Bəzi şeirlərin hekayəsi var,

Bəzi xoşbəxtliyin qafiyəsi var.

Buludlar yağış yox, toz ələyirlər

Ulduzlar yanmır ha...

                        his eləyirlər.

Beş-üç arzu etməz ömrün qalığı

Didir başımızı kəpək balığı.

Daş-daş oynanılan bir aynabəddi,

Aman umduqları amana bənddi.

talant?

            vergi?

                        sehr? -

                                    Adam

Günü axşam edir bikarçılıqdan.

Yaxşı pəhrizi var iztirabların

özüm kökəldim,

                        kitablarım...

 

Qulu AĞSƏS

 

Ədəbiyyat qəzeti.- 2023.- 28 yanvar.- S.5.