Ağlayan kimdi bilmirəm,
Mənim gözümlə ağlayır.
İçimdə biri ağlayır,
Baxmaz evdir, baxmaz yoldur.
Toxta, deyirəm toxtamır,
Yaşı tökür bıldır-bıldır.
Hərdən dəli kimi -
Açıq ağız, ağaran dişlərlə,
gülürmüş kimi ağlayır,
İçini elə çəkir
ölüsü ölmüş kimi ağlayır...
Özümü elə aparıram
Guya tərpənmir tüküm də.
Sözgəlişi pıçıldadım,
Qurudu qaldı həkim də.
İçimdə biri ağlayır,
ağlayır düşən axşamla,
ağlayır açan sabahla.
Dəli gülməyi var, Allah, -
bunun gülməyindən saxla!
Mən qəsdən qəşş eləyirəm,
O elə ağlayır...
Çatdıra bilmirəm - ağlamaqdan
gözümdə bulaq tutulur,
Elə hönkürür
hönkürtüdən qulaq tutulur.
Dincəlim
bilmir,
Dayanım
bilmir,
Allahın
ver günü ağlayır,
Ağlayır
- nə bilim
Bəlkə
də gülən adamı,
Bəlkə
də məni ağlayır.
Bilsəydim
Baş
atıb dəyib gələrdim
Yol-yolaq,
bərə bilsəydim.
Gedənlər
nə cürə gedir
Görən
nə cürə? - bilsəydim.
Durub
yanına qaçmazdım,
Yazmağa
kağız açmazdım,
Namərdə
ağız açmazdım,
Havayı
yerə - bilsəydim.
Gördüyü
sirdi gözümün...
Qalmazdı
dərdi gözümün, -
Ölərdi
qurdu gözümün,
Dağları
görə bilsəydim.
Bayram yeri
Yar dilini
şirin edə,
Qasiddən
söz yollayanda.
Könlün
almaq müşkül olur
O
mısmırıq sallayanda.
Meh kimi əssə
yaxşıdı,
Demə
ki, küssə yaxşıdı,
Başımı
kəssə yaxşıdı,
Uduzub
cığallayanda.
Qəmzəsi
heyran yeridi,
Camalı
seyran yeridi,
İlhama
bayram yeridi
Telləri
sığallayanda.
Ayrılığın oğlan
çağı
Daha
ayrılığın oğlan çağıdır,
Sən ey
uzaqdakı könlümə yaxın,
Həsrətin
ulayır içimdə - bəlkə
son qu nəğməsidi
ölümə yaxın.
Səni
görmədiyim neçə il oldu,
Yollar
möhürləndi gediş-gəlişə...
Rənglərə
su qatan rəssamlar kimi
Göz
yaşı qatıram indi gülüşə.
O qədər
söyləndim - dil yorğunuyam,
Dinib-danışmıram,
ta lal misalam.
İçim
də, çölüm də sənə əl edir,
Havada yellənən
bir əl misalam.
Daha
ayrılığın oğlan çağıdır,
Hər
yerdən üstümə sənsizlik yağır.
Qulaq
cingildəsin, ürəyim qurban,
Nə
olar pıçılda, adımı çağır!
İstəsən
sevinəm, çətin iş deyil,
Bir əlcən
məktub yaz, lap üçcə sətir,
Məktubda
yalan sat - de gələcəksən,
Ooy
könlüm xoş olsun - səndən nə gedir?!
Yarpaq altda kəpənək
Mələklər
sayacaq gedən günümdə
Nə qədər
ah çəkdim sənin ucundan,
nə qədər
sinəmdə mən ah apardım.
Amma
usanmadım - yağış yağanda
yarpaq altda
gizlənən kəpənəktək
yenə də
sevgiyə pənah apardım.
Sevgi sehrbazı
Bu
yanımdan baxsan o yan görünər,
Mayam
sevgidəndi, zatım sevgidən.
Yağ
çəkib od tutan piltə kimiyəm,
Çəkdiyim
səndəndi, odum sevgidən.
Sənə
kim deyibsə, yalan deyibdi -
Tək elə
şairəm, şeirbazam mən.
Sevgidən
qov kimi od çıxardıram,
Bir gəl
gör nə usta sehrbazam mən.
Bu
canım indilər bazar üstüdür,
Oda can
qıymışam, nəf eləmişəm.
Şübhəm
yox, babamız atəşpərəstmiş,
Simurqtək
odunu ev eləmişəm.
Şəhid Şahgündüzün
şeiri
Sizsiz qara
bulud oldu
Gözlər
yağdı, ay Şahgündüz!
Kamil bir
yumar, beş tökər,
Atan
dağdı, ay Şahgündüz!
Ürəyi
çox yara tutdu,
Bircə ərki
sizə çatdı,
Sizi dərman
kimi atdı,
Vətən
sağdı, ay Şahgündüz!
Şəhid
paltarı yaradı,
Kimlər
paltarı aradı,
Anan
paltarı qaradı,
Üzü
ağdı, ay Şahgündüz!
