Mən Qazaxam!
Mən
Qazaxam, səhrada nomad, bu yerlərin sahibi!
Xaqanlıqlar
yaradıb, runda kitablar yazdım!
Mən
Qazaxam, skifəm, hər yerdə qızıl
möhürüm!
- Yoxdu
burada yalan, mif!
Skif çarı Tarqıtaydır əcdadım.
Addımlarım
nəhəng, böyük!..
Sanki əllərimlə
Qərbi Şərqlə bir etdim!
Lidiya,
Roma, Çin, İran, Babilistan - zəkat veriblər mənə!
İradəmin
gücüylə əllərim uzun oldu!
Mən
Qazaxam, həm hun, Xəzər yanındakı hun!
Avropanı
fəth edib, "german rununda qəhrəman!".
Mən
qazax, tore, kanlı, uysun, yenə həmin hun!
Çin
arxivlərindəsə kanlıyam, həm də usun...
Mən Qazaxam,
göy türkü, böri, kaskır, qurk!
"Qurd Adam, həm də
Adam".
Viran edən
demiurq! Mən Qazaxam ey,
Qazax, Xəzər, kuturqul,
dulu!
Dünyanın
cahangiri türk əcdadımdır ulu!
Tarix
itirdi kələfimi - hamıyçün oldum Tatar!
Yaddaşını
qurdala tatar bizə qardaşdır, qardaş Volqalı bulqar!
Mən
Qazax, Oğuz, Qıpçaq! Qılınc, qalxandır
möhürüm!
Ocağım
hər fəsildə alışıb-yanır gur-gur!
Mən
Qazaxam, həm qulam, həm hegemon.
Malikəm böyük taca!
Misir,
Hinddə, Bağdadda sultantək çıxdım taxt-taca!
Mən Qazaxam, məmlük - sultan. Çin topunu
dağıdan!
Xaç
yürüşü edəni Şərqdən
xaçsız,
qalxansız,
lüt-üryan geri qovan!
Mən
Qazaxam "tatar-monqol"! Köhlənim qundaq, nizə!
Şəhər,
meşə, dağlarda mən taxt-tac ucaltdım!
Mən
Qazaxam, Batu, Noğay, Qurd dəstəsinə rəhbər!
İt
zingiltisin, səsin sızıltıya çevirdim!
Mən
Qazaxam, həmin sak, bəzən oldu - yanıldım!
Elə oldu rus məni qırğız-kaysak
çağırdı.
Çox
damğalar vuruldu, əyilmədim mən Qazax!
Sak, ya
kaysak oğluyam! Qürrələnim mən Qazax!
Mən
dindar bir monaxam - göylərdədir Allahım!
Ənginliklərə
baxıb - yenə nida edirəm!
"Mən Qazaxam, Mən
Qazax!".
Düşmənə
sinə gərdim, döyüldüm, rəhbər oldum!
Ona
görə qazaxam, həm sərbəstəm, həm azad!
Buna nail
olunca öldüm, bir də dirildim!
Azadlığım
üçünsə aradım neçə illər!
Gələcəkdir
bir zaman, şad olacaq könüllər!
Mənə
tamamən yaddır hər hansı bir qorxu-zad!
Elə
buna görə də nakam cəsədim
mənim
hönkürər o dünyadan!
Adımdır
mənim Qazax!
Poemada yer almış etnonimlərin
izahı
*Nomad - köçəri türk
tayfalarından birinin adı.
*Run
yazısı - eramızın I və II əsrlərindən
XII əsrə qədər qədim germanlar da, müasir
Danimarka, İşveç və Norveçdə, X- XIII əsrlərdə
İslandiya və Qrenlandiyada, XIX əsrə qədər
İşveç əyaləti Dalarnada istifadə edilmiş
yazı.
*Skif -
eramızın I minilliyindən X əsrə qədər Xəzər,
Qara dəniz, Cənubi Qafqaz və Azov dənizi ətrafında
yaşamış qədim türk tayfası.
*Tarqıtay
- skif mifologiyasında ilk insan, skiflərin ulu babası,
Tarqıtayın analogiyası yunanlarda Heraklit adlanır.
