Əbədi ruhlara ithaf
20 Yanvar şəhidlərinə
Doğma Bakı. Soyuq qış. Dağüstü park. Yenə biz.
Doymur günahsız qandan torpağın qara üzü.
Tarix təkrarı
sevir, təkrarlanır dərdimiz,
Bəlkə elə Tanrıdır, sınağa çəkir
bizi?
Torpaq
üçün ölənlər doğulub dönə-dönə,
Tarixin qara üzün daşlara nəqş edirlər.
Müstəqillik
uğrunda şəhid olanlar yenə
Gələcək nəsillərə azaqlıq bəxş
edirlər.
"Azadlıqlar
verilmir, alınır", deyimi var,
Gələn tufan qəflətin uyğusunu
dağıtdı.
Bildirib
şər niyyətin bir amansız qəsbkar,
Günahsız insanların al qanını axıtdı.
Hədsiz
idi düşmənin bizə olan nifrəti,
Onuncün gecikmədən pusqu qurdu gizlicə.
Neçə
insanımızın vətəndaşlıq qeyrəti
Şəhidlik məqamıyla naxışlandı o gecə.
Ağır
faciələrlə üzləşdik zaman-zaman,
Çox gördük haqsızlığı, heç
üzümüz gülmədi.
Bakı
küçələrində axıdılan həmin qan,
Azadlıq eşqimizi tələf edə bilmədi.
Dostlara
qürur yeri, düşmənlərə göz dağı,
Azadlığın özbəöz heykəlləşən
ünvanı.
Oduna
yandığımız Qəhrəmanlıq ocağı,
Müqəddəs
bir and yeri - Şəhidlər xiyabanı...
Hər il 20 Yanvar - tarixi ildönümü
Qərənfilə qərq olur, anılır bu xiyaban.
Qan rəngində
doğulan qırmızı üfüq kimi
Azadlıq günəşinə dan olur bu xiyaban.
***
Yad bir
şəhərdəyəm sanki,
Quşlar dənləyir ayaq izlərimi.
Unutduqlarım
kölgə kimi arxamda,
Düşündüklərim sədd kimi önümdə.
Quşlar
dənləyir ayaq izlərimi,
Xırda pul kimi səpirəm yollara.
Adamlar
görməzdən gəlir,
Adamlar dirigözlü basdırır bir-birini.
Bir uydurma
arzu var gözlərimdə,
Gəlinlik geyindirmişəm yoxluğuna.
Quşlar
dənləyir ayaq izlərimi,
Qatarlar
hardasa fit verir ayrılıqlara.
Qanlı
köynəyində gülür baharım,
Ətri bihuşdarı kimi zərif.
Amma və
lakin... anlamsız...
Quşlar dənləyir ayaq izlərimi.
***
Keşkə
bir Şeir yazasan,
bütün işlərin düzələ...
Alnındakı
qırışları
silə,
ata, sevinəsən.
O
Şeirdən misra-misra
dada-dada
sevinəsən.
Yarpaq-yarpaq
sola payız,
uça
isti əllərindən.
Yenə
bu soyuq əllərim
aça
isti əllərində...
Ağ vərəqlər
yağış ola,
sətirlər üstünə cuma.
Qəmi,
kədəri yox edə,
Sevincin keçə hücuma.
Şeirdən
bir ev tikəsən,
Şeir ola üstü, damı.
Qızınmağa
od olmaya,
Yandırasan,
yana hamı...
Yazdığın
o Şeir ilə,
Bildirəsən bitdiyini.
Anlayasan
yoxluğunu,
anlayasan
getdiyini.
***
Mən
yatanda öləcəyəm, bilirəm bunu,
Gecə ölmək daha asan, daha şirindi.
Basdıracam
gözlərimdə sənin yuxunu,
Bir də
gördün göz qapağım qəfildən endi...
Bir
ömür də səhifələnib olacaq boyat,
Saxlayacam zamanı da salıb kəməndə.
Yuxu kimi gələcəkdir
keçdiyim həyat,
Yuxu kimi görəcəyəm ölümü mən də.
Solacaqdır
şeirimdə al-əlvan rəngin,
Göz yaşlarım axmayacaq bəyaz varağa.
Çəkəcəyəm
yorğanımı başıma o gün,
Köçürəcəm həsrətini soyuq
torpağa.
