"Ədəbiyyat qəzeti"nin

baş redaktoru Azər Turana

 

Hörmətli Azər müəllim! Böyük qazax maarifçisi, dilçisi, ədəbiyyatşünası, türkoloqu, şairi mütərcimi, ictimai-siyasi xadimi doğma xalqının taleyində əvəzsiz rol oynamış Əhməd Baytursınulı (1872-1938) "Alaş" siyasi təşkilatının ən fəal üzvlərindən biri Qazaxıstanda "Müdrik ustad" adı ilə çağırılmış, milli əlifba yazı qaydalarının islahatçısı kimi tanınmışdır. O, milli azadlıq məfkurəsini içində daşıyan onu dayanmadan təbliğ edən mübarizlərdən olmaqla digər xalq ideyaları maarifçilik təəssübkeşləri Alixan Bokeyxanulı, Mircakıp Dulatov başqaları ilə birlikdə ümummilli "Kazak" qəzetini nəşr etdirmiş, 1916-cı ildə Rusiya Dövlət Dumasında Müsəlman Fraksiyasının iştirakçısı olmuşdur. Adlarını çəkdiyimiz mübarizlərlə birlikdə o, Alaş Orda hökumətini yaradıb, qazax milli dövlətçilik ideyalarının "atası" rütbəsinə qədər yüksəlmişdir.

A.Baytursınulı 1920-ci ildə V.İ.Leninə yazdığı məktubda Sovet hökumətinin Qazaxıstandakı siyasətini sərt tənqid etmişdir. Milli düşüncə daşıyıcılığına görə dəfələrlə azadlıqdan məhrum edilmiş Baytursınulı Moskvadakı Butırski məhbəsində ömür çürütmüş, 1930-cu ildə əksinqilabi silahlı üsyanda yenidən suçlu bilinərək güllələnməyə məhkum edilmişdir. Sonralar onunla bağlı bu fərman 1931-ci ildə 10 illik islah düşərgəsi, daha sonra Arxangelskə 3 illik sürgünlə əvəz edilsə , 8 oktyabr 1937-ci ildə yenidən zidana salınmış, 8 dekabr 1938-ci ildə güllələnmişdir. "Qırx təmsil"  adlı ilk kitabı 1909-cu ildə işıq üzü görmüş bu böyük şəxsiyyət Abayla bağlı "Ən böyük qazax şairi" adlı fundamental əsər yazmış, 1926-cı ildə ilk elmi-nəzəri "Ədəbi tanışlıq" kitabını çap etdirmişdir. Bundan başqa, Baytursınulı ərəb qrafikalı əlifbanı qazax dilinin artikulyativ xüsusiyyətlərinə adaptasiya etməklə "Oxu qaydaları" (1912) hazırlamışdır. Onun "Dil qaydaları" kitabı isə üç hissədən - "Fonetika" (1915), "Morfologiya", "Sintaksis" (1916) kimi bəhslərdən ibarət olmuşdur.  Eyni zamanda Baytursınulı qrammatik terminologiyalar: nitq hissələri - isim, əvəzlik, feil, zərf, köməkçi nitq hissələri; mübtəda, xəbər, zərflik, cümlə, mürəkkəb cümlə, xitab s. bağlı qənaətlərini ortaya qoymuşdur. Onun qazax maarifçiliyi, dilçiliyi ədəbiyyatı qarşısındakı xidmətləri S.Sadvakasov, S.Seyfullin, M.Auezov, M.Dulatov, E.Omarov başqa bu kimi tanınmış qazax alimləri,  şair yazıçıları tərəfindən yüksək dəyərləndirilmişdir.

Əhməd Baytursınulı Bakıda keçirilmiş I Türkoloji qurultayın iştirakçısı olmuş, qazax ədəbi dilinin, terminologiyasının problemləri ilə bağlı məruzə edib, qazax dilinin qrammatikasının çeşidli məsələlərinin öyrənilməsi, milli əlifbanın fonetik tələbləri, dilin inkişafı s. bağlı yeni istiqamətlərdən bəhs etmişdir. Onun qazax dilçiliyi ədəbiyyatşünaslığında yeri müstəsnadır.

Azər müəllim! Əhməd Baytursınulının "Mən Qazağam" mövzulu bu poemasını mənə bir qazax alimi göndərmiş ədibin bu sonuncu poemasını Həmidbəy Musabəyov adlı bir qazax tədqiqatçısı Rusiya arxivlərindən birində tapmışdır. Biz mətn məzmunca son dərəcə orijinal bu poemanı Azərbaycan dilinə çevirib çap edilməsi oxuculara çatdırılmasını Sizdən xahiş edirik.

Hörmətlə,

 

Nizami Məmmədov Tağısoy,

filologiya elmləri doktoru, professor,

tərcümə nəzəriyyəçisi tərcüməçi

 

Ədəbiyyat qəzeti.- 2023.- 28 yanvar.- S.17.