*Lidiya - qədim
dövrdə Kiçik Asiyanın qərb hissəsində
mövcud olmuş Meoniya dövləti.
*Hun - II -
IV əsrlərdə Uralətrafı ərazilərdə
yaşamış, tərkibində yerli uqorlar və sarmat
etnoslarının yeri iddia edilən qədim türk etnosu. Qədim Roma və Konstantinopolu (İstanbulu)
özünə tabe etmiş yenilməz xalq.
*Tore -
Çingizxanın törəmələri, Qazax
xanlığını idarə etmiş ən yüksək çinli aristokratik
elitanın nümayəndələri. Qazax
xanı vəzifəsinə yalnız onlar seçilə bilərdilər.
Tore nəslinin ilk Qazax xanları Kereyxan və
Canıbəyin xan olduğu tarixi dövr də məlumdur.
*Kanlı
- (kanlı, kanqli, kaqlı şəkillərində də
işlədilir) - orta əsrlərdə Aralətrafı ərazilərdə
yaşamış türk qəbiləsi. Qədim
Asiya dövlətlərinin, xüsusən Xarəzmşahlar
dövlətinin inkişafında böyük rol
oynamış tayfa (qazax kanlı, başqurd kanlı, qaraqalpaq
kanlı, qırğız kanlı, özbək kanlı və
s.) kimi məlumdur.
*Uysun -
qazax tayfa-qəbilə birləşmələrinin ən
çoxsaylısı. Eyni zamanda qədim
noğay, özbək və digər iri türk
tayfalarının birliyi.
*Usun -
türk mənşəli olub, qədim dövrlərdə
müasir Sincan (Çin) ərazilərində
yaşamış, hunlar dövründə Yeddisu (Cetısu -
Semireçye) ərazilərinə köçmüş
köçəri tayfa. Eramızın II əsrindən
öncə adı tarixi mənbələrdə keçməkdədir.
*Göy
türkü - VI əsrin ortalarında hunların xələfləri
Türk Xaqanlığı yaradıb, özlərini Göy
Türklər adlandırdılar. Böyük
(Birinci, Baş) Tenqri (Tanrı) türk mədəniyyətinin,
ürəyinin özəyi hesab olunur. Tenqri
Göylərdə gəzib görünməyən ruh olmaqla,
həm də onun özü sanki Səmalar, yəni
dünyanın özü boydadır. Qədim
türklər onu Daimi Göy Türk, yaxud Tenqri-xan
adlandırmışlar. O həm də yeganə Yaradan
olmaqla bütün kürreyi-ərzdə nə varsa,
hamısını yaratmışdır. O, yerlərin və
göylərin sahibidir. Onunla bağlı
çoxsaylı əfsanə və rəvayətlər
bugünün özündə dildə, ağızda
dolaşmaqdadır.
*Böri
- Yaradan, Yaradıcı, Allahın epitetlərindən biri.
*Kaskır
- Boz qurd deməkdir.
*Demirurq -
Mifologiyada dulusçu, dəmirçi, toxucu, Yaradan,
yaradıcı, daim fəaliyyətdə olan yaradıcı
başlanğıc kimi keçməkdədir. Antik
fəlsəfədə kosmosdan hissi qəbul etdiyi əşya
və şeylərin yaradıcısı, xristianlıqda
Allahın adlarından biri. Fəlsəfədə
Platon onu yalnız kosmosdan görünən
"yaradıcı ata" adlandırmışdır. Demirurq həm də "demon" kimi də nəzərdən
keçirilir. İslamda Allah mənasında
işlədilir. Yerin, göyun,
insanların yaradıcısı, başçı,
allahların atası.
*Saklar -
Türk xalqlarının və irandilli qəbilələrin
ümumi adı olub, çöllüklərin, səhraların
sahibi olmuş köçərilər. Qeyd edək
ki, eyni zamanda oturaq həyat tərzi keçirmiş bu qədim
türk və irandilli qəbilələrin tarixdə rolu yetərincə
böyük olmuşdur.
Əhməd Baytursınulı
Tərcümə: Nizami
Tağısoy
Ədəbiyyat qəzeti.- 2023.- 28 yanvar.- S.17.