Şəkil çəkir ruha
sözün edamı
Müsahibə götürməyə gəlmisən,
Mənim balam, otur çözək həllini.
Sevgi haqda sualını boşa ver,
Yaşım ötüb min ildir ki, əllini.
- Nə
yazırsan? Yazdıqlarım ortada,
Nə yazıram,
Allah bilir bu sirri.
- Necə olur daşı deşir damlalar,
Açıq qalır indiyəcən su sirri?
...Nəyim
varsa saxlamışam şeirdə,
Neçə-neçə ağrı, acı, itkimi.
Ömrü-günü döyür dabanbasaraq, -
Ayrılıqlar şans güdür it
kimi.
Çatıldımı
fikirlərin qaşları,
Şəkil çəkir ruha sözün edamı.
Nə yaşadıq - qazanc budu,
sonrası...
Ta qorxutmur dar ağacı
adamı.
Uçan quşun
sağ qanadı başıma
Sınıq
körpü, vaxt ölürdü havayı,
Bu gömrükdə sınanırdı
inadım.
Vizasını alammadı həsrətim,
"Bir özümü,
bir baxtımı
qınadım".
Gecənin
də qulaqları kar imiş,
Mən susduqca eşitmədi heç məni.
Yalvarası deyildim ki, dözürdüm,
Qanan deyil, başa düşər gec
məni.
Dil-dodağı
təpimişdi səbrimin,
At çapırdı sükutumun ağrısı.
Mən özümə qayıdırdım
anrıdan,
Qulağımda anamın "Gəl"
çağrısı...
Bir səs
boyu yolum qalır Təhləyə,
Xəyalımda min yol gedib qayıtdım.
Qəm öpdükcə inadımın
gözündən,
Yalan yerə vaxt itirib say uddum.
Uçan
quşun sağ qanadı başıma...
Götürülər aramızdan qadağa.
O tərəfdən bir meh vurdu üzümə,
Döz,
a kəndim, canım sənə
sadağa...
Daha deyəmmirəm
Daha deyəmmirəm
qayıdım geri,
Çırmanıb kül töküm, kənddə
ev tikim.
Şəhərdə adına
şeir yazmışam,
Görən sevildimi orda bu ərkim.
Yenə kim əndərdi gileylərini,
Qınağa bələdi getdiyim
yolu; -
İldə üç-dörd dəfə
kəndə gəldiyim,
Qırx ildir şəhərdə
itdiyim yolu?!
Ağac
olammadım yol qırağında,
Kölgəmə sığmadı bir qarışqa da.
Uzaqdan-uzağa salam yolladım,
Heç dadı qalmadı bir qarışda da.
Çıxıb
öyəcəyim nəyim qaldı ki...
Öyüddən, danlaqdan keçibdi daha.
Adına
yazdığım bircə
misramı
Son dua biləydi
kaş ki, Allaha.
Daha oxşamıram özümə,
payız
Çöldə
yağış yağır külək qarışıq,
Hərdən pəncərəmi döyüb
qayıdır.
Elə bil kimdənsə qorxub çəkinir,
Qırıb budaqları "söyüb"
qayıdır.
Ağaclar
utanır çılpaqlığından,
Yarpaqlar bir küncə yığılıb qalır.
Üşüyür payızın rəngləri altda, -
Sərçələr səsinə sığınıb
qalır.
Hər
üzü payıza yönədir ömrün,
Gileyi qəm dadır qərib
axşamın.
Hələ də səhərə
ümid bağlaram,
Üstünə fikrimi sərib axşamın.
Hələ
ki qar yağıb, soyuq düşməyib,
Səni toplayacam gözümə,
payız.
Daha doğmalığın mənə
xoş gəlir,
Daha oxşamıram
özümə, payız.
İçini söykəyib
ayrılıqlara
Arif
Mustafazadəyə
İçini
söykəyib ayrılıqlara,
Ruhu ovunurdu kədərlə, qəmlə.
Səsini
isladan könül nisgili
Gözünün qorunu silirdi nəmlə.
Üzünü
sürtməyə utandığından,
Ahıyla öpürdü daşı-divarı.
İlləri su kimi axıb gedirdi,
Köhnə xatirələr - dövləti,
varı.
Əlindən
küsmüşdü bəyaz saçları,
Nağıla dönmüşdü ərki,
inadı.
Sevincin tamını yadırğamışdı,
Səsinə hopmuşdu payızın dadı.
Zamanı
geyinib ağrılarına,
Siminə çəkmişdi tavar sazının.
Ömrünü əridib söz
eyləmişdi
Qara sevdalısı
Qarayazının.
Dostlar məni unutdular
Çox
tüyündüm qəm içində,
Can qurutdum nəm içində.
Xilaf çıxdı gəmiçim
də,
Dostlar məni
unutdular.
Yaddaşımda
azıb qaldım,
Nəyim varsa yazıb qaldım.
Bir az ağrı,
əzab qaldı, -
Dostlar məni
unutdular.
Ömür
çapıb getdi atda,
Nə qalacaq görən yadda?
Mən özümə çataçatda
Dostlar məni
unutdular.
İlan sevdası var
cığırın, izin
Bədirxan
Əhmədova
Geyib
ayağına ayrılıqları
Yolların ağrısı gözdə
can çəkir.
Ayılıb gördük ki,
ömür-gün yarı...
Ürəkmi çəkilir, yoxsa qan çəkir?!
İlan
sevdası var cığırın, izin,
Qabıqtək soyulur ömürdən vaxt da.
Tutarı
kəsilib xoş xəyalların,
Atını teyləyir dördnala baxt da.
Çəkilmir
yollardan yorğun sevdalar,
Döyənək baxışlar sığala
yatmır.
Oyaq xatirələr dözüb-tablayır,
Yatmış istəkləri ah da
oyatmır.
Urvata
mindirib kədəri, qəmi,
Bir oda qurmuşuq xatirələrdə.
Yanağa
şeh salır isti duyğular,
Alın yazımızı üşüdür
tər də.
Əli ətəyinə
çatmır istəyin,
Səsindən aşağı gəlir adamlar.
Sükut
köynəyini geyib səsinə,
Bağlı qıfıllarda "ölür" adamlar.
Yenə
bizdən ötdü bu yaz da eşqnən,
Yenə də qarşıda payız havası.
Duatək
yollara çağırır
bizi
Qədim Borçalıda bir saz havası.
NURAFİZ
Ədəbiyyat qəzeti.- 2023.- 20
yanvar.- S.21.