Bəlkə
bu dəm həsrətin də qopa kökündən,
Quşlar kimi qanad çalan görəm
özümü.
Canım,
bəlkə, rahat ola sənin yükündən,
Bir hovur da mən dincələm, yumub gözümü.
Anam yəqin,
şeir kimi dinəcək məni,
Əvəzimə qoxlayacaq iki qızımı.
Qış
olacaq o gün yəqin, qarlı qış günü,
Yoxsa niyə üşüyüm ki, ömrün uzunu?
Qar
yağacaq göy üzünün qaşqabağından,
Niyə yazı gözləməyə gücüm yox mənim?
Yığacaqlar
gözlərimi dərd tabağından,
Yarı yolda donacaqdır zəif bədənim.
Sən də
qalib gələcəksən o gün qorxuna,
Sevdiyini deyəcəksən dodağın altda.
Vüsal
üçün gələcəyəm sənin yuxuna,
Bəlkə belə qıza canım torpağın altda.
***
Bir il də beləcə haqqa qovuşdu,
Sağ
çıxdıq bir ömrün qalmaqalından.
Kiminin həyatı
yoluna düşdü,
Kiminin həyatı qaldı yolundan.
Azca
göz atıram keçən bir ilə,
Nələr oldu keçdi, nələr qaldı bəs?
Nə
olsun, canımız suludur hələ,
Yükünü azaldır əvvəlki həvəs.
Tanışlar
o deyil, dostlar o deyil,
Məclislər o deyil, tostlar o deyil.
Yoxdu o əvvəlki salamlaşmalar.
(Varsa da içində min saxtalıq var).
Daha yığışmırıq
əvvəlki kimi,
Səsimiz, ünümüz əvvəlki deyil.
Toyuq
hinindəki bic tülkü kimi
Bizi bir soyuqluq pusur elə bil.
Hər kəs
bir-birindən küskün, gileyli,
Hər kəs bir-birinə yad, ögey, uzaq.
Arzular sərgərdan,
zaman tüfeyli,
Ömür boş biyaban, sevgi yalquzaq.
O qədər
sınığıq, o qədər pərtik,
Daha üzülmürük ayrılıqlara.
Qara
daş kimiyik, sərtdən də sərtik,
Qara necə olur, eləcə QA - RA.
Bir il də beləcə keçdi ömürdən.
***
Sən...
Ən
köhnə dərdimə dərman kimisən,
Ən təzə arzuma pərvanə kimi.
Sən
yara sağaldan zaman kimisən,
Yarası sağalmaz divanə kimi.
Sən...
Gecələr
gözümdə axan yuxusan,
Gündüzlər ovcumda gizlənən dua.
Sən bəzən
Tanrıdan gələn qorxusan,
Bəzən də cəsarət, bilmirəm guya?
Sən...
Ağlımın
üstündə kilidləndiyi,
Ruhumun içində əridiyisən.
Bütün
varlığımın yoxa döndüyü,
Kölgəmin məhşərə yeridiyisən.
Sən...
Yox ikən
varımsan, var ikən yoxum,
Hey sənə
varıram nəyi düşünsəm.
Gözümdən
getməyən əbədi yuxum,
Qırılan qanadım, inadım - Sənsən.
***
Bu
ölü ümidlər - ömür tayası,
Bu
ölü arzular - ağ yalan həyat.
Bu
ölü sevdalar - günün boyası,
Bu ölü adamlar - dünya, boz-boyat.
Bu
ölü çiçəklər - ucuz xatirə,
Bu ölü çəmənlər - dul qalmış
qadın.
Bu
ölü söyüdlər - ödənməz kirə,
Bu ölü çinarlar - isitməz odun.
Bu
ölü küçələr - məzlum
yağışı,
Bu ölü dalanlar - boşluq öncəsi.
Bu
ölü gecələr - ulduz sancısı,
Bu ölü röyalar gətirir qışı.
Bu
ölü ürəklər - doğmaqda qısır,
Bu ölü beyinlər - vahimə qusur.
Bu
ölü baxışlar - cəhənnəm odu,
Bu ölü qulaqlar - bayquş qanadı.
Bu
ölü şəhərlər - kiflənmiş kitab,
Bu ölü səhərlər - zəqqutum əlac.
