Vaqif Bayatlının şeirləri
Almaniya ədəbiyyat portalında
Almaniyanın
populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə
Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq
virtual aləmdə” layihəsi çərçivəsində
tanınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin
alman dilinə tərcümə edilmiş “Hər kəsdən
çox”, “Uşaqlar və hərflər” və “Gül
düzəldirəm adamlardan” şeirlərinin yayımına
başlayıb.
Tərcümə
Mərkəzindən bildirilib ki, şairin
yaradıcılığı haqqında məlumatla təqdim
olunan şeirlərin alman dilinə tərcümə müəllifi
– Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədova,
bədii redaktoru – Almaniyanın ədəbiyyatşünas
alimi Kerstin Krapsdır.
Qeyd edək
ki, geniş oxucu kütləsi tərəfindən izlənilən
“Spruechetante” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində
Eduard Fridrix Mörike, Fridrix Şiller, Volfqanq Höte, Teodor
Fönten, Çarlz Dikkens, Tomas Braun kimi korifey
yazıçı və şairlərin
yaradıcılığını işıqlandırır.
Ədəbiyyat qəzeti.- 2023.- 7
yanvar.- S.6.