Bir göy üzü,
bir də mənəm
Günü,
Ulduzu Ayıyla
Bir
göy üzü, bir də mənəm.
Payızı,
qışı, yayıyla
Bir
göy üzü, bir də mənəm.
İsti-soyuq
havalarla,
Başımdakı
davalarla...
Dilimdəki
dualarla,
Bir
göy üzü, bir də mənəm.
Bu
alnımdı, o da qurşun,
Gör mənzili
neçə arşın?!
Bütün
pisliklərə qarşı,
Bir
göy üzü, bir də mənəm.
Bir vər
toxu, bir vər qat sal,
Can
ağrılı, ruhum qutsal,
Quyudakı
Abbas misal
Bir
göy üzü, bir də mənəm.
Səni hiss etmək
Uzaqlığın
dərd deyil,
görmüş
kimi vəsf edirəm səni.
Pəncərədən
düşən Günəşi
gözüyumulu
hiss etdiyim kimi
həmişə
hiss edirəm səni.
Döyüş adamı
Qarabağ
qazisi mayor
Muxtar Həşimova
İki
davadan çıxmısan,
Necəsən,
döyüş adamı?!
Gözü-könlü
tox qazisən,
Ucasan,
döyüş adamı!
Bir az
xatırla, komandir,
Yaddaşının
küncünü de,
Əsgər
dağa dikləndikcə
Dağların
sevincini de.
Görüşəndə
kövrəldimi
Palıdımız,
ulasımız?!
Sizdən
yadigar zəfərdir
Tarixlərdə
qalasımız.
Döyüş
vaxtı əsgər ki var -
Mərmilərin
yol yoldaşı.
Vüsala
qənşər gedəndə
Ayrılıqlar
vidalaşır.
Dar
günü gendə dayansa,
Tüstülədər
kim ocağı?!
Yəqin,
səni tanıyıbdı
Duadan
Cicim ocağı!
O
Karkümbəz, Məlikəjdər,
Yurd
yerimiz pirdi, qardaş.
Həkəridə
"oxqay!" demək
Bu
dünyayla birdi, qardaş.
Yağılara
"vay" verdiniz,
Gözünün
odun aldınız.
Daha yurda zaval
yoxdu
Silahla
satın aldınız.
Su
Göydə
od oynar dalınca
buludlardan
yağan sular.
Sərt
qayalar bağrı oyub
şır-şır
ilə axan sular.
Kəntdə
dəyirman işləyər,
Bağda
sulanar bəhərlər...
Üzümüzə
çırpdıq səni
"Bismillah"
ilə səhərlər.
Çox
sirlərin bostanısan,
Qoynunda
gömülər gedər...
Üstündən
körpü salınar,
Altından
gəmilər gedər.
Mis səhənglərə
dolarsan,
Qızlar
daşığında sular.
Kimə
topuğundan gələr,
Kimə
aşığından sular.
Mələklər
səvaba yazar
haçan
bir ağac sularıq.
Sevdiyimiz əzizlərə
səncən
ömür arzularıq.
Ağır
günü gözümüzdə
Hüzün
sular, matəm sular.
Kür,
Araz, Həkəri boyu,
Xəzər
boyu Vətən sular.
Çay
qıjovunda cilvəli,
ləm
yerində şüşəlisən,
Çöllərə
yaşıl don biçən
sehirli
Tanrı əlisən.
Qayıqlar
doğrayar, çapar,
Yenə də
çapıqsız sular.
Hamıya
əlçatan - Güntək,
Havatək
qabıqsız sular.
Məktub
(Silsilə)
Üstünə
sağlıq, 10 gündü
Yerdəyəm,
ağır yatıram.
Hərdən
qalxıb pəncərədən,
Bir hovur
baxır yatıram.
Kor
öskürək tutub məni,
Gözlərimdə
çimir yoxdu.
Bir beləki,
dərdə dözür,
Canım
kimi dəmir yoxdu.
Çox
qəribə xəstəlikdi -
Titrətməsi,
üşütməsi...
Bunu necə
öskürəsən
Qonşuların
eşitməsin?!
Əvvəlki
İlham deyiləm,
Özünə
az yalvard məni.
Yeddi taxta
tuman geymiş,
Ağlasın
dörd arvad məni.
Çox
da heç kəs maraqlanmır,
Özümü
aciz tutmadım.
Şairtək
ucuz tutuldum,
Mən
sözü ucuz tutmadım,
Gərək
belə olmayaydı,
Yuxumdan
çıxmır ölənlər...
Bir qudum
su gətirmədi,
Laçına
gedib-gələnlər.
Hələ
nəfəs gedir-gəlir,
Yenə də
şükür, diriyəm.
Bu gün
yerimi yığmışam,
Ta qorxma,
yönübəriyəm.
İlham QƏHRƏMAN
Ədəbiyyat qəzeti.- 2023.- 7
yanvar.- S.2.