Bu
ölü gözləniş - saxta bir şərab,
Bu ölü təsəlli - bitməz ehtiyac.
***
Necə
deyim indi ona,
"Mən
bitirdim, sən də bitir!".
Bilirəm
ki,
məhv
edəcək dünyasını
bu bir sətir.
De, bu
ahı, bu ağrını,
söylə, necə götürəsən?
Sevgi
axı yemək deyil,
doyan
kimi bitirəsən.
Könlümün
qəm bucağında,
çox
istərdim, sevgi qalsın.
Hərdən-birdən
darıxanda
təkliyimə həmdəm olsun.
Mən susanda
o dillənsin,
bülbül kimi həzin ötsün.
Qınamıram
öz-özümü,
istəməzdim belə bitsin.
Ömür
bumu, bir sevdalıq
yolçuluğa arxa durmur.
Bir
sevdayla yaşamını
sonlandırıb, başa vurmur.
"Dost
da dosta tən gərəkdi" -
Nədən
məni öz-özünə
tən bilmirdi?
Bəlkə
o da həvəsliydi
bitirməyə,
mən
bilmirdim?
Söylədiyi
hər acı söz
qırsın məni, istəyirdi.
Soyuqluğu
bezikdirib,
yorsun məni,
istəyirdi.
Yaxşı
günlə yaman günü
qarşı qoymaq istəmirəm.
Aramızda
olanları
bir-bir
saymaq istəmirəm.
Doğruları
demək ilə
öz
üstümdən yük götürdüm.
Bəlkə
elə edirdi ki,
mən
söyləyim:
"Mən bitirdim!"
M Ə N B İ T İ R
D İ M ...
***
Zaman qum dənəsi, ovcunda qalmır,
Bəzən öz hökmüylə əzilir hər an.
Dost
incidir səni, yad saya salmır,
Nə dosta güvən yox, nə yada güman.
Uyuyub
dilində ağrı bir udum,
Nə dindir, danışdır, nə dinlə, anla.
Ağlayır
içində bir kövrək adam,
Ümidsiz sevişir xəyallarınla.
Zaman qum dənəsi, yellər sovurur,
Olanın-olmazın tərk edir səni.
Saatlar əqrəbin
tərsinə qurur,
Silirsən ömründən qalan hissəni.
Yolların
yoxuşu mənzilə varmır,
Yolların enişi dinclik gətirmir.
Daha həyəcandan
sinən qabarmır,
Daha xəyalların səni götürmür.
Zaman qum dənəsi, az-çox varındı,
Gözün bu səfər də yolda qalmadı.
Nə
yaxşı, bu dəfə dərddən arındın,
Nə yaxşı, bu dərd də sənin olmadı.
***
Deyirlər
ki, məndən qalan xatirələri
zirzəminin bir küncünə yığıb atmısan.
Ovunmayıb
ürəyinin sızlayan yeri,
üstündə də şəkillərdən ocaq çatmısan.
İşıqlanıb
zirzəminin zülmət gecəsi,
məktublarım gec alışıb, birdən sönübdü.
Yanıb,
yanıb ağrı dolu şəkil-nəfəsim,
əllərim də şəkillərdə külə
dönübdü.
Gözləmisən
bu "yanğın" da yetişə sona,
yavaş-yavaş ürəyinə bir ağrı dolub.
Sonra birdən
qıymamısan baxışım yana,
əl
atmısan alovlara, amma gec olub.
Saçlarım
da çırthaçırtla yanıb şəkildə,
ümidimin son nəşəsin çəkib o gecə.
Bağçanızda
paltar üçün asılan teldə
xəyallarım öz-özünü asıb gizlicə.
Sənsizliyi
taleyimə dərd yazıb yazan,
söndürmüsən bir ürəyin gur alovunu.
bilməmisən yığıb külün hara atasan,
qorxmusan
ki, torpaq belə götürməz bunu.
Deyirlər
ki, səninçün də bitibdir bu dəm:
sevda dəmi,
vüsal tamı, hicranın dadı...
deyirlər ki...
qoy
desinlər... mən ki, bilirəm....
ürəyində yerim ayrı, taxtım ayrıdı...
Ay Bəniz Əliyar
Ədəbiyyat qəzeti.- 2023.- 20 yanvar.- S.5.