Mənim səbrimin qırılan yeri,

Mənim səbrimin daşan yeri var.

Bu dünya əzəldən belə deyildi!

Adamlar yalandan gülə bilmirdi.

Adamlar doğrudan yaralanırdı,

Adamlar yalandan ölə bilmirdi.

qədər yaramı özüm sarmışam.

İt kimi qapırdı yaralar məni.

Otuz üç ilimi girov qoymuşam

Daha sevindirmir buralar məni.

Əlimin tərsiylə geri itdiyim,

Sağımdan qovduğum, soluma çıxdı.

Mənim yol verdiyim, yol göstərdiyim,

qədər yolçu var, əlində bıçaq...

...yolumu kəsməkçün yoluma çıxdı.

Tülkü hiyləsiylə, qurd tələsiylə,

Fürsət gəzirdilər vuralar məni.

Daha sevindirmir buralar məni.

İlahi...

Nəyin var əlində bizlərdən başqa,

Bizlərin nəyi var dünyadan özgə?!

Elə bil çığırır, qışqırır hamı,

Ay ölüm, ay əcəl gecikmə, tez gəl!

Mənim haqq bildiyim, nahaq bildiyim.

Gözümün ağında, qarasındadı.

Səninlə bəndinin arası cağdı.

Dünyanın haqqı da, ədaləti ,

Səninlə bəndənin arasındadı.

Hərənin əlli cür bəhanəsi var,

Kimsənin ölməyə bəhanəsi yox.

Günahkar yaşamaq asandır, asan.

Səni bağışlamaq çətin olacaq,

Vaxtında sən özün gəlib çıxmasan.

Otuz üç yaşında ömür atım var,

Bəhanə tapmıram vurub öldürüm.

Sabah olacaq, yazım istədim,

Yenə istəmədim səni güldürüm.

Əlimdə nəyim var sənindir, sənin.

Bir böyük mən olum, bir böyük sən!

İlahi...

Sənin böyüklüyün mənim boydadı.

Mənim kiçikliyim boyda böyüksən!

 

***

 

Tapınasan aynalara,

Özündən bir yol keçəsən.

Necəsən deyən olmaya...

Əriyəsən damla-damla,

            gözündən bir yol keçəsən.

Alnına gözün sataşar.

Alnının tən ortasında,

Tanrı yazı masasında,

            dərdləri unudub gedib.

Misra-misra hönkürərsən.

Sətir-sətir dərd çəkərsən.

Yavaş-yavaş bu dünyayla öz aranda,

Qırış-qırış sədd çəkərsən.

Dən-dən olar qaşın, başın.

Xatirələr çiçəkləyər.

Gözlərinin qarşısında uşaqlığın iməkləyər.

Özün boyda dağ olarsan,

            çəkməyə ahın tapılmaz.

Bir qohum, yaxın tapılmaz.

Qucaq-qucaq soyuyarsan,

Ocaq-ocaq soyuyarsan.

Paslanar bütün cəftələr,

            bağlanar bütün qapılar.

Birdə baxıb görərsən ki...

bacın var, qardaşın.

getməyə yol tapılar, ki,

Bir yol yoldaşın...

 

***

 

Birdən hamı yığıldı məsumlar ölkəsinə

Böyük-böyük adamlar

            keçmişin "bəlkə"sinə

Körpə-körpə uşaqlar Allahın kölgəsinə.

Kaş görə bilərdiniz,

təhər məğlub oldu nəriltili

            tank səsi Qaratoyuq nəğməsinə

Dualar sevincindən atılıb-düşürdülər.

Deyəsən, ilk dəfəydi ünvana yetişirdilər.

Kaş görə bilərdiniz

Afrikalı uşaqların gözündən

            buğda boyda sevincdən yaş axırdı.

Qara buludlar gəlir, ildırımlar çaxırdı.

Kaş görə bilərdiniz

doğulmamış körpələr nələr danışırdılar

Hamısın deyirdilər, doğulmamış

            yaşamaq təhər ağırdı.

Eşidənlər abinoz,

            autizim mələklər tanrıcıqlar doğurdu.

 

***

 

Yanma biçarələrin əllərinin istisinə,

Yaşarar rəngli gözlərin bu odun tüstüsünə.

Niyə olmur görüşək, sal ayın ilk həftəsinə.

İndi min bir əzabından keçirəm mən qəmin,

Mən sənin dərdin olum, sən mənim.

Dağılar ovcuma çiynin, yığaram, dəstələrəm,

Gülüşündən süzülən sehrinə söz bəstələrəm,

Qoyma həsrət soyuğundan

            üşüyüb xəstələnəm,

Gəl alışdır bu könül atəşini, öldüm axı.

Gələ kaş sahilə ətrinlə dolan sevgi gəmin,

Mən sənin dərdin olum, sən mənim.

Gələcəksən bilim, bir gecənin bir sabahı,

Edəcəksən məni xoşbəxt, sən ey Allah qonağı,

Sarılıb ağlayacam hiss edəcəksən sən axı,

Süzülər göz yaşı boynunla düşər. Çiyninəmim.

Mən sənin dərdin olum, sən mənim.

Cızaram ismini xoşbəxt edərəm bir ağacı,

Güldürər əllərimi saçlarının ruh ilacı,

gözəl ağrısan, ey gül, şirinsən, acı...

Bir öpüş ehsan edərsən? Dilənim.

Mən sənin dərdin olum, sən mənim.

Verərəm ruhumu rüşvət nəfəsimdən ödərəm,

Yox, əgər gəlməyəcəksənsə çıxıb tək gedərəm,

İş ölümdürsə əgər, vallah həvəsnən geyəcəm

Ölümümdən bir az əvvəl əyan olsam deyəcəm,

Gələcəksənsə bilim, qoy qayıdıb bir gəlim

Mən sənin dərdin olum, sən mənim.

Necə oynaq olur Allah sevinən aşiq halı,

Məni sərxoş edir əlbət gecikən yar vüsalı,

Yozuram hər yuxunu Həzrəti Yusif misalı,

Gülüşün qibləm olubmuş, nəfəsin zikri dinim.

Mən sənin dərdin olum, sən mənim.

 

***

 

təhər danışım, təhər deyim?

Gəlib yuxulardan keçmə , noolar.

Bir gün danışırsan, bir gün susursan,

Bir gün ağlayırsan, içmə , noolar.

Axı çox zəifsən, çox balacasan,

Həmişə bu boyda qala bilməzsən.

Bu dəmir ovuclu, bu qabar əlli.

...şairlə bəxtəvər ola bilməzsən.

Mənim nəyim var e, qurban olduğum,

Gülüşü sehrlim, gözü maraqlım.

Üzər ürəyini ürəksizliyim,

Dodağı mixəklim, saçı daraqlım.

Demirəm sevmirsən, demirəm sevmə,

Mənə ürəyini açma da, noolar.

Dodağı mixəklim, saçı daraqlım,

Mən sərxoş oluram, içmə noolar.

 

Habil Rzanur

 

Ədəbiyyat qəzeti.- 2023.- 14 yanvar.- S.23.